7
ümumi hüquq (ingilis-amerikan) hüquq sistemi ilə kontinental hüquq sistemi arasında yaxınlaşma prosesi gedir.
Bu yaxınlaşma prosesi ingilis-amerikan hüquq sistemində faktiki cəhətdən (formal cəhətdən yox) ümumi və xü-
susi hüququn fərqləndirilməsini şərtləndirir. Amma ingilis-amerikan ailəsindəki xüsusi hüququn daxili sistemi
kontinental hüquq ailəsi üzrə xüsusi hüququn daxili sisteminə uyğun gəlmir və üst-üstə düşmür. Belə ki, ingilis-
amerikan hüquq ailəsində xüsusi hüquq sahəsinə bir nezə müstəqil hissə daxildir: mülkiyyət hüququ; müqavilə
hüququ; müəlliflik hüququ; patent hüququ; kompaniya (şirkət) hüququ; zərərin əvəzinin ödənilməsi hüququ və s.
Bundan fərqli olaraq, kontinental hüquq ailəsində xüsusi hüquq sferasına əşya hüququ, öhdəlik hüququ və müstəs-
na hüquqlar kimi konstruksiyalar aid edilir.
4. Sovet hüquq doktrinası və xüsusi hüquq konsepsiyası
Inqilabaqədərki zar Rusiyasında da xüsusi hüququn dualizmi yaranmışdı. Tarixən xüsusi hüququn dualizmi
həmişə iki halda təzahür etmişdir. Birinci hal iki məcəllələşdirilmiş aktın (Ticarət Məcəlləsinin və Mülki Qa-
nunnamənin) paralel müvcud olmasından ibarətdir. Almaniya və Fransa kimi dövlətlərdə xüsusi hüququn dua-
lizmi bu halda ifadə olunur. Biz, onun barəsində danışmışıq. Ikinci hal ticarət hüquq normalarının xüsusi qa-
nunvericilik aktlarına daxil edilməsindən ibarətdir. Göstərilən bu hal məcəllələşdirilməmiş hüquq sistemi şərai-
tinə uyğun gəlir. Axı, xüsusi hüququn dualizmi məcəllələşdirilməmiş hüquq sistemi şəraitində də müvcud ola
bilər. Bundan əvvəldə qeyd etdiyimiz kimi, təkcə Mülki Məcəllənin (və ya Qanunnamənin) və Ticarət Məcəllə-
sinin (və ya Qanunnaməsinin) müvcud olub-olmaması xüsusi hüququn dualizminin yaranması üçün kifayət et-
mir. Inqilabaqədərki Rusiyada dualizm ikinci halda, yəni ticarət hüququ normalarının xüsusi qanunvericilik akt-
larına daxil edilməsində ifadə olunmuşdu. Inqilabaqədərki Rusiyada ticarət hüququ ticarət dövriyyəsi ilə yaxın-
dan təmasda olan xüsusi hüquq normalarının məcmusunu ifadə edirdi. Beləliklə, 1917-ci il Oktyabr inqilabına
kimi Rusiyada xüsusi hüquq həm mülki hüquqla, həm də ticarət hüququ ilə təmsil olunmuşdu. Ticarət dövriy-
yəsinin normaları mülki hüquqa yox, ticarət hüququna tabe edilmişdi. Ayrıca olaraq ticarət hüququ müvcud idi.
1917-ci ildən sonra kontinental hüquq sistemi üçün xarakterik olan hüququn dualizmindən, yəni hüququn
ümumi və xüsusi hüquqa bölünməsindən sovet hüquq elmi imtina etmişdir. Rəsmi sovet hüquq doktrinası (el-
mi) hüququn xüsusi və ümumi hüquqa bölünməsi ideyasını qəbul etməmişdir. Sovet hüquq elmi belə hesab et-
mişdir ki, istehsal vasitələri və üsulları üzərində ictimai mülkiyyətə və planlı təsərrüfata əsaslanan sosializm
cəmiyyətində hüquq ümumi və xüsusi hüquq adlı sahələrə bölünə bilməz. Sovet hüquq elminə görə hüququn
ümumi və xüsusi hüquqa bölünməsi ideyası guya süni-qondarma xarakter daşıyır və buræua quruluşunun ma-
hiyyətini maskalamaq və pərdələmək məqsədi güdür. Bununla belə, sovet hüququnun bu cür bölgünü tanıma-
masının başlıca və əsas səbəbi hüquq sisteminin xüsusiyyəti ilə yox, xüsusi mülkiyyət institutunun müvcud ol-
maması ilə baülı idi.
Sovet hüququnda nəinki ümumi və xüsusi hüququn dualizmi, hətta xüsusi hüququn dualizmi də müvcud de-
yildi. Ona görə ki, sovet hüquq doktrinası xüsusi hüquq konsepsiyasını tanımayaraq qəbul etməmiş, ümumiy-
yətlə, xüsusi hüquq anlayışına mənfi münasibət bəsləmişdir. Xüsusi hüquq konsepsiyasını tənqid edən rəsmi so-
vet doktrinası belə hesab etmişdir ki, dövlət və ictimai mülkiyyətin hökm sürdüyü, planlı iqtisadiyyatın fəaliy-
yət göstərdiyi sosialist quruluşu ilə xüsusi hüquq bir araya sıüa bilməz.
1920-ci ildə sivilist alimlərdən M.M.Aqarkov inqilabdan sonrakı yeni şəraitdə xüsusi hüquqdan istifadə edil-
məsi barədə məsələ qaldırmaüa təşəbbüs göstərdi. O, hesab edirdi ki, xüsusi hüquq vətəndaşların subyektiv hü-
quqlarının həyata kezirilməsi sahəsində tətbiq oluna bilər. Amma nə sovet qanunvericiliyində, nə də hüquq
doktrinasında tanınmış alimin mövqeyi öz əksini tapdı. Yuxarıda qeyd etdiyimiz kimi, sovet sivilistika doktri-
nası xüsusi hüquq konsepsiyasına mənfi münasibət bəsləmişdir.
Rəsmi sovet hüquq doktrinasının xüsusi hüquq ideyasını qəbul etməməsi və tanımaması Sovet hökumətinin
başzısı Xalq Komissarları Sovetinin sədri V.I.Leninin mövqeyi ilə baülı idi. V.I.Lenin 1922-ci ildə birinci sovet
Mülki Məcəlləsinin layihəsinin hazırlıüı ilə əlaqədar olaraq Xalq ßdliyyə komissarı D.I.Kurskiyə yazdıüı məktub-
da göstərirdi ki, biz xüsusi hüququ tanımırıq, təsərrüfat sahəsində bizim üçün xüsusi hüquq yox, ümumi hüquq
müvcuddur. Daha sonra V.I.Lenin tapşırırdı ki, xüsusi hüquq münasibətlərinə dövlət müdaxiləsinin tətbiq olun-
masını, habelə dövlətin xüsusi müqavilələri ləüv etmək hüququnu genişləndirin. Sovet dövlətinin banisinin irəli
sürdüyü bu müddəa hüquq nəzəriyyəsi və təcrübəsi üçün uzun müddət metodoloæi əsas rolunu oynamışdır.
Hal-hazırda yaşadıüımız müasir cəmiyyətdə iqtisadi-siyasi sistem köklü surətdə yenidən qurulur. ×oxukladlı
iqtisadiyyat yaranır. Inzibati-amirlik sistemi aradan qaldırılır. Demokratik proseslər inkişaf edir. ßmrə əsaslanan
komanda iqtisadiyyatından — sovet iqtisadiyyatından, yəni istehsal və bölgü haqqında bütün qərarların dövlət
tərəfindən qəbul edilməsinə əsaslanan iqtisadiyyatın təşkili formasından imtina edilmişdir. Qanunvericilik qay-
dasında xüsusi mülkiyyət rəsmən tanınır. Bazar iqtisadiyyatı kimi iqtisadiyyatın yeni təşkili forması yaranır və
inkişaf edir. Bu, dövlət təsiri və ya müdaxiləsi olmayan azad bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı, iqtisa-
diyyatın təşkilinin elə bir formasıdır ki, bu forma istehsal və istehlak haqqında əsas qərarları qəbul edən ayrı-