Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə61/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

                                                                                                                                                           
 
12
 2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  457)  ilə  22.1-ci  maddəyə  cümlələr  əlavə 
edilmişdir. 
 
13
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 22.1-ci maddəyə aşağıdakı cümlə əlavə edilmişdir:  
"(Bu  maddədə  nəzərdə  tutulmuş  qohumluqla  əlaqədar  (yaxın  qohumlar  istisna  olmaqla)  qadağalar  bu 
Məcəllənin  36.7-ci  maddəsində  göstərilən  qaydada  seçicilərin  sayı  100-dən  az  olan  və  50-dən  çox  olan  yaşayış 
məntəqələrində təşkil edilmiş məntəqə seçki komissiyalarının üzvlərinə şamil edilmir)". 
 
14
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 22.10.1-ci maddədə "iclasları" sözündən sonra ", həmin 
iclasda baxılan məsələlər, onlara aid qərar layihələri və digər sənədlər" sözləri əlavə edilmişdir.  
 
15
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik  toplusu,  2005-ci  il,  №  7,  maddə  584)  ilə  22.11-ci  maddədə  "ümumi  nəticələrinin"  sözləri 
"yekunlarının (ümumi yekunlarının)" sözləri ilə əvəz edilmişdir. 
 
16
 16  iyun  2007-ci  il  tarixli  385-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  qanunvericilik  toplusu,  2007-ci  il,  №  7,  maddə  712)  ilə  23.2-ci  maddənin  ikinci  cümləsində 
"Azərbaycan  Respublikasının  Apellyasiya  Məhkəməsinə"  sözləri  "apellyasiya  instansiyası  məhkəməsinə
sözləri  ilə,  dördüncü  cümlədə  "Azərbaycan  Respublikası  Apellyasiya  Məhkəməsinin"  sözləri  "apellyasiya 
instansiyası məhkəməsinin" sözləri ilə əvəz edilmişdir. 
 
17
 01 fevral 2011-ci il tarixli 55-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 
05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163) 
ilə 25.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 
 
18
 2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  457)  ilə  25.2.23-cü  maddə  25.2.24-cü  maddə 
hesab edilmişdir və 25.2.23-cü maddə əlavə edilmişdir. 
 
19
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik  toplusu,  2005-ci  il,  №  7,  maddə  584)  ilə  27.1-ci  maddədə  "Mərkəzi  Seçki  Komissiyasının"  və 
"Mərkəzi Seçki Komissiyası" sözlərindən sonra "sədri, sədrinin müavini, katibi və" sözləri əlavə edilmişdir.  
 
20
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 28.6-cı maddədə "orqanı" sözündən sonra "və internet 
saytı" sözləri əlavə edilmişdir. 
 
21
   12  oktyabr  2004-cü  il  tarixli  771-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavə 
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu  (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 
2004-cü il, № 11, maddə 891 ) ilə Məcəllənin 29.4-cü maddəsinə aşağıdakı redaksiyada mətn əlavə edilmişdir: 
 “Bələdiyyə seçkiləri zamanı bələdiyyə ərazisində yaşayan seçicilərin sayı ilə əlaqədar bu məcəllənin 29.1-ci 
maddəsinə  riayət  etmək  mümkün  olmadıqda,  Mərkəzi  Seçki  Komissiyası  başqa  seçki  dairələrinin  sərhədlərini 
dəqiqləşdirmək  yolu  ilə  bu  halı  aradan  qaldırmalıdır.  Müvafiq  bələdiyyənin  ərazisində  birdən  çox  seçki  dairəsinin 
yaradılması  və  ya  müvafiq  seçki  dairəsinin  tərkibinə  birdən  çox  bələdiyyənin  daxil  edilməsi  nəticəsində 
bələdiyyənin (bələdiyyələrin) ərazisində yaşayan seçicilərin sayının orta təmsilçilik normasına bölünməsi ilə alınan 
qalıq  bu  məcəllənin  29.3.1-ci  maddəsində  göstərilən  faizlərdən  çox  olduqda,  Mərkəzi  Seçki  Komissiyası  seçki 
dairəsini  yaradarkən,  bu  məcəllənin  29.1-ci  maddəsinə  riayət  etməyə  bilər.  Bu  halda  Mərkəzi  Seçki  Komissiyası 
seçki dairəsinin yaradılması haqqında qərarda bu məcəllənin 29.1-ci maddəsinə riayət etməyin mümkün olmadığının 
səbəblərini göstərməklə, öz qərarını əsaslandırmalıdır.” 
 
22
 2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  457)  ilə  29.6-cı  maddədə  "115"  və  "110
rəqəmləri müvafiq olaraq "70" və "65" rəqəmləri ilə əvəz edilmişdir. 
18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 
18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) 
ilə 29.6-cı maddənin altıncı cümləsində “70” rəqəmi “55” rəqəmi ilə, “65” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir. 
 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə