47
edir. Həmin hərəkətlər nəticəsində xeyli miqdarda ziyan vurulması, habelə CM-nin
103-cü maddəsinə Azərbaycan Respublikasının 26 dekabr 2000-ci il qanunu ilə əldə
edilmiş əlavədən sonra həm də xeyli miqdarda gəlir əldə edilməsi obyektiv cəhətin
məcburi əlamətidir.
Lakin şərh edilən cinayətin obyektiv cəhətini istənilən hüquqi şəxsin deyil,
yalnız kommersiya hüquqi şəxslərinin yaradılması əmələ gətirə bilər, çünki qeyri-
kommersiya hüquqi şəxslərinin əsas məqsədi, ümumiyyətlə sahibkarlıq fəaliyyətini
həyata keçirmək deyildir ( Azərbaycan Respublikası MM-nin 43.5-ci maddəsi). Ona
görə də qeyri-kommersiya hüquqi şəxslərinin yaradılması, bu, başqa niyyətlə edilmiş
olsa da belə, CM-nin 193-cü maddəsi ilə məsuliyyətə səbəb ola bilməz.
Qanunsuz əldə edilmiş, alınmış və ya saxlanmış əmlakdan istifadə etməklə
törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər:
1.Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma: Mülki
dövriyyədən çıxarılmış, o cümlədən bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlak
vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququnun obyekti ola bilməz. Qabaq-
cadan vəd edilmədən belə əmlakı əldə etmə və satma təkcə sahibkarlıq fəaliyyətinin
ə
sas prinsiplərini pozmur, həm də şəxslərin əsassız olaraq varlanmasına şərait
yaradır.
Obyektiv cəhətdən CM-nin 194-cü maddəsində nəzərdə tutulmuş cinayət bilə-
bilə cinayət yolu ilə əldə edilmiş əmlakı xeyli miqdarda almadan və ya satmadan
ibarətdir.
CM-nin 194-cü maddəsi üzrə məsuliyyət yalnız cinayətin icraçısına qabaq-
cadan vəd edilməyən alma və ya satmaya görə yaranır. Qabaqcadan vəd etməklə
(cinayət törədilən anadək və ya həmin anda) cinayət yolu ilə əldə edilmiş əmlakı alma
və ya satmanı isə müvafiq cinayətin törədilməsində iştirakçılıq kimi nəzərdən keçir-
mək lazımdır.
2.Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə: Təhlil
edilən cinayətin obyekti təsərrüfat subyektlərinin kreditləşdirilməsini təmin edən
48
ictimai münasibətlərdir. Cinayətin predmetini isə kreditlər, güzəştli şərtlərlə kreditlər
və ya məqsədli dövlət kreditləri təşkil edir.
Obyektiv cəhətdən cinayət təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən
təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya məliyyə vəziyyəti barədə bilə-bilə
yalan məlumat verməklə aşağıdakı alternativ hərəkətlərdən birinin törədilməsində
ifadə olunur: a) kreditin alınması; b) güzəştli şərtlərlə kreditin alınması; c) məqsədli
dövlət kreditinin alınması; ç) məqsədli dövlət kreditindən təyinatı üzrə istifadə
edilməməsi. Obyektiv cəhətin məcburi əlamətlərindən biri də yuxarıda göstərilmiş
ə
məllər nəticəsində xeyli miqdarda ziyan vurulmasıdır.
3.Kreditor borclarını ödəməkdən qəsdən yayınma: Cinayətin obyekti təsərrüfat
subyektlərinin kreditləşdirilməsini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekt
kimi kreditorların əmlak mənafeləri çıxış edə bilər.
Cinayətin obyektiv cəhəti məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qəra-
rından sonra təşkilat rəhbərinin və ya vətəndaşın aşağıdakı əməllərini nəzərdə tutur:
a) kreditor borclarını ödəməkdən qəsdən yayınma; b) qiymətli kağızları ödəməkdən
qəsdən yayınma. Obyektiv cəhətin məcburi əlaməti göstərilən əməllər nəticəsində
xeyli miqdarda ziyan vurulmasıdır. Kreditor borclarını ödəməkdən yayınma dedikdə,
borcun müqavilədə və ya qanunla dəqiq müəyyən olunmuş müddətdə qaytarılmaması
başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddə-
sinə müvafiq olaraq, borclunun aldığı kredit onun müqavilədə göstərilmiş miqdarda
və şərtlərlə qaytarılması vəzifəsini nəzərdə tutur.
Aldatmadan və ya ələ almadan istifadə etməklə törədilən iqtisadi fəaliyyət
sahəsində olan cinayətlər:
1. Əmtəə nişanlarından qanunsuz istifadə etmə: Əmtəə nişanlarından qanunsuz
istifadə etmə vicdansız rəqabətin formalarından biridir. Vicdansız rəqabət təsərrüfat
subyektlərinin sahibkarlıq fəaliyyətində üstünlüklər əldə etməyə yönəlmiş və
qüvvədə olan qanunvericiliyin müddəalarına, işgüzar dövriyyə adətlərinə, ədəblilik,
məntiqlilik və ədalətlilik tələblərinə zidd olan, başqa təsərrüfat subyektlərinə ziyan
vura bilən və ya onların işgüzar nüfuzuna zərər yetirə bilən hərəkətləridir.
49
Obyektiv cəhətdən CM-nin 197-ci maddəsində nəzərdə tutulmuş cinayət özgə-
nin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya
ə
mtəələrin adına oxşar adlardan qanunsuz istifadə etmədən ibarətdir.
2. Bilə-bilə yalan reklam etmə: Son dövrlərdə reklam həyatımızın ayrılmaz
hissəsinə çevrilmişdir. Reklam hesabına, konyukturadan istifadə etməklə, satışın
artırılması və sürətləndirilməsi müəssisənin genişləndirilməsinə və işlərin daha da
müvəffəqiyyətlə aparılmasına şərait yaradır.
Bununla yanaşı, bilə-bilə yalan reklam etmə cinayət-hüquqi məsuliyyət yaradır.
Cinayətin obyekti əmtəə, xidmət və iş bazarında reklamın istehsalı, yerləşdirilməsi və
yayılması ilə əlaqədar yaranan, normal sahibkarlıq fəaliyyətini təmin edən ictimai
münasibətlərdir. Cinayətin obyektiv cəhəti əmtəələr, işlər və xidmətlər haqqında,
habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında bilə-bilə yalan
məlumatlardan reklamda istifadə etmədən ibarətdir. Belə reklamın köməyi ilə reklam
verən (yayıcı, istehsalçı) istehlakçını qəsdən aldadır.
Bilə-bilə yalan reklam vicdansız rəqabətin növlərindən biridir. Reklamda
verilən informasiya o halda yalan hesab edilə bilər ki, fiziki və ya hüquqi şəxslər,
ə
mtəələr, ideyalar və yeniliklər haqqında məlumatlar ya onların məziyyətlərini
(kəmiyyətini, keyfiyyətini, texniki göstəricilər və s.) azaldır, ya artırır, yaxud da
ümumiyyətlə, həqiqətə uyğun deyildir.
3.Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və
ya yayma: Hazırda vicdansız rəqabətin formalarından biri də kommersiya və ya bank
sirri olan məlumatların yayılmasıdır. Sahibkarlıq fəaliyyəti xidməti və kommersiya
məlumatının saxlanması prinsipinə bütün iqtisadi subyektlər və vətəndaşlar
tərəfindən riayət edilməsinə əsaslanır. Hal-hazırda məlumat nəinki təkcə əmtəə
xarakteri almış, həm də onun toplanması, saxlanması, yayılması, istifadəsi və s. ilə
ə
laqədar yaranan müqavilə münasibətlərinin obyekti olmuşdur.
Beləliklə, CM-nin 202-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektini nor-
mal sahibkarlıq fəaliyyəti ilə əlaqədar ictimai münasibətlər təşkil edir. Cinayətin
predmeti isə kommersiya və ya bank sirridir.
Dostları ilə paylaş: |