16
Bu dövrdə O, qırx dörd gündəlik qəzeti birləşdirən mətbuatın
“Azadlıq Cəbhəsi” adlı leqal təşkilatında öz fəaliyyətini
gücləndirərək kütlələri ayıltmaq, onları mənəvi cəhətdən
silahlandırmaq yolunda var qüvvə ilə səy göstərir.
S.C.Pişəvəri Azərbaycanda doğulmuş inqilabi şəraiti dərk
edən ilk şəxsiyyətlərdən olmuş və Azərbaycan Demokrat
Firqəsi məhz onun rəhbərliyi altında yaranmışdır. Bu dövrü
S.C.Pişəvərinin təşkilatçılıq fəaliyyəti və rəhbərlik istedadının
qüdrətli mərhələsi adlandırmaq olar. Məhz zəngin inqilabi
təcrübəyə malik olan S.C.Pişəvərinin təşkilatçılıq məharəti və
müdrik rəhbərliyi sayəsində Azərbaycan Demokrat Firqəsi
qissa müddət ərzində Azərbaycanın bütün zəhmətkeş
təbəqələrini və milli qüvvələrini öz bayrağı altında toplayıb
tarixi xalq hərəkatı yarada bilmişdir.
Azərbaycan Demokrat Firqəsinin birinci konqresində bir
səslə firqənin sədrliyi vəzifəsinə seçilmiş S.C.Pişəvəri tarixi
“12 Şəhrivər” bəyannaməsinin hazırlanmasında, Azərbaycan
ruznaməsinin nəşr edilməsində, Azərbaycan xalqının milli
tələbatının irəli sürülməsi və müdafiəsi işində birinci dərəcəli
rol oynamışdır. O, Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi
altında Azərbaycan xalqının 21 Azər nehzətini təşkil etmişdir.
Bu nehzət qələbə çaldıqdan sonra Azərbaycanın Milli Məclisi
S.C.Pişəvərini Azərbaycan Milli Hökumətinin baş vəziri təyin
etmişdir. Məhz həmin hökumət ran çərçivəsi daxilində
Azərbaycan xalqının təyini-müqəddərat hüququnu bərpa edərək
azərbaycanlıların öz ana dillərində danışmaları, yazıb
oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərs
keçirilməsini təmin etdi. Ümumi icbari təhsil üsulunu həyata
keçirtdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı.
Azərbaycanda ilk dəfə olaraq darıl-fünun təsis etdi. Fəhlələr
üçün səkkiz saatlıq iş günü və mütərəqqi əmək qanunu
hazırladı. Bütün ran miqyasında ilk dəfə olaraq qadınların
kişilərlə bərabər hüquqlu olmasını həyata keçirtdi. Təkcə ran
deyil, bütün yaxın və orta şərq ölkələri üçün inqilabi
357
Sən anadan olan gündən,
Inqilabçı yarandın sən.
Üsyan etdin qaranlığa,
Düşmən oldun fironluğa.
Hər tərəfdə sitəm gördün,
Zülm əlindən matəm gördün,
Getdin xalqın köməyinə,
Çarə etdin diləyinə.
Qələm çaldın sola-sağa,
Ş
ahlar düşdü əl-ayağa.
Süngü oldun dar gözlərə
Salam dedin gündüzlərə
Ellər gəldi sorağına
Göz tikdilər bayrağına.
Baıxıb sənə can dedilər,
Günəş kimi yan dedilər.
Haray saldın, car eylədin.
Azadlığı var eylədin.
Qından çəkib, qılıncını
Nişan aldın şah tacını.
ngilislər hürüşdülər,
Amerikayla görüşdülər.
Boylandılar bizim yurda,
Var dedilər xətər burda,
356
O göz ucu baxıb, güldü zindanlara
Qışda tufan, yay çağında isti qumlar,
Məhəbbətin kəsəmmədi insanlara.
Vətən dedi o göz yumdu eyşi-nuşdan,
Qürbətdə də can söylədi dosta, yara,
Araz üstə ötüb keçən qaranquşdan
Dedi: “Məndən salam apar obalara,
Salam apar ana yurda bilsin ki, mən
Ayrılığın həsrətindən daş üstəyəm
Doğrudur ki, o tay vətən, bu tay vətən
Sənsiz yenə harda olsam qəfəsdəyəm”.
Salam apar, söylə məndən qoç Təbrizə,
Eşidirəm qolunda ki, zəncir səsin
Araz necə dərin olsa üzə-üzə,
Gələcəyəm heç də düşmən sevinməsin...
Sən öləndə təəsüflər kölgə saldı
Qaldı elin baxşıları yolarına
Son nəfəsdə yana-yana gözün qaldı,
Bu tayların xəzən vurmuş baharında.
Bağban oldun, girdin bağa gülə-gülə
Bir gül əkdin, qunçələndi gül açmadı.
Saz götürüb, nəğmə dedin bizim elə
Ə
fsus ola sarı simlər dil açmadı.
*****
17
ə
həmiyyətə malik olan torpaq islahatını icra etdi. Azərbaycanın
şə
hər və kəndlərində tarixdə misli görünməmiş abadlıq işlərinə
başladı. S.C.Pişəvərinin başçılıq etdiyi Azərbaycan Milli
Hökumətinin bir il ərzində həyata keçirdiyi bu tədbirlər hətta
Azərbaycan xalqının qati düşmənləri tərəfindəndə etiraf
olunmuşdur. Qərbin irticaçı dairələrinə mənsub mətbuat
dəfələrlə yazmışdır ki, S.C.Pişəvərinin rəhbərlik etdiyi milli
hökumət bir il ərzində Azərbaycanda yarım əsrilik fəaliyyət
göstərmişdir və bu islahat inkar edilməzdir. Amerika
imperializminin fəal yardımı ilə ran irticaçının Azərbaycana
xəyanətkar basqını və şahpərəst cəlladlar tərəfindən axıdılan
qanlar S.C.Pişəvərini həddən ziyadə kədərləndirsədə onu əsla
məyus etmədi. Bu hadisəni sonra O, mühacirət şəraitində
təcrübəli təşkilatçılıq fəaliyyətini davam etdirməklə yanaşı öz
geniş və hərtərəfli ədəbi irsinidə zənginləşdirməyə çalışmışdır.
1326-ci il Tir ayının 20-də (iyunun 11-i 1947) təsadüfi
avtomobil qəzası mübariz inqilabçı S.C.Pişəvərinin ran və
Azərbaycanın azadlığı və istiqlalı arzusu ilə çırpınan ürəyini
dayandırdı. Lakin onun bütün ömür boyu şərəflən daşıdığı
inqilabi mübarizə bayrağı hal-hazırda Azərbaycan Demokrat
Firqəsi tərəfindən əsas məqsədə doğru aparılmaqdadır...
Məqaləni tərtib edənlər: Tağı Musəvi-Əhməd Əminzadə-
Hüseyn Ciddi Milli Nehzətdən qabaq Azərbaycanda siyasi
Firqə və ictimai təşkilatlar.
Bütün randa gözə dəyən siyasi
hərəkatlar və ictimai təşkilatları əzib, ortadan aparmaqla
bərqərar olan Pəhləvi səltənəti davam etdiyi iyirmi il
müddətində 15 milyon nüfuza malik olan ran xalqları ölkənin
heç bir nöqtəsində bəlli başlı ictimai bir təşkilat qurmağa
müvəffəq olmamışdır. Rza xanın Azərbaycan xalqından və
onun azadlığa olan əlaqəsindən həmişə nigaran olduğuna görə
mərhum Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi hərəkat
(qiyam) basdırıldıqdan sonra orada firqə naminə heç bir ciddi
müəssisənin yaradılamsına imkan verilməmişdir. Hətta
Süleyman Mirzənin (1300-1308-ci illərdə) (1921- 1929)
Dostları ilə paylaş: |