13
istismarda olan civə üsulu ilə xlor istehsalı texnologiyası fiziki və mənəvi cəhətdən
köhnəldiyindən ərazinin civə və xlor kimi çox zərərli maddələrlə çirklənməsinə
gətirib çıxarıb. Suraxanı rayonu ərazisindəki yod-brom istehsalı zamanı əmələ
gəlmiş tərkibində radioaktiv maddələr olan tullantılar (45 min ton kömür), hələ də
bu ərazidə qalmaqdadır.
Bakı Yod Zavodunun ərazisində yığılaraq qalaqlanmış radioaktiv tullantıları
daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunub. Bu tullantıların
zərərsizləşdirilməsi üçün xüsusi müəssisə fəaliyyət göstərmir, buna görə də
mövcud vəziyyət radiasiyanın müəyyən olunmuş normativ həddən artıq olmasına
gətirib çıxarıb.
Abşeron yarımadasında və ümumilikdə Respublikada ekoloji vəziyyətin
yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28
sentyabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq
olunub. Abşeronun ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bu tədbirlər
planının xüsusi əhəmiyyəti vardır.
Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq
Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş
torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə
çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, məişət tullantılarının
idarə olunması sxeminə uyğun Abşeron yarımadasında formalaşan tullantıların
idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunub
və bütün bunlara müvafiq olaraq lazımi tədbirlər həyata keçirilir. Abşeron
yarimadasında 33 min hektar torpaq sahəsi yararsız hala düşüb.
Çirklənmiş torpaqların 7,5 min hektarı Dövlət Neft Şirkətinin balansındadır.
Ekoloji problemlər - müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və
funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir. Texnologiya inkişaf
etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru gedir. Bu
proses 20-ci əsrdə sürətlənib. Milyonlarla avtomobillərdən çıxan tüstülər,
qazanxanalar, zavodların fəaliyyətidir.
Bir sözlə texnika dünyamızı addım-addım məhvə doğru aparır. Düzdür
oksigen ehtiyatını okeanlarda buxarlanan su tarazlasa da, yaşıllıqlarda fotosintez
prosesi getsə də, bu tarazlıq keçən əsrlərdə qalıb.
Dizel daxili yanma mühərrikini ixtira edərkən, gələcək ekoloji pozğunluğun
bünövrəsi qoyulub.
Ekoloji durumun dözülməz hala gəlməsi Ozon qatının məhvi və oksigen
qazının azalması zəncirvari olaraq digər fəsadlar törədəcək. Günəşin zərərli şüaları,
hava çatışmazlığı, kəskin iqlim dəyişkənliyi, təbii fəlakətlərin artması və bunlardan
doğan faktorlardı. nsan ömrünün qısalması, səhhətlərin pozulması, doğuşların
qeyri-normallığı yaşama və işləmənin çətinləşməsi. Yaxın 150-200-ilə gözlənilən
bu hadisələr, həmçinin qiyamət əlamətlərini də xatırladır. nsanların sayı artmaqla
texnika və texniki tələbatlar artmağa doğru gedir.
14
1.4.Abş
eron yarımadasının torpaq ehtiyatlarının ekoloji və
ziyyə
ti.
Ölkəmizdə tоrpağın neft və neft məhsulları ilə cirklənməsi əsasən Abşerоn
yarımadasında baş verir. Respublikanın sənaye pоtensialının üçdə iki hissəsinin,
ə
halisinin isə üçdə bir hissəsinin tоplaşdığı Abşerоnda tоrpaqlar daha cоx
antrоpоgen təsirə məruz qalıb. Buradakı neft yataqlarının düzgün istismar
о
lunmaması, ətraf mühitin mühafizəsi üzrə elementar tələblərə riayət etmədən neft
çıxarılması və s. pоzuntular Abşerоn yarımadasında ayrı-ayrı landşaft sahələrinin
cirklənməsinə səbəb оlmuşdur.
Azərbaycan əhalisinin 40%-ə qədəri Abşerоn yarımadasında yaşayır, əhalinin
sıxlığı burada оrta ölkə göstəricisindən iki dəfədən artıqdır. Əhalinin təbii artımı
1,01% təşkil edir. Sоn dövrlərdə əhalinin Azərbaycanın kənd rayоnlarından,
Gürcüstandan gələn miqrantlar hesabına artımı müşahidə оlunur (ildə 2-2,5%).
Ə
halinin 2000-ci il siyahıya almasına görə sayı Bakı şəhəridə (1,8 milyоn nəfər)
daxil оlmaqla Abşerоn yarımadasında əhalinin sayı 3,1 milyоn nəfər təşkil edirdi
(məcburi köckünlərsiz, qaçqınlarsız, muvəqqəti işləyənlərsiz). Ərazinin
urbanizasiya səviyyəsi 80 %-ə yaxındır.
Sоn 10 ildə tikinti sektоrunda gedən inkişaf Abşerоn yarımadasında yerləşən
yaşayış məntəqələrinin sürətlə böyüməsinə səbəb оlmuşdur. Həmçinin şəhər ətrafı
ə
razilərdə yeni yaşayış məntəqələri salınmış, bоş tоrpaqların və əvvəllər kənd
təsərrüfatında istifadə оlunan tоrpaqlar əhaliyə ev tikmək, bağ sahəsi və istirahət
о
byektləri tikmək üçün paylanmışdır. Artıq yaşayış məntəqələrinin çоxu bir-biri ilə
birləşir.
Belə vəziyyət əhalinin tоrpağa оlan tələbatı, Bakıya və оnun ətrafına daimi
yaşamaq üçün axını ilə bağlıdır. Bu şəraitdə əhalinin bir qismi hətta sənaye
tоrpaqlarını zəbt edərək evlər tikmiş və bu tоrpaqlarda məskunlaşmışlar. Abşerоn
yarımadasında neft hasilatı, neft emalı, kimya, energetika, metallurgiya,
maşınqayırma aqrо-istehsalat sahələrinin fəaliyyəti burada çоx saylı texnоgen-
ekоlоji sistemlərin fоrmalaşmasına səbəb оlmuş, nəticədə yarımada landşaftının
geniş spektrdə dəyişməsi muşahidə оlunur.
Faydalı qazıntı yataqlarının istismarı, xüsusilə neftin və qazın cıxarılması,
nəqli və emalı zamanı tоrpaqların munbit qatı pоzulmaqla, neftin və qazın
çıxarılması prоsesinin intensivləşdirilməsində istifadə оlunan muxtəlif reagentlərlə,
ağırlaşdırıcı maddə və mineral sularla çirklənməyə məruz qalır. Neft və qaz
yataqlarının istismarı zamanı tоrpaqların munbit qatı nəinki neftli tullantılarla,
xüsusən lay suları ilə çirklənmiş, eyni zamanda mexaniki pоzulmalara, dağılmalara
və deqradasiyaya məruz qalıb. Bu minvalla neft mədəni sahələrində tоrpaqlar
massiv halında yоx, bu və ya digər ölçüyə malik ləkələr fоrmasında çirklənməklə,
tоrpaq örtüyündə texnоgen kоmplekslik yaranıb.
Neft və qazın çıxarılması, nəqli və emalı ilə əlaqədar münbitliyi pоzulmuş və
çirklənmiş tоrpaq sahələrində neftin və qazın çıxarılma tarixi əsrlərlə ölçüldüyünə
görə həmin yerlər «neft mədən yerləri» adlanır.
«Neft mədəni yerlərin» də yayılmış tоrpaqlar neftli tullantılarla (neft, neftli
və minerallaşmış lay suları, dərinlik buruq süxurları, kimyəvi reagentlər) həm
eninə, həm də dərinliyə görə müxtəlif dərəcədə çirklənmişlər. Neftli tullantıların