Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   ...   13   14   15   16   17   18   19   20   21

54 

 

 



 

Beləliklə,  E-bələdiyyeçiliyi,  texnoloji  inkişafın  sürətlə  dəyişdirdiyi  dünyada, 

inkişaf edən texnologiyaları istifadə edərək, insana xidmət etmənin və şəffaflaşmanın 

ə

sasını təşkil edən müasir bələdiyyəçilik anlayışı olaraq təyin edə bilərik. 



Ə

vvəldə  də  qeyd  etdiyimiz  kimi    E-  bələdiyyəçilik  yalnız  bir  neçə  düymədən 

ibarət,  mexaniki  bir  sistem  deyil.  Şəffaf  və  nəzarət  edici  bir  quruluşdur.  Bu  eyni 

zamanda  yerli  rəhbərliklərin  daha  plüralist  olmasının  bir  yoludur.  Məkana  həbs 

edilmiş xidmət tərzinin, məkan xaricinə çıxaraq 7 gün 24 saat istənilən məlumata ən 

qısa və eyni zamanda sürətli şəkildə çatmağı hədəfləyir. Rəqəmsal mühitlərə yazılan 

məlumatın, kağız istifadəsinin yerinə keçdiyi bir sistemdir. 

Müasir  dünya,  vətəndaşların  yerli  rəhbərlik  xidmətlərindən  faydalanmaq  və 

işlərini  həll  etmək  üçün  bələdiyyə  qapısına  getmək  məcburiyyətində  qalmadığı  bir 

sistemə doğru sürətlə irəliləməkdədir. 

Xüsusilə  ünsiyyət  sahəsindəki  texnoloji  irəliləyişlər,  həyatın  təşkilini    həm 

rəhbərlik,  həm  də  vətəndaş  üçün  çox  asanlaşdırır.  Bu  gün    inkişaf  etmiş  qərb 

ölkələrində vətəndaşlar rəhbərliklə olan işlərinin 50% -dən çoxunu internet üzərindən 

edə  bilirlər.  Bu  faizin  aşağı  olduğu  olduğu  ölkəmizdə  bu  mövzuda  ciddi  işlərin  

görülməsi prosesi davam edir. 

Son  illərdə  ölkəmizdə  də  tətbiqləri  görülən  “e-bələdiyyə”anlayışının 

genişləndirilməsi prosesləri aparılır.(https://e-belediyye.gov.az/) 

E-Bələdiyyənin lazımlılığı: 

•  Fərdlərin və təşkilatların yerli rəhbərliklərdən istəkləri; 

•  Bələdiyyə xidmətlərində fəaliyyət və məhsuldarlıq, 

•  Daha nizamlı və sağlam bir ətraf, 

•  Düzgün bir nəqliyyat  və yol, yollarda istiqamətləndirmə, 

•  Abunə əməliyyatlarında və ödəmələrdə sürət, 

•  Fəlakət zamanı sürətli, təsirli və faydalı müdaxilə, 

•  Yenidənqurma əməliyyatlarında sürət, 



55 

 

 



 

•  Səlahiyyətli şəxslərə problemini danışmaq, çatdıra bilmək, 

kimi əsas tələblər önə çıxmaqdadır. 

E-bələdiyyəçilik, 

vətəndaşın 

rəhbərliyə 

qatılması, 

şə

ffaflığın, 



hesab 

verəbilmənin  təmin  edilməsi  üçün  əhəmiyyətli  bir  mühit  hazırlayır.  Cəmiyyət 

rəhbərliyi 

təşkilatları 

arasında 

informasiya 

mübadiləsini 

asanlaşdıraraq 

bürokratiyanın gərəksiz əməliyyatlarının və təkrarların azaldılmasına imkan verir. 

E-bələdiyyəçilikdə  “ vətəndaş mərkəzli xidmət “ anlayışı əsas götürülür. Bu da, 

21-ci  əsrin  ictimai  rəhbərliyinə  işıq  tutması  hədəflənən  idarəçilik  faktının  qanunları 

ilə birbaşa əlaqəlidir. 

Demokratik iştirakın elektron sistemlər vasitəsi ilə təmin edilməsi, hal-hazırda 

birbaşa  demokratiyanın  önündəki  zaman,  məkan  və  bənzəri  maneələri  aradan 

qaldıracaq və demokratik iştirakın xərcini aşağı  salacaq. 

E-bələdiyyəçilik  anlayışının  iştirakçı  bələdiyyəçilik  anlayışına  olan  müsbət 

təsirlərindən  biri  də,  bələdiyyənin  məclis  qərarları  kimi  idarəetmə  qərarlarını  yerli 

xalqla  elektron  mühitdə  paylaşa    bilməsidir.  Bu  tip  proqramlar,  idarə-idarə  edən 

dövrünü və adlandırmalarını gedərək dəyişdirə biləcək bir quruluşda olub, günümüz 

rəhbərlik anlayışına “Paylaş” faktı qatılmaqdadır. 

Xalqın yaşadığı ətraf mühitə bağlı əldə edə biləcəyi məlumatlar arasında, yerli-

regional  məlumatlandırma,  hava-yol  vəziyyəti,  yerli  anket  nəticələri,  nəqliyyat 

məlumatları, ictimai tədbirlər, aktual qərarlar və tətbiqlərə dair bir çox məsələ yer ala 

bilməkdədir. 

E-bələdiyyəçiliyə  keçid  etməyi  hədəfləyən  yerli  idarəçilər,  digər  yerli 

rəhbərliklərin təcrübələrini araşdıraraq öz rəhbərlik vahidinin tutum və ehtiyaclarına 

ə

n  uyğun  məlumat  və  xidmətlərə  yönəlməli,  hədəfləri  doğru  qoymalı,  vətəndaş-



mərkəzli  fəaliyyət  göstərməli,  fayda-xərc  analizini  diqqətli  etməli,  birdən  bütün 

məlumat  və  xidmətləri  təqdim  etməkdənsə,  mərhələli  olaraq,  keçmiş  təcrübələrdən 

dərslər çıxararaq və yeni  işlərdən təcrübə qazanaraq hərəkət etməlidir. 



56 

 

 



 

 

E-bələdiyyəçilik,  yalnız  internet  səhifəsi  açmaq  deyil,  inzibati,  ictimai  və 



məlumatlandırma  məqsədli  bütün  proseslərin,  zaman  və  məkan  məhdudlaşdırması 

olmadan, sürətli və təsirli bir şəkildə elektron mühitdə reallaşdırmaq deməkdir. 

E-bələdiyyəçiliyin  tətbiqi  ilə  bələdiyyələrdə  çağın  tələb  etdiyi  texnoloji 

infrastrukturun  istifadə  edilməsi  ilə  klassik  bələdiyyəçilik  anlayışının  xaricinə 

çıxılacaq  və  gerçək  mənada  problemlər  həll  yolunu  tapacaqdır.  Eyni  zamanda 

şə

ffaflıq  təmin  ediləcək,  səhv  və  risklər  minimum  səviyyəyə  düşəcəkdir.  Bələdiyyə 



ə

məliyyatlarının  azaldılması  və  sürətli  əməliyyat  edilə  bilməsi  ancaq  bu  tətbiq  ilə 

mümkün olacaq. 

 

 

 

 

 

 

 

 



57 

 

 



 

 

III  Fəsil. Rəqəmsal iqtisadiyyatda  KT 

3.1.Azərbaycanda  KT  və onun Azərbaycan   iqtisadiyyatının inkişafına 

təsiri 

 

XX  əsrin  son  dövrlərində KT  cəmiyyətin  inkişafına  təsir  göstərən  əsas 



amillərdən  biri  hesab  olunur.  Onların  əhatə  dairəsinə  dövlət  strukturları,  iqtisadi-

sosial sahələr,vətəndaş cəmiyyəti institutları, elm və təhsil, mədəniyyət və bütövlükdə 

insanların  həyat  tərzidaxildir.  Bir  çox  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr 

KT-nin  verdiyi  üstünlüklərdən  faydalana  bilirlər.  Bun  gün  ölkəmizdə  informasiya 

texnologiyaları  sahəsi  prioritet  sahə  kimi  elan  edilmişdir.  Prezident  lham  Əliyev 

bildirmişdir ki,informasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda 

çox  önəmli  rolu  olacaqdır.  Çünki  bütün  dünyanın  elmi-texniki  tərəqqisi  bu 

istiqamətdə inkişaf edəcəkdir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci 

il  9  yanvar  tarixində  qəbul  edilmiş  865  nömrəli  sərəncamına  əsasən  Birləşmiş 

Millətlər  Təşkilatının  nkişaf  Proqramı  ilə  birlikdə  hazırlanmış,  müvafiq  milli  və 

beynəlxalq  qurumların  müsbət  rəyini  almış  “Azərbaycan  Respublikasının  inkişafı 

naminə  KT üzrə  Milli  Strategiya  (2003—2012-ci illər)” qəbul  edilmişdir  [2].  Milli 

Strategiya isə KT-dən istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini 

ə

ks etdirir.Bundan əlavə başlıca  məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas 



istiqamətlərini müəyyən edir. Milli Strategiya cəmiyyətin tələbini və qabaqcıl dünya 

təcrübəsini  nəzərə  alaraq  ölkənin  inkişafı,  demokratik  cəmiyyət  quruculuğu, 

Azərbaycanın beynəlxalq cəmiyyətə inteqrasiya olunması kimi proseslərə  təsir edir. 

Dünya  təcrübəsi  göstərir ki,  KT-dən  geniş istifadə  edilməsi dövlətin hərtərəfli 

şə

kildə  inkişafına  xidmət  edir  və  məhz  belə  texnologiyalardan  istifadə 



olunmasıcəmiyyətin  sosial-iqtisadi  vəziyyətində  olan  mövcud    problemlərin  həll 

edilməsi və yoxsulluğun azaldılması üçün əsaslı vasitələrdən hesab olunur. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə