ilk növbədə hər bir kəsə özünün hüquq və azadlıqları öyrədilməli, eləcə də
başqasının hüquq və azadlıqlarına hörmətlə yanaşmaq aşılanmalıdır.
Bəyannaməni qəbul edən dövlətlər, qeyri- tolerantıq təhlükəsini ictimaiyyətə
daha aydın çatdırılması üçün, hər il 16 noyabr tarixini “Dünya Tolerantılq Günü”
kimi qeyd olunmasını elan edirlər.
Müxtəlif cəmiyyətlərdə multikultural mühitin təzyiq altında olduğu bir
vaxtda, Azərbaycanın multikulturalizm siyasətinə önəm verməsi, multikultural
təhlükəsizliyi dövlət təhlükəsizliyinin tərkib hissəsi kimi qəbul etməsi və bu
siyasəti genişləndirməsi, beynəlxalq ictimaiyyət tərəfindən bu gün təqdirlə
qarşılanır.Ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən belə, Azərbaycanın
tolerantlıq nümunəsi olduğu etiraf olunur.
8-mövzu.
Multikulturalizm:fərqli modellər,növlər ,siyasətlər.
1.
Qərb ölkələrində multikulturalizmin meydana gəlməsinin tarixi
səbəbləri.Qərb ölkələrində multikulturalizm siyasətinin nəzəri- ideoloji
ə
sasları (Artur Şlezinqer-kiçik, Maykl Lind, Natan Qleyzer, Riçard
Bernstayn).
Qərb ölkələrində multikulturalizmin meydana gəlməsi əsasən orta əsrə təsadüf
edir. Ümumi mənada qərb ölkələri həm öz aralarında, həm də islam, çin və digər
sivilizasiyalar ilə bu dövrdə ciddi şəkildə münasibət qururdular. Bu da öz
növbəsində multikultural əlaqələrin yaranması demək idi.
Qərb ölkələrində multikulturalizmin əsasları16-cı əsrdən başlayaraq Con Lok,
Stuart Mill, Tomas Hobs, Monteskyu, Viko və Herder kimi mütəfəkkirlərə istinad
edən və müasir dövrdə Con Roulz, Con Raz, Vill Kimilika kimi multikulturalizm
mütəxəssisləri tərəfindən təmsil olunan “Liberal-Konvensional” multikulturalist
anlayış və vətandaşlıq modelidir. Digəri isə hal-hazırda Çarlz Taylor, Maykl
Valzer və Alasdair Makintayr kimi nəzəriyyəçilər tərəfində dilə gətirilən
“Kommuniteryanist” baxış təzidir.
Con Lok ve Stuart Mill kimi klassik liberallar dövründə artıq dövlət, tarixi
reallıq idi. Bu baxımdan liberallıq intellektual və siyasi əhəmiyyət qazandıqca
dövlətin xüsusiyyətləri də müəyyən olunurdu. Qanunun üstünlüyü, vətandaşların
bərabərhüquqluluğu, fərdlərin hüquq və öhdəliklərin daşıyıcısı olması nəticəsində
dövlət, vətəndaş ilə dövlət arasında birbaşa münasibətlər qurulmasını təmin etdi.
Klassik liberalizm Yunan rasionallığından və Xristian universalizmindən
təsirlənmişdir. Klassik liberallar yunar rasionalistləri kimi tənqidi rasionalizm,
seçim və fərdi azadlıq kimi dəyərlərə istinad edən həyat görüşünü müdafiə
edirdilər. Ancaq yunanlı rasionalistlərin əksinə onlar ağlı daha təvazökar və
praktiki terminlər ilə ifadə edərək universallığı vurğulayırdılar. Məhz Loka görə
Tanrı insanları var edib həm hüquqlar, həm də vəzifələr vermişdir. Lok təbii qanun
nəzəriyyəçisi idi. Mill isə praqmatikdir.( Bhikhu Parekh, Rethinking
Multiculturalism Cultural Diversity and Political Theory, s. 43-64).
18-ci əsrdən etibarən Viko, Monteskyu, Herder və Monten kimi müəlliflər multi
mədəniyyətin labüd olduğunu və vacib olduğunu vurğuladılar. Məhz Vikoya görə
hər bir mədəniyyət özünəməxsusu xüsusiyyətlərə malik olaraq müxtəlifliyi təşkil
edir. Monteskyu ``Qanunların ruhu`` adlı əsərində mədəni müxtəlifliyi psixolojik
deyil, sosioloji və siyasi baxımdan tədqiq etmişdir. Monteskyunun ``Fars
Məktubları`` əsəri də multikulturalizmin klassik mənbələrindən hesab olunur.
Herder isə klassik multikulturalizmdə dili önə çıxarır və belə ifadə edirdi: “hər
millət düşündüyü kimi danışır, danışdığı kimi düşünür”. Ona görə məhz insan bir
cəmiyyət daxilində formalaşır və dəyərlər əldə edir ( Bhikhu Parekh, Rethinking
Multiculturalism Cultural Diversity and Political Theory, s. 64-101).
Modern dövlət konsepsiyasında tək tip insan və tək tip mədəniyyət anlayışı
qəbul edilməzdir. Bu movzuda məşhur mütəfəkkir Volter hələ 18-ci əsrdə belə
deyirdi: “ Fikirləriniz ilə razı deyiləm. Ancaq onları ifadə etmə haqqınızı axıra
qədər müdafiə edəcəm“. Bu anlayış birbaşa multikulturalizmin bütün sahələrdə
ə
sasını təşkil edir.
Belə ki, tarixdən də məlum olduğu kimi kinci Dünya müharibəsindən əvvəl
Qərbdə etno-mədəni və dini müxtəliflik bir sıra anti-demokratik hakimiyyətlər
tərəfindən təzyiq altında idi. Bu eyni zamanda bəzi irqçi hakimiyyətlər tərəfindən
də normal qəbul edilirdi. Ancaq kinci Dünya müharibəsinin başa çatması
nəticəsində qlobal arenada insan hüquqları, irqlərin və xalqların bərabərhüquqlu
olması və s. məsələlər istiqmətində siyasət və hüquqi anlayışlarda reformların
həyata keçirilməsinə gətirib çıxardı. Qısacası multikulturalizm Avropada köhnə
etnik və iyerarxiya modellərinin yerinə yeni demokratik vətandaşlıq
münasibətlərini bərpa etmə vasitəsi olaraq ortaya çıxdı və bu istiqamətdə uğurlar
ə
ldə edilir.
Qərb ölkələrində multikulturalizm siyasəti bir çox aspektdən aktuallıq kəsb
edir. Belə ki, liberallar ilə kommunitaryan və ya kollektivistlər bu istiqamətdə
fərqli nəzəri-ideoloji əsaslara malikdirlər. Klassik liberalizmdən fərqli olaraq
müasir liberallar həm müştərək insan təbiətini, həm də insanların mədəniyyət ilə
iç-içə olduğunu qəbul edilrər. Con Rouls təməl əxlaqi müxtəliflik və fərqli yaxşı
məfhumlarının meydana gətidiyi problemlər ilə, Kimilika müxtəliflik və fərqli
həyat tərzlərinin meydana gətirdikləri ilə, Raz da ikisi ilə bilikdə maraqlanır.
Rolusun ``Bir Ədalət Nəzəriyyəsi`` adlı kitabı etik plüralizm mövzusunda sistemli
bir kitabdır. Raz ``Azadlığın əxlaqı`` əsərində xoşbəxtliyi axtarmağın həyatın
məqsədi, qayəsi olduğu və bunun həyat boyunca uğur və faydalı məqsədləri də
ə
hatə etdiyi şəklində Aristotelçi görüşü əsas alır. Vil Kimilika``Multikultural
Vətandaşlıq`` adlı əsərində insanların xoşbəxt həyat əldə etmələri üçün iki prinsipə
sadiq qalmalarını vurğulayır. lki, insanların həyatlarını içdən, yəni nəyin
yaşamağa dəyər qazandırdığına dair dəyərlərə görə yaşamalıdırlar. kincisi, xəta
etdikləri və hər an malik olduqları dəyərləri analiz etmədə azad olmalıdırlar.
Çarlz Taylor Russoya istinad edərək digər insanlar ilə olan münasibətlərimizin
dialoqa əsaslandığını vurğulayaraq demokratik çərçivdə də hər hansı bir
cəmiyyətdə fərdi kimliklərin ictimai dialoqlar nəticəsində yarandığını iddia edir.
Bu nəzəriyyə ``Tanınma`` adlanır. Kommunitarian mənada iki prinsip vardır
burada. Fərdlər olaraq insan hüquqlarının qorunması, ikincisi isə fərdlərin mədəni
ictimai sferalara aid olması. Bu mənada Volf, Mişel Valzer liberal demokratiya
mövzusunda Taylorun görüşünü təhlil edirlər. Digər tərəfdən Alasdair Macintyre
``Əxlaqın ardınca``(after virtue) əsərində etik qayda və qanunların fərddən daha
çox ictimai, toplu şüurda meydana gəldiyini vurğulayır. Kommunitarian görüşə
malik olaraq Makintayra görə qrup və cəmiyyətdən müstəqil fərd öz başına inkişaf
edə bilməz. (Amy Gutmann, Multiculturalism-Examining the Politics of
Recognition, s. 11-106)
lk olaraq fərdiyyətçiliyi əsas alan multikulturalizm konsepsiyası fərdlərin
qrup xüsusiyyətinə baxmadan hər bir fərdin bərabər olduğu və qanun qarşısında
bərbaər hüquqlara malik olduğu düşüncəsinə istinad edir. Məhz liberalizmin
ə
sasını təşkil edən bu fərdiyyət anlayışı azadlıq, ifadə etmə və istediyi kimi inanma
hüquqlarını təməl hüquqlar olaraq qəbul edir. Con Rolz bunu özünün məşhur
ə
dalət nəzəriyyəsi ilə əsaslandırır: “Ədalət anlayışı bir neçə şəxsin öz həyatını
ə
ksəriyyətin xoşbəxtliyi naminə fəda edilməsinə icazə verə bilməz. Beləliklə
ə
dalətli bir cəmiyyətdə bərabərhüquqlu azadlıqlar əsas alınır və bunlar ictimai
maraqların və siyasi tələblərin mövzusu halına gətirilə bilməz``. Burada Rolzun
məqsədi liberal demokratik cəmiyyətlər üçün sosial əməkdaşlıq modelinin
yaradılmasıdır. Nəticədə Rolzun nəzəriyyəsi eyni zamanda ictimai mahiyyət
daşıyır və cəmiyyət fərdlərinin inteqrativ münasibətlərinə istinad edir.
Kollektiv hüquqularda isə fərdiyətçiliyə yer verilməklə birlikdə bu fərdlərə
daha çox kollektiv vəya qrup kimliyinin və məqsədinin daşıyıcıları olaraq baxılır.
Dostları ilə paylaş: |