75
артыр (консентрасийа) вя беляликля даща танынмыш фонд ширкятляри
мейдана эялир.
Olkənin fond bazarının inkişafında daha çox dovlət qiymətli kağızların üstün
movqeyi nəzərə carpmaqdadır. Xususilə bazarın dovriyyəsində Mərkəzi Bankın
qiymətli kağızlarının xususi cəkisi öz yuksəkliyi ilə nəzərə carpır. Korporativ
qiymətli kağızların satışında və dovriyyəsində artım baş versə də, lakin səhmlərin
təkrar bazarının inkişafına ehtiyac vardır. Səhm təkrar bazarının mövcud inkişaf
səviyyəsi daha çox muəssisə və təsərrufatların, əsasəndə ozəl sektorun, qeyri-neft
sənaye muəssisələrinin burada kifayət qədər fəallıq göstərməməsi ilə bağlıdır.
Təsnifləşdirilmiş qiymətli kağızlar bazarı kateqoriyasına keçidin təmin edilməsi
ölkənin fond bazarının inkişafı baxımından zəruridir. Bu kecid eyni zamanda səhm
bazarının kapitallaşma səviyyəsinin artımı ilə sıx bağlıdır. Ölkənin fond bazarının
kapitallaşma səviyyəsinin artımı baş versə də, lakin bu muəssisə və təsərrufat
subyektlərinin kapital-investisiya ehtiyaclarının qarşılanması da yetərli sayıla
bilməz. Belə ki, əsas kapitala investisiya qoyuluşlarının həcmi, həmin subyektlərin
digər mənbələrdən maliyyə resurslarının cəlbi bazarın kapitallaşma səviyyəsindən
hələ ki, üstündür. Fond bazarında muəssisə və təsərrufat subyektlərinin iştirak
səviyyəsi və onların bazardan investisiya cəlbi, imkanları kifayət qədər yüksək
deyildir. Bu amil, xususilə də özəl sektorun, qeyri-neft sənaye muəssisələrinin
fəaliyyətində özünü göstərir.
Sənaye sektorunda aparıcı rol oynayan mədənçıxarma sahəsinin texniki
imkanlarının yüksək olması və fond tutumluğu onun əsas istehsal fondlarının
həcminin böyüklüyünü zəruriləşdirir. Lakin bir önəmli cəhəti də nəzərə almaq
lazımdır ki, mədənçıxarma sənaye muəssisələrinin əksər hissəsi təbii inhisar
subyekti olmaqla, dovlət mulkiyyətindədir. Bu baxımdan onların maddi-texniki
təchizatının və investisiya-kapital qoyuluşları tələbatının qarşılanmasında əsas rol
da dovlətə məxsusdur.
Qeyri-neft, əsasən də emal sənaye muəssisələri özəl sektora aid olunduğu
ucun onların butun maddi-texniki və maliyyə ehtiyacları oz fəaliyyətinin
nəticələrinə görə qarşılanır. Məhz bu növ milli muəssisələrin kapital-investisiya
76
tələblərinin qarşılanmasında dunya təcrubəsində olduğu kimi olkənin də fond
bazarının rolu daim yuksək qiymətləndirilməlidir.
Azərbaycanda fond bazarının inkişafı ilə bağlı yerli muəssisə və təsərrufat
subyektlərinin ticarət markalarının bir brend kimi formalaşmasına ehtiyac vardır.
Belə ki, fond bazarında öz səhmlərini yerləşdirən muəssisə və subyektlərin
brendinə inam investorların bu istiqamətdə investisiya-kapital qoyuluşlarının
artırılmasında əhəmiyyətli rol oynamaqla, fond bazarının ticarət dövriyyəsinin
artmasına, səhm bazarının kifayət qədər kapitallaşmasına müsbət təsir gostərir.
Beynəlxalq təcrübədə fond bazarında satışa çıxarılan qiymətli kağızların,
səhmlərin bazar qiymətini muəyyən edən muxtəlif indekslərdən istifadə edilir.
Azərbaycan bazarında belə qiymətləndirici indekslərdən, səhmlərin bazar
qiymətini daha aydın muəyyən edən vasitələrdən istifadə yubanmaqdadır. Belə
indekslər ölkə iqtisadiyyatının inkişafının başlıca qiymətləndirici gostəricisinə
cevrilməklə, əsasən də təkrar səhm bazarının inkişafında önəmli rol oynaya bilər.
Qüymətli kağızların dövriyyəsinin artırılmasında, bu sahədə şəffaflığın
yuksəldilməsində qiymətləndirici indekslərin tətbiqinin zəruriliyi nəzərə alınmalı,
onun istifadəsini təmin edəcək texniki-iqtisadi metodoloji sənədlərin hazırlanması
məsələsi də xususi diqqət mərkəzində saxlanılmalıdır. Ümumilikdə, bazarın
muəyyən dərinliyinə nail olmaqla, indekslərin tətbiqinə nail olmaq daha
məqsədəuyğundur. Belə ki, bazarın təkmilləşdirilməsi, aparılan əməliyyatların
ceşidinin və keyfiyyətinin yuksəldilməsi bu dərinliyin təmin edilməsində xususi
əhəmiyyət kəsb edir. Bazarın inkişafı, burada iştirakcıların və investorların
fəallığının yuksəldilməsi, onların qarşılıqlı maraqların qorunması məsuliyyətlik-
inam səviyyəsinin gucləndirilməsi kimi məsələlərlə sıx bağlıdır. Bununla bağlı,
həmcinin informasiya şəffaflığının artırılması da zəruri məsələlərdən hesab olunur.
Sahə uzrə huquqi-normativ bazanın məhz bu baxımından təkmilləşdirilməsinə
ehtiyac artmaqdadır. Müvafiq hüquqi-normativ bazanın təkmilləşdirilməsi və
informasiya sisteminin gucləndirilməsi ilə bağlı aşağıdakı amillərə diqqətin
artırılması məqsədəuyğundur:
informasiyanın acılması ucun zəruri olan tələblər sisteminin səmərəliliyinin
77
artırılması;
muəssisələrin informasiya şəffaflığının səviyyəsinin yuksəldilməsi;
informasiyanın açılması sisteminin səmərəliliyinin artırılması;
informasiyanın açılmasının hüquqi muhitini muəyyən edən qanunvericiliyin
təkmilləşdirilməsi, informasiyanın açılması uzrə tələblərin yerinə yetirilməsi uzrə
yoxlama və nəzarət mexanizmlərinin gücləndirilməsi, belə tələblərin pozulmasına
gorə məsuliyyətin artırılması;
emitentlərin məsuliyyətinin artırılması.
Fond bazarının inkişafı baxımından yeni alət kimi bələdiyyələrin qiymətli
kağızlarının buraxılmasına ehtiyac vardır. Bu qurumlar geniş əhali kütləsi ucun
borc qiymətli kağızları buraxa, cəlb olunmuş vəsaitləri bələdiyyə proqramlarının
reallaşmasında istifadə edə bilərlər. Hazırda regionlarda sosial-iqtisadi inkişafa nail
olmağın ən vacib amillərindən biri kimi yeni maliyyələşmə aləti olan bələdiyyə
qiymətli kağızlarının buraxılması da hesab oluna bilər.
Azərbaycanın fond bazarında xarici investorların fəaliyyətinin təşkili olkə
iqtisadiyyatının inkişaf etdirilməsində vacib amillərdən biridir. Azərbaycan fond
bazarı xarici investorlar və beynəlxalq qurumlar ucun cəlbedicidir. Onlar kapital
yatırılması imkanları baxımından Azərbaycan bazarını kifayət qədər perspektivli
bazar hesab edirlər ki, bu da ölkədə əlverişli investisiya muhiti ilə əlaqədardır.
Həmçinin bazarın fəaliyyətinin genişləndirilməsi ilə bağlı investorların
maarifləndirilməsinə, investisiya və korporativ idarəetmə mədəniyyətinin
yuksəldilməsinə və bu istiqamətdə xüsusi proqramların işlənib hazırlanmasına və
həyata keçirilməsinə də ehtiyac vardır.
Ölkədə iri və orta muəssisələr əsasən əvvəl dövlətə məxsus və blok halında
özəlləşdirilən və səhmdar cəmiyyətinə cevirilən muəssisələrdir. Bu muəssisələrin
səhmdarlarının təkrar bazarın inkişafında necə maraqlı olacaqlarını araşdırmaq
zəruridir.
Həmcinin kicik və orta muəssisələr fond bazarından maliyyə vəsaiti əldə
etmək məqsədilə istifadə edə bilərlər, ancaq bu zaman yeni səhmdarların da
məqsədi mühümdür. Onlarda təkrar bazarın, xüsusilə də səhm bazarının
Dostları ilə paylaş: |