35
-
təsisçilərin lazımi ölçülərdə nizamnamə kapitalının ödənilməsini həyata
keçirmək barədə yazılı öhdəliyi.
Ş
irkət eyni zamanda həm bank, həm də trast lisenziyası ala bilər, lakin bank
lisenziyasının sahibləri trast əməliyyatlarını həyata keçirmək üçün ayrıca yığım
ödəmirlər. Lisenziya hüququnu saxlamaq üçün bank müəssisələri və trast şirkətləri 3
ay ərzində maliyyə ilinin sonuna qədər maliyyə xidməti müfəttişinə müəyyən
olunmuş qaydada, müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı təqdim
etməlidir. Hesabatın ləngidiyi halda bank müfəttişə yazılı surətdə həmin ləngimənin
səbəblərini izah edən ərizə təqdim etməlidir. Müfəttiş əlavə vaxt verə bilər. Müəyyən
edilmiş müddətdə lazımi formada tərtib edilmiş hesabat təqdim olunmazsa,
lisenziyanın geri çağırılması üçün əsas yaranır.
Kayman adalarının xüsusi qanunvericiliyi məcburi normativlər barədə heç bir
tələb müəyyən etməmişdir. Lakin belə bir təcrübə mövcuddur ki, şəxsi kapitalla bir
müştəriyə verilmiş kreditlər arasında nisbət 10:1 olmalıdır. Bu və bir sıra başqa
məhdudiyyətlər avtomatik olaraq bütün kredit müəssisələrinə aid edilmir. Bunlar
adətən fərdi qaydada, əməliyyatların miqyasını və konkret bankın risklərini nəzərə
almaqla maliyyə xidmətləri müfəttişi tərəfindən müəyyən edilir. Bank fəaliyyətinin
reqlamentasiyalarının böyük bir hissəsi bank iş etikasının norma və qaydalarını
faktiki olaraq müəyyən edən Кауman adaları Bankirlər Assosiasiyası tərəfindən
həyata keçirilir.
Kayman adaları gəlirlərə və əmlaka ikiqat vergi- qoymadan yan keçmək
haqqında heç bir müqaviləyə malik deyil. Prinsip etibarilə bu, nöqsan kimi nəzərdən
keçirilə bilər, lakin bank işinin spesifikası ondan ibarətdir ki, bank adətən gəliri
verdiyi kreditlər üçün faiz formasında alır. Əgər Kayman adalarında beynəlxalq
sxemdə vergi öhdəliklərinin optimallaşdırılması üzrə bank qarşısında ümumi
vergiqoyma şərtlərində bank krediti üzrə ödənilən faizlərə vergiqoymanı nəzərdə
tutmayan ölkənin ərazisində qeydiyyatdan keçən müəssisə durursa, zəncirin bu
həlqəsində heç bir problem meydana çıxmır. Vergiqoymanın minimumlaşdırılması
üzrə müxtəlif növ sxemlər üçün Kayman adalarında «personalsız bank» formasında
36
qeydiyyatdan keçmiş bank müəssisələrindən fəal istifadə olunur. Bu banklar adətən
«A» bank lisenziyası tipli şirkətlərin təklif etdikləri xidmətlərdən istifadə edirlər.
Malta klassik ofşor ərazisi deyil. Çox da böyük olmayan bu müstəqil ada ixrac
yönümlü inkişaf etmiş sənaye (toxuculuq, tikiş, ayaqqabı) dövlətidir. Başlıca ticarət
tərəfdaşları Avropa Birliyinə daxil olan ölkələrdir. qtisadiyyatının mühüm sahəsi
turizmdir. Ölkə əsas gəlirlərini azad liman kimi istifadədən əldə edir.
Vergiqoyma sahəsində dövlətin siyasəti xarici kapitallı şirkətlərin fəaliyyəti
üçün əlverişli şəraitin yaradılmasına, Maltanın yüksək nüfuzlu beynəlxalq maliyyə
mərkəzinə çevrilməsinə yönəldilmişdir.
Rezidentlər və hüquqi şəxslər üçün vergiqoymanın ümumi səviyyəsi təxminən
orta Avropa səviyyəsinə bərabərdir. Qeyri- rezident şirkətlər üçün vergiqoymanın
xüsusi şərtləri yaradılmışdır, burada mənfəətə vergi dərəcəsi 5% müəyyən edilmişdir.
Bundan əlavə, şirkətlər vergidən azad edən status almaqla qeydiyyatdan keçə bilərlər.
Qeyri-rezident və vergidən azad edilmiş şirkətlər üçün dividendlərə, lisenziya
hüquqlarının verilməsindən gələn faiz və gəlirlərə vergiqoyma yoxdur. Onlara
həmçinin Maltada qüvvədə olan valyuta məhdudiyyətləri aid deyil. Ölkədə bank və
ya başqa işgüzar informasiyasının konfidensiallığı (məxfiliyi) təmin edilir.
Xüsusi statuslu müəssisələr üçün fəaliyyətini və vergiqoymanın xüsusiyyətlərini
tənzimləyən əsas sənədlərə 1988-ci ildə qəbul edilmiş Maltada beynəlxalq fəaliyyət
və ofşor zonalar haqqında qanunlar aiddir.
Ş
irkətlər haqqında qanunvericilik əsasən Böyük Britaniya və Şimali rlandiya
Birləşmiş Krallığının şirkətləri haqqında 1948-ci ildə qəbul edilmiş qanunlara
ə
saslanır. Bu zaman aşağıdakı xüsusiyyət nəzərə çarpır - yoldaşlıq şirkətləri, o
cümlədən vergiqoyma məqsədləri üçün də müstəqil hüquqi şəxslər kimi təqdim
olunur.
Müəssisələrin başlıca formaları aşağıdakılardır:
-
ş
irkətlər (kütləvi və şəxsi);
-
tam məsuliyyətli yoldaşlıqlar;
-
məhdud məsuliyyətli yoldaşlıqlar.
37
Vergilərdən azad edilmiş şirkətlərin qeydiyyatı adətən bir neçə günə həyata
keçirilir. Potensial təsisçilərə hazır şirkətlər əldə etmək imkanı olmur. Təsis edilən
güzəştli vergi statuslu şirkətlər iki tipdə olur:
-
vergi ödənişlərindən azad edilmiş qeyri-ticarət şirkətləri;
-
5% ölçüsündə güzəştli faiz dərəcəsi tətbiq edilməklə sərbəst olaraq
vergiqoyma məbləğini təyin etmək imkanı verilən ticarət şirkətləri.
Ş
irkətin bu və ya digər kateqoriyaya aid edilməsinin meyarı fəaliyyət sahəsidir.
Ə
gər şirkətin fəaliyyəti öz mülkiyyətinə sahiblik, idarəetmə və bölüşdürməklə
(patentlər, ticarət markaları, lisenziyalar, müəllif hüquqları və s. daxil olmaqla)
məhdudlaşırsa, onda həmin şirkət qeyri-ticarət şirkətlər kateqoriyasına aiddir. Bura
həmçinin holdinq şirkətləri, lisenziya hüquqları verilməsindən gəlir alan müəssisələr,
gəmiçilik şirkətləri də daxil edilir.
Ə
gər şirkətlərin fəaliyyət sahələri göstərilən çərçivələrlə məhdudlaşmırsa, onda
onlar ticarət şirkətləri kateqoriyasına (Traiding Companys) aiddir. Ümumi ticarət
ş
irkətləri ilə yanaşı bu kateqoriyaya bank, sığorta, broker sığorta və başqaları da
aiddir.
Maltada ofşor bankın təşkili və fəaliyyətinin dəstəklənməsi üzrə xərclər olduqca
böyükdür, belə ki, yalnız göstərilən xərclər 70000 ABŞ dolları təşkil edə bilər.
Maltada işləməyə icazəsi olan rezident və qeyri-rezident fiziki şəxslərin gəlirlər
vergisinin maksimum vergi dərəcəsi 35% təşkil edir. Bundan əlavə, digər sahələrdə
fəaliyyət göstərən şirkətlərdən (qeyri- ticarət) fərqli olaraq banklar mütləq müstəqil
auditor tərəfindən təsdiq edilən maliyyə hesabatı verməlidirlər. Beləliklə, Malta ofşor
bankların qeydiyyat yeri kimi heç də bütün potensial təsisçilər üçün əlverişli deyil.
Lakin adada yüksək ixtisaslı peşəkar kadrların olması, olduqca əlverişli ərazisi və
ofşor biznesin müxtəlif növlərinin inkişafı imkanları ayrı-ayrı bank əməliyyatlarının
həyata keçirilməsini planlaşdıran təsisçilərdə xüsusi maraq doğurur.
Yenicə təşəkkül tapan bu bank mərkəzinin başlıca potensial cəlbedici cəhəti
Labuanda qeydiyyatdan keçmiş bankın hüquqi və vergi statusunun xüsusiyyətindən
ibarətdir. Labuan adasının Malayziyanın federal ərazisi olduğu ilə bağlı olaraq,
burada qeydiyyatdan keçən bütün şirkətlər müəyyən şərtlərə riayət etməklə ikiqat
Dostları ilə paylaş: |