Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə115/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   111   112   113   114   115   116   117   118   119

 

384


990  Sətəlcəm  olmuş  qız.  Padşahın  qızı  sətəlcəm  olur,  onu  öl-

müş  bilib  dəfn  edirlər.  Qıza  aşiq  olmuş  oğlan  onu  sağaldır  və  qızla 

evlənir. 

Qarabağ, III kitab, s.276-281, kont.1651 



991* Tacir xəsisliyi tərgidir. Xəsis kişi cinlər padşahının oğlunu 

çaqqalın  ağzından  xilas  edir,  əvəzində  cinlər  padşahından  malının 

ixtiyarının  özünə  qaytarılmasını  istəyir.  Cinlər  padşahı  onun  istəyini 

yerinə yetirir, ondan sonra kişi xəsisliyini tərgidir.  

Qarabağ, VI kitab, s.258-259; VIII kitab, s.174-176 

995*  Ölünün  qulağına  söz  demək.  Məzuniyyətə  çıxan  padşah 

öz yerinə başqasını qoyur. Zəngilan variantında isə səyahətə çıxan şah 

yerinə Bəhlul Danəndəni qoyur. Bəhlul Danəndə hakimiyyətdə olduğu 

müddətdə  bir  qadına  bir  kisə  qızıl  verir,  qəssabın  boynunu  vurdurur, 

ölünün qulağına  nəsə pıçıldayır. Daha  sonra etdiyi  hərəkətin səbəbini 

padşaha izah edir. 

Qarabağ, IV kitab, s.274-275; s.288-289; V kitab, s.236-237 

996*  Hər  keçən  gün  ömürdən  gedir.  Ona  görə  də  tacir  nə 

qədər qazanc əldə edirsə, yenə də özünü ziyanda sayır. 

Qarabağ, I kitab, s.258-259 

996***  Belə  də  qalmaz.  Müflisləşmiş  tacir  əlinə  maya  salmaq 

üçün  qulu  satmaq  məcburiyyətində  qalır.  Nökər  əvvəl  öküz  yerinə 

cütə  qoşulur,  sonra  dəyirman  daşını  fırladır,  ölən  padşahın  yerinə 

seçilir, axırda dünyasını dəyşir. Vəsiyyətinə uyğun olaraq baş daşının 

üstünə “belə də qalmaz” yazırlar. Sel qəbirstanlığı yuyub aparır, qulun 

qəbrindən əsər-əlamət qalmır.  

Qarabağ, V kitab, s.212-214 

[996****  Belə  də  qalmaz]:  Padşah  üzüyün  üstünə  elə  söz  yaz-

dırmaq  istəyir  ki,  onu  yasda  oxuyanda  təskinlik  tapsın,  xeyirdə  oxu-

yanda  kədərlənsin.  Vəzir  çobanın  köməyi  ilə  padşahın  tapşırığını 

yerinə  yetirir  və  üzüyün  üstünə  “belə  də  qalmaz”  yazmağı  məsləhət 

görür. 

Qarabağ, IV kitab, s.255-259, kont.922F* 



997* İnsan nəslinə çəkər. Padşah evləndiyi qızın, yaxud oğluna 

aldığı gəlinin  hərəkətlərini  izləyir. Gəlin  a) çörəyi tikələrə bölüb qab-

lara  qoyur,  daha  sonra  bir-bir  qablara  vurub  pul  tələb  edir;  b)  söyüd 



 

385


çubuğunu  görəndə  ondan  yaxşı  sağanaq  çıxacağını  deyir;  c)  əlinə 

qaşıq  alıb  “hay  it,  hay  it”  deyə-deyə  süfrənin  başına  dolanır.  Həmin 

hərəkətlərinə görə onun qaraçı qızı olduğu məlum olur. 

Qarabağ, I kitab, s.285-287; s.288; IX kitab, s.223-224 



[997*** Özünü lallığa vurmuş oğlan]. Padşah oğlunun nə iş tut-

duğunu  öyrənmək  üçün  üstünə  nəzarətçi  qoyur.  Nəzarətçi  oğlanın  ov-

çunun vurduğu quşa dediyi sözləri eşidir. Məlum olur ki, oğlan danışa 

bilirmiş, sadəcə dünyaya küskün olduğundan özünü lallığa vurub.  

Qarabağ, I kitab, s.268-269 

 

AXMAQ ŞEYTAN HAQQINDA 

 

1000 Hirslənməmək sazişi.  

Qarabağ, II kitab, s.259-267, kont.1132 +1120+1537 



1060 Qorxaq  Əhməd.  Divlə gücünü yoxlayır: a) Kimin qoltu-

ğunun tükü uzun olar? Qəhrəman sicimi qoltuğunun tükü kimi qələmə 

verir.  d)  Kimin  bədəninin  biti  böyük  olar?  Qəhrəman  cibində  gizlət-

diyi qurbağanı bit kimi qələmə verir. Div ondan qorxur. 

Qarabağ, III kitab, s.305-308, kont.1149A* 

1120  Ağa  arvadı  ilə  əlbir  olub  keçəli  çaya  atmaq  istəyir. 

Bundan xəbər tutan keçəl ağanın arvadı ilə öz yerini dəyişir. Ağa onun 

yerinə arvadını çaya atır. 

Qarabağ, II kitab, s.259-267, kont.1000+1132+1537 



1132  Nökərdən  qaçma.  Ağa  nökərdən  qaçıb  canını  qurtarmaq 

istəyir. Farmaşın arasında gizlənən nökəri də özləri ilə götürürlər. 

Qarabağ, II kitab, s.259-267, kont.1000+1120+1537 

1149A*  Tülkünün  borcu.  İnsan  divləri  onun  üstünə  gətirən 

tülküdən  xilas  olmağı  bacarır.  Yontaladığı  çubuqla  divlərin  gözünü 

çıxardacağını deyir. Divlər ondan qorxub qaçırlar. 

Qarabağ, III kitab, s.305-309, kont.1060 



 

LƏTİFƏVARİ NAĞILLAR 

 

[1202  Naşı  biçinçi]. Taxılı kəməndlə  boğazından tutub baltayla 

dibindən vurur.  

Qarabağ, I kitab, s.289-293, kont.1618* 



 

386


[1341A = AT 1341A* Tövlədən qaçış]. İki nəfər qoyun oğurlu-

ğuna gedir. Oğrulardan biri ev  yiyəsinin gəldiyini görüb aradan çıxır, 

o biri tövlədə qalır. Ev  yiyəsi tövlənin qapısını açanda oğru onu içəri 

salıb özü aradan çıxır. 

Qarabağ, I kitab, s.316-319 

1358B  Arvad  aşnasını  küpün  içində  gizlədir.  Küpü  satmaq 

üçün  bazara  aparan  ər  başqa  bir  gəlinin  öz  aşnasını  yunun  altında 

gizlətdiyini görür. Gəlinin əri onun küpünü sındırır, o da yükü dağıdır. 

Hər iki aşna qaçıb xilas olur.  

Qarabağ, IX kitab, s.224-227 

1381 Qarının toyu. Qardaşlar oğurluq dəvəni kəsib anaları üçün 

toy  edirlər.  Arvaddan  dəvəni  xəbər  alanda  onu  toyunda  kəsdiklərini 

deyir. Dəvə sahibi bunun çoxdan baş verdiyini zənn edir. 

Qarabağ, V kitab, s.248-249, kont.1398+1381* 



1381A  Arvad  şəri. Arvad ərinin şumdan tapdığı balıqları gizlə-

dir və camaatı inandırır ki, əri dəli olub. 

Qarabağ, IV kitab, s.276-279, kont.1531B 

1381* Arvadın şahidliyi. Ərinin padşahın dəvəsini oğurladığını 

yasavullara xəbər verir. Kişini tutub saraya aparırlar, gedərkən arvada 

qapı-bacadan muğayat olmağı tapşırır. Arvad qapını çiyninə alıb saraya 

gəlir. Padşah arvadın dəli olduğuna əmin olub onun ərini azad edir. 

Qarabağ, IV kitab, s.299; V kitab, s.248-249, kont.1381+1381* 

1398*  Arvad  ərindən  küsür.  Əri  onu  evdən  qovur.  Qarşısına 

çıxan heyvanları ərinin göndərdiyini zənn edir və dəvə ilə geri qayıdır. 

Qarabağ, V kitab, s.248-249, kont.1381+1381* 

1406A* Təsbeh kimə çatmalıdır. Padşah, vəzir və dəllək yoldan 

tapdıqları  təsbeh  üstündə  mübahisə  edirlər.  Razılaşırlar  ki,  hərə  bir 

əhvalat söyləsin, kimin əhvalatı daha inandırıcı olsa, təsbeh ona çatsın. 

Qarabağ, II kitab, s.202-206, kont.514*+449+976*B 



1426 Sandıqda saxlanılan arvad. Bu süjetin indiyə qədər ayrı-

ayrı  bölgələrdən qeydə alınmış 4  variantı  məlumdur. Kəlbəcərdən  isə 

belə bir süjet ilk dəfə yazıya alınır. Ənənəvi variantlardan fərqli olaraq, 

həmin süjet burada “Şıx Səyadın qadınların əməlindən kitab yazması” 

adlı məşhur lətifə süjeti ilə kontaminasiya olunmuşdur. 

Qarabağ, VIII kitab, s.133-136 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə