Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə25/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   21   22   23   24   25   26   27   28   ...   119

 

80

qayanın üst tərəfiynən gedərdilər Bağırsaq dərəsinə. Bağırsaq şəkilli 



uzun dərədir, nə qədər gedirsən qutarmır. Çoban da dincəlmək isdiyir, 

çatığı ala bilmir. Ordan da Hajı Söydümalı körpüsünə çatırdılar. O 

tayda  bizim  yurdlar  görükürdü,  uşaq  kimi  sevinirdik  ki,  yaylağa 

çatmışıq.   

Yaylağa  axırıncı  köçümüz  min  dokquz  yüz  doxsanıncı  ildə 

oldu.  Həmin  ilin  payızında  Vəngin  dərəsində  tərəkəmənin  köç 

yolunun  qabağı  kəsildi,  orda  güllələnən,  yaralanan  da  oldu.  Axırı 

məjbur  oldular  Həkəri  çayı  boyunca  Gəyən  düzündən  düşdülər 

Arazboyu  gəldilər  çıxdılar  bura.  Nə  qədər  mal-qara  yolda  ajınnan 

qırıldı. 

 

105. 

Su olmuyub burda. Oba yaylağa gedəndə Aranda qalana ağla-

şırlarmış. Nənəm Tükəz söhbət eliyərdi ki, Eyvaznan Alı adında iki 

qardaş olub. Eyvaz xəsdələnib, qoyublar qalıb burda. Ağlaşıblar ki, 

bu  öləjək.  Qayıdıf  gələndə  görüflər  ki,  salamatdı.  İkinci  dəfə  qar-

daşı da qalıf bunun  yanında. Oba dağa gedəndə birinin bir ağırrığı 

olanda  deyif,  apar  qoy  Eyvaznan  Alının  yanına.  Eyvaznan  Alı 

soora oluf Eyvazalılar.  



 

 

106. 

Bizim kənd çılğın kənddi. Biri maa bir söz desin, onu mütləq 

yerində  oturtmalıyam.  Sovet  hökumətinin  vaxtında  heç  bura  polis 

girmiyib.  Kimsə  bir  xəta  eliyib  gəlib  bizim  kəndə  sığınsa,  camaat 

onu  ələ  verməzdi,  müdafiə  eliyərdi.  Yazmaq-pozmaxnan  aramız 

olmuyub. Məsələn, Əhliyar sovetdikdə işliyir, on dənə nöqsanı var, 

götürüm onnan  yazım. Yox. Yazmaq-pozmaq bizim kəndlik döyül. 

Gəlib deyərik ki, çıx get öyündə otur. Bizim kənddə neçə sədr olub, 

addımını  düz  atmayıb,  camaata  baxmayıb,  gedib  idarənin  qapısına 

mismar  vurublar.  Gəlib  çəkəndə  görüf  bağlıdı,  ona  aydın  idi.  De-

məli, camaat istefasını tələb edirdi, gedib oturordu öyündə. 

 

 




 

81

107. 

Sarımsaxlı, Qızıltəpə, Dəvəgözü  yaylaqlarımız idi. Köç  vaxtı 

Ergi düzündə, Ağdamı keçənnən soora Tuğun gədiyində Kor bulax 

vardı,  orda  düşərgə  salırdıx.  Ordan  keçirdik  Xaçın  çayında,  soora 

Vəngdə  –  Doşannıda  düşərgə  salırdıx,  ordan  keçirdik  Talalara, 

soora  Taxtabaşına,  ordan  Əvəlikli  yurda,  ordan  Çilgəzi,  Uzunyalı 

keçib  gedirdik  İstisuyun  başının  üstünə.  Tərtər  çayının  mənbəyin-

dən  –  Hajı  Söydümalı  körpüsündən  keçib  İstisuyun  taxtasında 

Ceyran bulağında düşərgə salardıq. Gəlinqayanı da keçənnən soora 

öz yurtdarımız başlıyırdı. Yolçuluq 15-20 gün çəkirdi. Yolda  yaxşı 

otlaq  olanda  bir  az  da  ləngiyirdik  ki,  qoyun  yaxşı  yesin.  Qabaxlar 

aprelin  axırı  burdan  tərpənərdik,  bir  may  bayramını  İstisu  yayla-

ğında qeyd eliyərdik. Orda biri may çalası vardı, camaat yığılıb biri 

mayı orda qeyd eliyərdi.  

Oba  dağdan  qayıdanda  sentyabrın  axırı  gəlib  qışlağa  çıxırdı. 

Onda  da  qışlaq  yerindəki  quşotu,  qarağan,  söysök,  sarıbaş  kimi 

heyvan yeyən otların hələ ajı vaxdıdı. Ona görə o vaxdı qoyun onu 

yemir. Harda yonca sahələri var, su tutan yerlər var (o vaxdı həmin 

sahələr göylük olurdu) heyvanı orda bejərif, noyabrın axırı, dekabr-

da  qış  yatağına  gələrdi.  Onda  da  həmin  otlar  artıq  şirinləşirdi, 

heyvanlar da onu yeyirdi. Payızdığımız Arazyaxasında olardı.  

 

108. TATALILAR 

 

Şirinqum, Qaratəpə, Küratan tatalların qışlaq yeri olub. İstisu, 

Qızıltəpə,  Sarı  yer,  Alxan  çayı,  Qaraxaç,  Yanıx,  Dəvəözü,  Yüz-

bulax  bizim  yaylax  yerlərimiz  oluf.  Dədə-babadan  Novruz  bayra-

mını  eliyif,  bayram  aşını  yeyif  dağa  köçüflər.  Çünki  burda  artıx 

temperatur qalxır, heyvan qızdırır deyə çox saxlamaq olmur. Bizim 

dövrdə  isə  aprelin  axırından  köç  başdıyardı.  Kəlbəcərin  İstisuyu 

bizim  yazdax  yerimiz  idi.  Yaz  ayını  orda  keçirərdik.  Həm  oranın 

otu tez yetişir, həm də havası isti olur. Elə ki yay girdi, onda gedər-

dik  Sarı  təpəyə,  Qızıl  təpəyə,  Dəvəözünə,  Qaraxaça,  Yeddibulağa. 

Payızdığımız  da  oluf  Küratan.  Küratanda  hər  kəsin  öz  yeri  vardı. 



 

82

Malı orda saxlıyardı, qoyunu  isə Şirvana, Muğana aparardı. Yazda 



köçüb gələrdi. Yazdağın Küratanda eliyərdi, ordan da köçərdi dağa.  

Köç  iyirmi-iyirmi  beş  gün  çəkirdi.  Taxtabaşı,  Çilgəz,  Uzun-

yal,  Yeddibulax,  Xıdırrı  yolu,  Qara  qaya,  Narışdar,  İldırımvuran 

qaya  bizim  düşərgələrimiz  idi.  Kim  harda  gəldi  düşərgə  sala  bil-

məzdi.  Dövlət  tərəfindən  yerlər  ayrılmışdı,  düşərgələrimizi  orda  sa-

lardıx. Adətən bir gün qalırdıx. Elə yer olurdu otu çox olurdu, iki-üç 

gün də ləngiyirdik. Bunnan qabax çox adam öküz saxlıyırdı. Erkək 

malı  balaca  vaxdı  burullar,  böyüyəndə  yaxşı  yük  götürür.  Camaat 

fərməşin, taxılın ona yüklüyüf gedərdi. Kimin dəvəsi vardı, dəvəsin 

yüklüyüf gedərdi.  

Mənnən  qabax  Xonaşendə  hərənin  bir  az  yeri  varmış.  Orda 

taxılı  əkif  gedəllərmiş  dağa.  Biçin  vaxdı  gəlif  taxılı  biçdirəllərmiş, 

yığallarmış  oraya,  genə  qayıdallarmış  dağa.  Dəvə  dağda  çox  qala 

bilmirdi.  Yay  yarı  olanda  dəvələri  götürəllərmiş,  qoyunu,  çobanı 

dağda qoyuf köçüf gələrlərmiş Xonaşenə. Orda taxılların döydürəl-

lərmiş. 


Bu yerlərdə oturaxlığımız müharibədən soora oluf. Özü də biz 

İmişliyə tabe idik. 1939-cu ildə buranı rayon düzəltmək üçün yeddi 

qalxozu – Bağırov, Kaqanoviç, Stalin, Varaşilov, Kirov, Budyonnu 

qalxozlarını  İmişlidən  kəsib  verdilər  bu  rayona.  Sifdə  qalxozu 

gönüllü təşkil eləmişdər. Qalxozda o qədər mal yoxuydu. 39-cu ildə 

ustav qoyuldu, hərəyə 20 qoyun, bir inək, bir düyə, bir at, bir də bir 

dəvə verdilər, qalanını da yığdılar qoydular qalxoza.  

 

109-110. AŞIQLI 



 

Kənddəki  tirələr:  nəbilər,  bayarmalılar,  hüsöyünlü,  çıraqlı, 

qıyişdanlı

14

, maşadılar, qurbanlı, dəmirçilər. 



Aşıqlının bir dəstəsi də Göygöl rayonundadı. Olar burdan get-

mədir.  Əvvəl  get-gəl  vardı,  1941-45  müharibəsinnən  soora  bizim 

aramız  kəsilif.  Bizim  camaatın  aşıq  sümüyü  çox  uzun  olduğuna 

                                                

14

 İşdanlarını qıyla bağladıqları üçün onlara belə ad verilib.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə