Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

20 

 

ə



razilərdə iyul və avqust aylarında becərilən bitkilər qismən də olsa suvarılır. 

qtisadi baxımdan bu vilayət intensiv əkinçilik zonası hesab olunur. Əsasən 

payızlıq taxıl, çəltik, tütün, tərəvəz, bostan, Qax qəsəbəsində qərbdə isə çay.ş sitrus 

(qışda örtük altında saxlamaqla) və həmçinin efir yağlı bitkilər (Qazanlıq qızılgülü, 

namə) yetişdirilir. 

   II.Şimal-Şərq yamacda beş aqroiqlim rayonu ayrılmışdır. Cənub yamacla 

müqayisədə, daha meyilli olması və çay şəbəkəsinin az sıxlığı fərqlənir. Bu 

rayonların ümumi aqroiqlim xüsusiyyəti aşağı temperaturun (1-2°) olması, şimalda 

daxil olan soyuq hava kütləsinin təsiri altında soyuq dövrün erkən başlanması ilə 

səciyyələnir. Bunun nəticəsində 10°-dən yuxarı fəal temperaturların cəminin 

izoxətti cənub yamacla müqayisədə 500-600°-dən aşağıdan keçir. 

   Bir qədər isti Xaçmaz-Qonaqkənd aqroiqlim rayonunda 10°-dən yuxarı 

temperaturların cəmi 2600-4000° arasında təddüd edir. Quba-Qusar rayonları da 

istiliklə yaxşə təmin olunmuşlar. Payızlıq taxıl yığıldıqdan sonra istifadə edilə 

bilinən istilik ehtiyatı 400-2200° arasında dəyişir. 

   Ümumiyyətlə, yarımvilayət rütubətlənmə xüsusiyyətinə görə yekcins deyildir. 

Xüsusən Xaçmaz-Qonaqkənd rayonunda, ərazinin yüksək rütubətləşməsi 

səbəbindən düzən müşələr qorunub saxlanılmışdır. Burada yağıntıların miqdarı 

cənubla müqayisədə bir neçə dəfə yüksəkdir. 

   Torpaq və havanın yüksək dərəcədə rütubətləşməsi Xaçmazdan şimalda buzlaq 

və qar suları ilə qidalanma rejiminə malik olması ilə təmin olunur. Bir qədər 

cənubda çaylar alçaq su hövzələrindən qidalandıqlarına görə nisbətən az su 

ehtiyyatına malikdir. 

   Bu iki rayonda yerli sənaye əhəmiyyətli meyvə, tərəvəz bostan bitkiləri 

yetişdirilir. Aşağı qurşaqda yetişmiş Yenikənd-Zeyxur rayonu yazlıq taxıl, 

ə

sasəndə arpa, orta və gec yetişən kartof, kələm üçün əlverişli istilik rejimi ilə 



təmin olunmuşdur. Yüksək dağlıq ərazinin subalp və alp çəmənliklərindən yay 

otlaqları kimi istifadə olunur. Burada arıçılığın inkişaf etdirilməsi üçün də əlverişli 

təbii şərait mövcuddur. 

   III.Abşeron - Qobustan yarımvilayəti əvvəlki iki yarımvilayətləri ilə müqayisədə 

təbii enerji (günəş və külək ehtiyatları) ilə kifayər qədər yaxşı təmin olunmuşdur. 

Ə

razinin rütubətlə təmin olunması bir qədər zəifdir. Bitkilərin vegetasiyası 



dövründə əraziyə cəmi 35-120 mm yağıntı düşür. Yüksəklik artdıqca bitkilərin 

yağıntılarla təmin olunması yaxşılaşır. Lakin onların miqdarı isti dövründə (aprel-

sentyabr) 250 mm-dən artıq olmur. 

    lıq yaz və mülayim payız, isti və uzunmüddətli yay çox qiymətli subtropik 

bitkilərin: əncir, nar, zeytun, püstə, badam, zəfəran, xına, basma və s. yetişdirilməsi 

üçün əlverişli təbii şərait yaradır. Abşeron yarımadasının hər yerində Ağşanı, 

Qaraşanı və başqa üzüm sortlarının yetişdirilməsi üçün şərait vardır. Ərazidə 

payızlıq taxıl məhsulları toplandıqdan sonra istiliyin böyük ehtiyatı (fəal 

temperaturların cəmi 2200-2600°) qalır ki, ondan da qarğıdalı, paxlalı bitkilər, 

tərəvəz və ot bitkilərinin yetişdirilməsi üçün istifadə etmək mümkündür. 

Dənizsahili zonada sənaye əhəmiyyətli güclüyünün inkişaf etdirilməsi üçün də 

ə

lverişli təbii şərait mövcüddur. 




21 

 

   Qışda şaxtanın zərərli təsiri yarımadanın daxili hissələrində daha çox ehtimal 



olunur. Yarımvilayətdə bitkilərin normal inkişafına mənfi təsir göstərən hallardan 

biri də xəzrinin, şimal və şimal-şərq istiqamətli küləklərin tüğyan etməsidir. Belə 

ki, xəzri bitkilərdə transpirasiyanı kəskin şəkildə gücləndirir, torpağı qurudur və 

bitkiyə ciddi şəkildə mexaniki təsir göstərir. Küləyin havaya qaldırdığı toz 

bitkilərin yarpaqlarının üstünə çökərək, onların tənəffüsünü çətinləşdirir. Xəzri 

bitkilərin çiçəklənmə dövründə xüsusi təhlükədir. Yay dövründə buxarlanmanın 

gücləndirmək suvarmanın səmərəsinin aşağı salır. 

   Yarımvilayətin Qobustan hissəsi təsərrüfat baxımından az mənimsənilmiş, əsasən 

qış otlaqları kimi istifadə olunur. Ərazidə kəskin şəkildə su qıtlığı müşahidə 

olunur. Lakin yaz yağışları dövründə əsasən efemer və efemeroidlərdən ibarət təbii 

yem bitkilərinin inkişafı nəzərə çarpır. 

   

1.4.Böyük  Qafqazın  şimal-şərq  və  cənub-qərb  yamaclarının  geotektonik 

və  geomorfoloji  şəraiti.

 

Geoloji-geomorfoloji  şəraitlə  təbii  ehtiyatlar  arasındakı 



qanunauyğun əlaqə mürəkkəb relyefə malik olan Böyük Qafqazın cənub yamacının 

Şə

ki-Zaqatala  zonasında  özünü  daha  aydın  təzahür  etdirir.  Burada  dağ 



sistemlərinin xeyli yüksəkliyə malik olması, dağətəyi düzənliklərin qismən alçaqda 

yerləşməsi  mineral  xammal  ehtiyatlarının  müxtəlifliyinə  və  ərazi  üzrə 

paylanmasına təsir edən başlıca amillərdəndir. 

Ə

razinin  sosial-iqtisadi  inkişafını  təmin  etmək,  əhalinin  yaşayış  səviyyəsini 



qaldırmaq, istehsal sahələrini genişləndirmək və yeni istehsal sahələri açmaq üçün 

bölgənin  təbii  mineral  ehtiyatlarından  tam  və  səmərəli  istifadə  olunması 

günümüzün  müasir  tələblərindən  biridir.  Bunun  üçün  rayon  ərazisinin  təbii 

şə

raitini, o cümlədən geoloji-geomorfoloji quruluşunu bilmək, onun bu və ya digər 



təsərrüfat  işlərini  həyata  keçirilməsində  qarşıya  çıxan  çətinlikləri,  problemləri 

nəzərə almaq lazımdır. Şəki-Zaqatala zonası bütünlükdə geoloji quruluşu və təbii 

ehtiyatlardan  istifadəsinə  görə  eyni  dərəcədə  əlverişli  deyildir.  Onun  müxtəlif 

sahələrində  əhalinin  yerləşdirilməsi,  suvarma,  tikinti  və  digər  təsərrüfat  işlərinin 

aparılmasını  məhdudlaşdıran  müxtəlif  geoloji  problemlər  mövcuddur.  Bu 

baxımdan  bölgə  ərazisinini geoloji-geomorfoloji xüsusiyyətlərinə  görə iki  zonaya 

dağlıq  və  düzənlik  zonalarına  ayırmaq  olar.  Dağlıq  zona  Baş  Qafqaz  silsiləsinin 

Mazımçayla  Göyçay  arasında  qalan  şimal  hissəsini  əhatə  edir  və  yüksək,  orta  və 

alçaqdağlıq  qurşaqlardan  ibarətdir.  Bu  zona  ərazinin  təxminən  yarısını  əhatə  edir 

və Böyük Qafqazın cənub yamacının –hissəsini tutur. Ən yüksək zirvəsinin (Quton 

dağı)  qərbdə  hündürlüyü  3648  metr,  şərqdə  isə  (Babadağın)  hündürlüyü  4480 

metrdir. Baş Qafqaz silsiləsinin suayrıcından başlayan yüksək dağlıq qurşaq  ensiz 

olub  kəskin  parçalanmış  sərt  relyefə  malikdir.  Burada  qədim  buzlaq  relyef 

formaları  olan  troqvari  dərələr,  karlar  geniş  yayılmışdı,  fiziki  aşınma  prosesi 

üstünlük təşkil edir. Suayrıcı silsilədə Qudurdağ, Samalit, Dindidağ və digər başqa 

aşırımları vardır. Orta və alçaq dağlıq qurşaqlar əsasən meşələrlə əhatələnir.  Lakin 

meşələrdə  plansız  qırılma,  mal-qara  salınması,  yamaclarda  eroziya  və  sürüşmə 

prosesləri, qravitasiya tipli sel ocaqlarının yaranmasına şərait yaradır.  




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə