Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

34 

 

torpaqların münbitliyini və məhsuldarhğı artıran başlıca amillərdir. Həmçinin ot 



tarlalı əkin dövriyyəsinin tətbiqi və suvarma normasına düzgün riayət olunması ən 

başlıca şərtlərdəndir. Zərərli duzların torpağın yuxarı qatlarına qalxmasına imkan 

verilməməlidir. Dəmiyə əkinçilik (taxıl, üzüm) altında istifadə olunan şabalıdı 

torpaqlar sahəsində isə quraqlığa qarşı mühazirə tədbirlərini genişləndirməli, qış 

otlağı kimi istifadə olunan sahələrdə ot örtüyünün vəziyyətini yaxşılaşdırmaqla 

eroziyanın qarşısı alınmalı, torpaqların münbitliyi bərpa olunmalıdır. 



Boz torpaqlar. Boz torpaqlarda humus ehtiyatı az olub, 0-20 sm-lik qatda 30-

65 t/ha arasında dəyişir. Bu torpaqların əsas hissəsi suvarılan dənli bitkilər əkinlər 

altında istifadə olunur. Müəyyən hissəsi isə qış otlaqları altındadır. Boz 

torpaqlardan nisbətən yüksək və sabit məhsul almaq üçün ardıcıl olaraq sahələrə 

üzvü və mineral  gübrələr verilməlidir. Növbəli əkin sistemlərindən istifadə 

etməklə, əlavə drenaj-kollektor və suvarma şəbəkələri yaratmaqla məhsuldarlığı 

yüksəltmək və münbitliyi bərpa etmək lazımdır. 

Yarımsəhra zonasının qonur və boz-qonur torpaqlarının əsas problemləri 

səhralaşma prosesinə məruz qalması, şorakətləşmə və şorlaşma proseslərinin 

hakim olması ilə səciyyələnməsidir. Suvarma və digər kompleks meliorativ 

tədbirlərin köməyi ilə istifadə olunması məqsədəuyğundur. Kəskin aridləşməyə 

məruz qalmış və münbətliyi çox aşağı olan qonur və boz-qonur torpaqlar otlaq 

kimi istifadə olunur. Aridliyin və səhralaşmanın təsirini azaltmaq üçün suvarma 

şə

raitində ot əkinləri aparmaq, skeletliyin və eroziyanın təsirini azaltmaq üçün üzvi 



gübrələrdən geniş istifadə etmək lazımdır. 

Subasar çəmən-meşə torpaqlar. Subasar çəman torpaqlar kobud qruplaşmış 

qum daşlı gillər və ya çınqıllı müasir gətirmələr üzərində, 1,3m dərinlikdə yerləşən 

qrunt sularının təsiri altında formalaşır. Tədqiq etdiyimiz iqtisadi rayon ərazisində 

102,1 min ha sahə tutur və ümumi ərazinin 9,8%-i təşkil cdir. Bu torpaqlar səth və 

qrunt suların təsiri altında əmələ gəlir.  Subasar çəmən-torpaqların üst qatında 

humusun miqdarı profil boyu tədricən azalır. Əsas hissəsi örüş və nisbətən az 

hissəsi aşağı məhsuldar biçənək sahələri kimi istifadə olunur. Yeraltı suların 

səviyyəsini aşağı salmaqla subasar-çəmən torpaqları bağlar və tərəvəz-bostan 

bitkiləri altında istifadə etmək olar. Təsvir olunan allüvial, meyilli düzənlik sahədə 

daşqın sularından mühafizənin təşkili və bataqlaşmanın ləğv edilməsi məqsədilə 

kompleks meliorativ tədbirlərin tətbiqi əsas şərtdir. Subasar-çəmən-meşə, subasar-

çəmən torpaqlarda münasib eko-loji şərait yaratmaq üçün izafi rütubətlənməyə yol 

verməmək, xüsusi hidrotexniki qurğularla çay və dərə sularını tənzimləmək, 

kollektor-drenaj şəbəkəsi fonunda qrunt sularının səviyyəsini aşağı salmaq, 

bataqlaşma prosesini ləğv etmək, üzvü gübrələr verməklə torpaqların strukturunu 

yaxşılaşdırmaq və münbitliyi artırmaq, meşə zolaqları kompleksində bağçılığı, 

tərəvəz-bostan və ot əkinlərini genişləndirmək, örüş və biçənəklərin 

məhsuldarlığını yüksəltmək lazımdır. Həmçinin çay və dərə yataqları ilə 

parçalanma nəticəsində əmələ gələn kiçik sahələri iri massivlərə çevirmək, 

texnikadan istifadəyə şərait yaratmaq vacibdir. 

Şə

ki-Zaqatala iqtisadi rayonu ərazisində çaqıl daşlı çay gətirmələri geniş 



yayılıb və tədqiqat sahəmizdə olan bütün çayların aşağı və orta axınlarında 


35 

 

yayılaraq 18,4 min ha sahəni, yəni ümumi iqtisadi rayon ərazisinin 1,8%-ni əhatə 



edir. Bu çaqıl daşlı iri gətirmə materialları ilə örtülən ərazilərin mənimsənilməsi və 

bu ərazilərdə bağ salınması işlərini genişləndirmək üçün, hidrotexniki mühafizə 

tədbirləri aparmaqla iri daşların təmizlənməsi və lillətmə işləri görməklə bu şərti 

yararsız sahələrin səmərəli istifadə problemini müəyyən qədər həll etmək olar. 

Şə

ki-Zaqatala iqtisadi rayonunun torpaqları meyilli dağ ətəyi düzənliklərdən və 



arid alçaq dağ tirələri sahələrindən, həmçinin Alazan-Həftəran vadisindən 

başlayaraq şaquli zonallıq üzrə yüksək dağlıq zonaya qədər qalxır. Müxtəlif təbii 

coğrafi və mürəkkəb ekoloji şəraiti olan və geniş sahələri əhatə edən iqtisadi 

rayonda kənd təsərrüfatına yararlı torpaqların sahəsi 441966 hektar olub, ümumi 

iqtisadi zona torpaqlarının 44,9%-ni təşkil edir. Kənd təsərrüfatına yararlı 

torpaqların suvarılan hissəsi isə 91141 ha olub, ümumi torpaq sahəsinin 9,3%-ni 

ə

hatə edir. 



 

                                            FƏS L  II 



 

BÖYÜK QAFQAZIN Ş MAL-ŞƏRQ YAMACLARINDA TƏB  DAĞIDICI 

HAD SƏLƏR N YARATDIĞI EKOLOJ  PROSESLƏR 

 

   2.1.Böyük Qafqazın şimal-şərq yamaclarının (Quba-Xaçmaz) torpaq 



ehtiyatları. Quba-Xaçmaz bölgəsi Böyük Qafqazın şimal-şərq yamacında 

yerləşərək şimal-qərbdən Dağıstan MR-sı, cənub-qərbdən Baş Qafqaz silsiləsi, 

şə

rqdən Xəzər dənizi ilə əhatələnir. Bölgənin tərkibinə Quba, Qusar, Şabran, Xızı, 



Siyəzən və Xaçmaz rayonları daxildir. Sahəsi 696,5 min hektar olmaqla respublika 

ə

razisinin 8,1% ni əhatə edir. Bölgənin relyef quruluşu qərbdən və cənubdan dağlıq 



olmaqla Baş Qafqaz silsiləsinin şimal-şərq yamacı və yan silsilənin cənub şərq 

hissəsini tutur. Ən yüksək nöqtəsi Şahdağ (4252m) zirvəsidir. Şimalşərqdə 

isə Beşbarmağ dağı (800m) ən yüksək zirvə hesab olunur. Bölgədə dərin kanionlar, 

suayrıcılar, yaylalar, dağarası çökəkliklər, uçqunlar və sürüşmələr 

geniş yayılıb. 

    Ərazinin bitki aləmi çox müxtəlifdir və şaquli zonallıq qanunu daha aydın 

nəzərə çarpır. Çünki, yüksək dağlıq ərazilər qayalıq, subalp və alp çəmən, 

bəzi ərazilərdə isə bozqır çəmən bitkiləri ilə müşahidə olunur. Ərazinin dağlıq və 

qismən alçaq dağlıq ərazilərində enliyarpaqlı meşələr, bir qədər aşağı 

qurşaqda isə əsas etibarı ilə bozqır ot bitkiləri, seyrək meşə və kserofil meşə 

kolluqları geniş yayılmışdır. Quba-Qusar maili düzənliyində əsasən bozqır bitkiləri 

üstünlük təşkil edir. Bitki aləminin inkişafında mühüm rol oynayan ərazinin iqlim 

şə

raiti, eləcə də torpaqəmələgəlmə prosesində, xüsusilə bitki qalıqlarının 



parçalanmasında və onların üzvi maddələr şəklində torpağa daxil olmasında fəal 

iştirak edir. Ərazidə yağıntılar əsasən bərabər paylanmışdır. Belə ki, ilin 

soyuq dövründə Quba və Qusar rayonlarında 255-278 mm, isti dövrlərində isə 316-

337 mm yağıntı düşməsi müşahidə olunur. Ümumilikdə ərazinin şərq və qərb 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə