26
sığorta münasibətlərini qaydaya salır.
Özvi qanunlar cari (adi) qanunların xüsusi xarakterli yarım növü hesab edilir. Onlara
mə
cə
llə
ləş
dirilmiş
qanunlar da deyilir.
Özvi (mə
cə
llə
ləş
dirilmiş
) qanunlar dedikdə, hüquqi cəhətdən tam, daxilən uyüun gələn
elə qanunlar başa düşülür ki, həmin qanunlar ictimai həyatın müəyyən sahəsini kompleks surətdə tənzimləmək
məqsədinə xidmət edir. Bu cür qanunlara misal olaraq Mülki Məcəlləni göstərmək olar. Özvi qanunlar normativ
ümumiləşdirmənin yüksək səviyyəsi ilə fərqlənir.
3. Mülki Mə
cə
llə
Mülki Məcəllə məcəllələşdirilmiş qanun kimi mülki qanunvericilikdə xüsusi mövqeyə malikdir. Sahəvi
məcəllələşdirilmiş normativ akt olan Mülki Məcəllə mülki qanunvericilik sistemində mərkəzi yer tutur. O, öz
ə
həmiyyətinə görə Konstitusiyadan sonra ikinci qanunvericilik aktıdır, ölkənin iqtisadi Konstitusiyasıdır, hamı
üçün qanundur. Professor K.Larens yazır ki, mülki hüquq sahəsində və ümumiyyətlə, xüsusi hüquq sahəsində
Mülki Məjəllə hüququn vacib mənbəyi hesab edilir.
Roman-german hüquq ailəsində əsas normativ akt Mülki Məcəllə hesab edilir. O, mülki qanunvericiliyin
ə
sas məcəllələşdirilmiş aktı kimi tanınır və qəbul edilir. XIX əsrdə bir sıra kontinental Avropa ölkələrində mül-
ki qanunvericiliyin məcəllələşdirilməsi həyata keçirildi. Bu məqsədlə vahid ümumiləşdirici qanun formasında
Mülki Məcəllə qəbul edildi. Qəbul edilən həmin məcəllələr mülki hüququn iki cür sistemi əsasında qurulurdu:
institusiya sistemi əsasında; pandekt sistemi əsasında. Bu sistemlər qədim Roma hüququ ilə bağlı idi.
Institusiya sistemi öz başlanğıcını Roma hüququ özrə ibtidai dərslikdən götürmüşdü. Bu dərslik Institusiya
adlanırdı. Onun müəllifi klassik dövrün tanınmış hüquqşünası Qay idi. Bu dərslik Yustinianın məcəllələşdirmə-
sinin bir hissəsini təşkil edirdi. Qay həmin dərslikdə mülki hüququ üç əsas bölməyə ayırırdı: «şəxslər» (sub-
yektlərin hüquqi vəziyyəti); «əşyalar» (obyektlər ) və «əşya hüquqları»; «iddialar». Fransanın 1804-cü il Mülki
Məcəlləsi (Napoleon Məcəlləsi) bu sistem əsasında quruldu. O, öz kitabdan ibarətdir: birinci kitab «Şəxslər
haqqında», ikinci kitab «Əmlak və mülkiyyət hüququnun dəyişməsi barədə», üçüncü kitab «Mülkiyyət hüququ-
nun əldə edilməsi haqqında» adlanır. Dünyada Fransa MM-i kimi beynəlxalq təsirə malik olan başqa hər hansı
məjəllə yoxdur.
Bununla roman-german mülki hüquq ailəsi tərkibində roman qrupunun (sisteminin, qanadının) əmələ gəlmə-
sinin təməli qoyuldu. Mülki Məcəllənin Fransa modeli tam və ya qismən, bəzi dəyişikliklərlə Avropanın bir çox
ölkələrində (Italiya, Ispaniya, Portuqaliya və s.), Mərkəzi və Cənubi Amerikanın bəzi dövlətlərində, Luiziana
ş
tatında (ABŞ), Kvebek əyalətində (Kanada), Misirdə, Həbəşistanda və s. qəbul edildi.
Pandekt sistemi Yustinian məcəllələşdirməsinin Diqestasına (latınca digesta — toplu) və Pandektinə (latınca
pandectae — geniş tutumlu) əsaslanırdı. Bildiyimiz kimi, bizim eranın VI əsrində (533-cü ildə) klassik Roma
hüquqşünaslarının əsərlərindən gətirilən sitatlar (tutalqalar) Diqesta (toplu) və ya Pandekt (geniş tutumlu) adı
altında məcmuə halında nəşr olundu. Məcburi qüvvəyə malik olan bu məcmuə 50 kitabdan ibarət idi.
Bunun əsasında alman hüquqşünasları XVIII-XIX əsrlərdə pandekt sistemi yaratdılar. Almaniyanın 1896-cı
il Mülki Qanunnaməsi bu sistem özrə quruldu. Bu qanunnamə beş kitabdan ibarətdir: birinci kitab «Ümumi his-
sə» (§ 1-240), ikinci kitab «Öhdəlik hüququ» (§ 241-853), üçüncü kitab «Əşya hüququ» (§ 854-1296), dördün-
cü kitab «Ailə hüququ» (§ 1297-1921), beşinci kitab «Vərəsəlik hüququ» (§ 1922-2385) adlanır. Burada «Ümu-
mi hissə» kimi struktur bölməsinin ayrılması hüquqi təfəkkürün mühüm nailiyyəti idi. Dörd yarımsahə (əşya
hüququ, öhdəlik hüququ, ailə hüququ, vərəsəlik hüququ) qanunnamənin «Xüsusi hissəsi»ni təşkil edir. Bununla
roman-german mülki hüquq ailəsi daxilində german sisteminin (qanadının, qrupunun) yaranmasının başlanğıcı
qoyuldu.
Mülki Məcəllənin alman modeli bir çox ölkələrin, hər şeydən əvvəl, Yaponiya və Tailandın qanunvericiliyi-
nə mühüm təsir göstərdi. Bu ölkələrin qəbul etdikləri mülki məcəllələr həmin modelin resepsiyasıdır (iqtibası-
dır). Alman modelinin əsas müddəaları Avstriya, Argentina, Braziliya, Yunanıstan, Peru, Skandinaviya ölkələri,
Isveçrə, Rusiya Federasiyası, müstəqil MDB dövlətlərinin çoxu tərəfindən qəbul edilmişdir. Azərbaycan Res-
publikasının yeni Mülki Məcəlləsi də alman modelinə əsaslanır. Alman modelinin bu məcəlləyə güclü təsiri
hiss olunmaqdadır.
Azərbaycan Respublikasının yeni MM-i 28 dekabr 1999-cu ildə təsdiq edilmiş, 2000-ci il sentyabrın 1-dən
qüvvəyə minmişdir. Ölkəmizin tarixində bu, hesabla üçüncü MM-dir. Ilk MM Azərbaycan SSR Mərkəzi craiy-
yə Komitəsinin 16 iyun 1923-cü il tarixli qərarı ilə qəbul edilmiş, 8 sentyabr 1923-cü ildən qüvvəyə minmişdir.
Bildiyimiz kimi, 1920-ci illərdə hərbi kommunizm siyasətindən yeni iqtisadi siyasətə keçildi. Bu, əmtəə-pul
münasibətlərinin geniş səviyyədə inkişaf etməsinə güclü təsir göstərdi. Bu münasibətlər gənc sovet dövlətinin
qəbul etdiyi birinci respublika mülki məcəllələrində öz hüquqi ifadəsini tapdı. Beləliklə, 1922-28-ci illərdə so-
vet mülki qanunvericiliyinin məcəllələşdirilməsi həyata keçirildi. Azərbaycan SSR-in ilk MM-i RSFSR-in
V.I.Leninin rəhbərliyi ilə hazırlanmış 1922-ci il məcəlləsinin (ilk sovet məcəlləsinin) bütün müddəalarını tama-