Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə4/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   2   3   4   5   6   7   8   9   ...   148

 
 

 
çevrilmişdir. Daha sonra isə (14‐16 ‐cı günlər) radium preparatının qoyulmadığı digər 
yerlərdə  də  (çənədə,  o  biri  çiyin  və  qolda,  bud  nahiyəsində)  yeni  zədələnmə  yerləri 
əmələ gəlmişdir.  
Öz  dərisinin  müxtəlif  yerlərini  şüalandıran  London  isə  müəyyən  etmişdir  ki, 
dəri  radiogen  dermatitin  gizli  (latent) periodu və onun təzahür dərəcəsi preparatın 
aktivliyi və təsir müddəti ilə mütənasib olur.  
1901 ‐ ci il və ondan sonrakı illər dərinin şüa ilə zədələnməsinə (dermatitlər, 
eritemlər,  şüa  yanmaları  və  yaraları,  tük  tökülmələri)  dair  çoxlu  sayda  məlumatlar 
toplandı  və  1902  ‐  ci  ildə  dərinin  ilk  şüa  xərçəngi  qeydə  alındı.  Müəyyən  edildi  ki, 
yüksək  nüfuzetmə  qabiliyyətli  radioaktiv  şüalar  təkcə  dəriyə  təsir  etmir,  onlar 
həmçinin daxili orqan və toxumaların zədələnməsinə və canlı orqanizmlərin ölümünə 
səbəb olur.  
Daha  sonra  müxtəlif  orqan  və  toxumalarda  fermentlərin  aktivliyinin 
pozulması, qanda toksiki maddələrin (leykotoksinlərin) əmələ gəlməsi kimi hallar aşkar 
edildi.  Beləliklə  də,  yeni  şüalanma  növünün  yüksək  bioloji  fəallığına  dair  toplanmış 
məlumatlar  radiobioloji  tədqiqatlarda  güclü  ”partlayışlar”  üçün  stimul  rolunu  oynadı 
və radiobiologiyanın  “ilkin” (təsviri periodu)  başlandı. “Birinci mərhələ”  adlanan bu 
mərhələyə, əsasən, təsviri xarakterli işlər aid edilir.  
İlkin  müşahidələr  fundamental  əhəmiyyət  kəsb  etmələrinə  baxmayaraq, 
keyfiyyət  xarakteri  daşıyırdılar  və  bu  mərhələdə  ionlaşdırıcı  şüalanmanın  bioloji 
obyektlərə təsir mexanizmini aydınlaşdıra bilən hansısa bir nəzəriyyə mövcud deyildi. 
Radiasiya  biologiyasının    inkişafının  “ikinci  mərhələsi”  onun  kəmiyyət 
prinsiplərinin,  ilk  növbədə,  bioloji  effektin  şüalanma  dozasından  asılılığının  müəyyən 
edilməsi  mərhələsidir.  Letal  şüalanmaya  məruz  qalmış  ayrı  ‐  ayrı  bioloji  obyekt  və 
sistemlərin bu təsirə davamlılığının müxtəlifliyinə və hüceyrə bölünməsi proseslərinin 
yüksək radiohəssaslığına dair toplanmış nəticələr bu mərhələnin əsas nəticələri hesab 
olunur.  1906‐  cı  ildə  fransız  radiobioloqları  İ.  Berqonye  və  Lo  Tribondo  hüceyrələrin 
radiohəssaslığına  dair  fundamental  qanun  müəyyən  etdilər.  Bu  qanuna  əsasən 
İonlaşdırıcı şüalanmanın hüceyrələrə zədələyici təsiri onların daha intensiv bölünməsi 
halında güclü olur.  Bu təsir, həm də hüceyrələrin morfologiya və funksiyasının daha az 
dəqiqliklə  özünü  büruzə  verdiyi  halda,  yəni  onlar  daha  az  diferensasiya  olunduqda, 
güclü olur”  (Кудряшов Ю.Б., 2004).    
Faktlar toplandıqca, aydın oldu ki, ionlaşdırıcı şüalanma radiasiya mənbəyinin 
intensivliyindən  və  şüalanma  müddətindən  asılı  oalaraq  istənilən  bioloji  obyekti  və 
bioloji sistemi zədələməyə və öldürməyə qadirdir.   
M.  İ.  Nemenov  və  onun  əməkdaşları  1910  ‐cu  ildən  başlayaraq,  şüa 
zədələnməsi  zamanı  maddələr  mübadiləsinin  pozulmasına,  şüalanmanın  immun 
sisteminə, embriogenezə, cinsi funksiyalara mənfi təsirinə (dölsüzlük) dair məlumatlar    
çap   etdirməyə  başladılar.   Bu   məlumatların   içərisində  şüa   konserogenezinə   dair 
məlumatlar üstünlük təşkil edirdi (Кудряшов Ю.Б., 2004).    
1925  ‐ci  ildə  şüa  zədələnməsinin  inkişafında  biokimyəvi  proseslərin  mühüm 
rola  malik    olması  əyani  surətdə  öz  təsdiqini  tapdı.  Belə  ki,  Ansel  və  Vintenberqer 


 
 

 
toyuq  embrionları  üzərində  təcrübi  yolla  müəyyən  etdilər  ki,  soyuducuda 
yerləşdirilmiş  şüalanmış  embrionda  radiasiya  pozulmaları  müaşahidə  olunmadığı 
halda,  eyni  doza  ilə  şüalanmış  inkubatorda  yerləşdirilmiş  embrionda  radiasiya 
əlamətləri açıq‐aydın hiss olunur. Aydın olur ki, mübadilə proseslərinin intensivliyi şüa 
zədələnməsi  əlamətlərinin  formalaşmasında  əsas  rol  oynayır.  Bu  müşahidələrin 
əsasında müəlliflər şüa zədələnmələri yaranmasına dair aşağıda sadalanan üç əsas fikir 
söyləyə bildilər (Кудряшов Ю.Б., 2004) : 
‐ilkin radiasiya zədələnməsinin olması; 
‐bu zədələnmənin güclənməsinə təkan  verən amillərin olması; 
‐bərpaedici amillərin təsiri. 
Beləliklə, şüa zədələnməsi dərəcəsinin təkcə ilkin zədələnmə intensivliyindən 
yox,  həm  də  orqanizmin  fizioloji  vəziyyətindən  və  onda  baş  verən  metabolik 
proseslərin xarakterindən asılılığına dair fikir formalaşdı. 
İonlaşdırıcı  şüalanmanın  maddənin  struktur  elementlərinə  təsirinin 
öyrənilməsi  və  kəmiyyət  dozimetriyasının  yaradılması  tədqiqatçılara  radiobioloji 
effektləri şüalanma dozası ilə əlaqələndirən kəmiyyət prinsiplərini müəyyənləşdirməyə 
imkan  verdi.  Bununla  da,  Radiasiya  biologiyasının    “İonlaşdırıcı  şüalanmanın  bioloji 
obyekt və sistemlərə təsir mexanizmlərinin öyrənilməsi periodu” başladı və Kəmiyyət 
radiobiologiyasının  yaradılmasının  başlanğıcı  qoyuldu  (Radiobiologiyanın  inkişafının 
II mərhələsi” ‐ni təşkil edən bu mərhələ XX əsrin  20 ‐ci illərinə təsadüf edir).    
Bu  mərhələdə  böhran  vəziyyətinə  düşmüş  bioloji  molekul  və  hüceyrə 
strukturlarının,  həmçinin  də  şüalanmış  orqanizmdə  şüa  zədələnməsinin  inkişafına 
cavabdeh olan toxuma və orqanların intensiv axtarışı başlandı. Eyni zamanda “Bioloji 
effektlərin  şüalanma  dozasının  miqdarından  asılılığı  qanunauyğunluqlarının 
müəyyənləşdirilməsi”  üzrə tədqiqatlar böyük vüsət aldı. 
Qeyd edək ki,  Radiasiya biologiyasının    inkişafının    II  mərhələsi   ionlaşdırıcı 
şüalanmanın  bioloji  təsirinin  vacib  xüsusiyyətlərindən  birinin  ‐  “radiobioloji 
paradoksun”  mövcudluğunun  aşkar    edilməsi  ilə  səciyyələnir.  Başqa  sözlə  desək, 
müəyyən  edildi  ki,  ionlaşdırıcı  şüalanmanın  istilik  ekvivalenti  ilə  ifadə  olunan  enerjisi 
onun yaratdığı bioloji effektlərə uyğun enerji ilə müqayisədə kifayət qədər az olur.  
Bu mərhələ həmçinin Radiasiya biologiyasında çox məşhur bir hadisənin kəşf 
olunması mərhələsidir. Söhbət 1925‐1927‐ ci illərdə Sovet alimləri Q. A. Nadson və  Q. 
S.  Filippovun  təcrübi  yolla  maya  hüceyrələrində,  ABŞ  alimi  Q.  Mellerin  isə  drozofildə  
aşkar etdikləri “radiasiya mutagenezi” effektindən gedir (Кудряшов Ю.Б., 2004). Adı 
çəkilən  effektin  mahiyyəti  ondan  ibarətdir  ki,  rentgen  şüalanmasının  “nəsildaşıyıcı 
maddəyə”  təsiri  təkcə  onun  zədələnməsinə  deyil,  həm  də  onda  sonrakı  nəsillərə 
ötürülən  dayanıqlı  dönməz  dəyişikliklərin  yaranmasına  səbəb  olur.  Bununla  da, 
şüalanmanın  mutasiya  yarada  bilməsi  tam  sübut  edildi  və  radiobioloqlar,  ilk  dəfə 
olaraq,  mutasiya  prosesinə  təsir  etməklə,  nəsil  dəyişmələrini  təcrübi  yolla  həyata 
keçirmək imkanı əldə etdilər.  
Şüalanmanın  mutagen  təsirinin  kəşf  olunması  böyük  bir  radiobioloqlar 
ordusunu  radiasiyanın  təsirinə  diskret  bioloji  strukturların  (genlərin,  xromosomların) 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə