Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə75/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   71   72   73   74   75   76   77   78   ...   204

 

223


Bu  “dəmir”  materialını  isə  hərbi  amillər  təşkil  edirdi  və 

təhlükəsizliyi  qorumaq  üçün  bu  çox  vacib  idi.  ABŞ-ın  yaratdığı 

sistem isə daha çox “dəmir tor” şəbəkəsini xatırladırdı.  

 NATO  ittifaqını bir böyük dövlət olan ABŞ yaratmışdı. ABŞ 

bir  siyasi  sistemin  mərkəzi  elementi  olmaq və digər böyük siyasi 

sistemin  mərkəzi  elementindən  qorunmaq  üçün,  Kanada  da  daxil 

olmaqla, 

sosialist 

sisteminin 

sərhədlərində, 

bu 


sistemin 

güclənməsinin  qarşısını  almaq  üçün  regionun  digər  güc 

elementlərini  öz  ətrafına  toplamaq  məqsədilə,  sistem  yaratdı. 

Qeyd etmək lazımdır ki, “soyuq müharibə”nin gərgin dövrlərində 

-1947-1960-cı illərdə ABŞ 6 hərbi-kollektiv ittifaqa daxil ola bildi. 

Bunlar  1947-ci  il  Rio-de-Janeyro  müqaviləsi,  Şimali  Atlantika 

Müqaviləsi  (1949),  ABŞ-Filippin  müqaviləsi  (1951),  ANZYUS 

müqaviləsi  (1951),  ABŞ-Cənubi  Koreya  müqaviləsi  (1953),  ABŞ-

Yaponiya  müqaviləsi  (1960)  idilər.  Qeyd  etmək  lazımdır  ki, 

Avstraliya da ABŞ-ın hərbi müttəfiqidir.

1

 Belə ki, Şimali Atlantika 



Müqaviləsi  4  aprel  1949-cu  ildə  ABŞ  tərəfindən  hazırlanmış  və 

Belçika,  Kanada,  Lüksemburq,  Hollandiya,  Birləşmiş  Krallıq  və 

Fransa  tərəfindən  ratifikasiya  edildikdən  və  imzalamış  dövlətlər 

tərəfindən  ratifikasiya  etimadnamələri  (qramotaları)  təqdim 

edildikdən  sonra  24  avqust  1949-cu  ildə  qüvvəyə  minmişdir. 

Ratifikasiya  qramotaları  ABŞ  hökumətinin  arxivində  saxlanılır.

2

 

Müqavilənin 5-ci maddəsində qeyd edilirdi ki, Avropada və yaxud 

da  Şimali  Amerikada  müqavilə  tərəflərindən  birinə  və  ya  bir 

neçəsinə  hərbi  hücum  olarsa,  bu  addım  müqavilə  tərəflərinin 

hamısına ümumilikdə hücum deməkdir. Bu halda müqavilə tərəfi 

BMT nizamnaməsinin 51-ci maddəsi ilə qəbul edilmiş fərdi və ya 

                                                 

1

 Уткин А.И. Единственная сверхдержава. М. Алгоритм, 2003, -576 с., 



səh.97. 

2

 Североатлантический договор. Справочник НАТО. Юбилейное изда-



ние к пятидесятой годовщине НАТО. Отдел информации и прессы. 

Брюссель 1998. second print. Səh. 405. 


 

224


kollektiv özünümüdafiəyə gətirib çıxara bilər.

1

 Bu isə o demək idi 



ki,  o  biri  güclü  elementdən  qorunmaq  üçün  Avropadakı  güc 

elementlərinin  birgə  gücü  lazım  idi.  Ümumilikdə  müqavilənin 

mahiyyəti  ondan  ibarət  idi  ki,  Şimali  Amerika  və  Avropanın 

təhlükəsizliyi  təmin  edilsin.  Avropanın  bir  ölkəsinə  hücum 

ümumilikdə  Avropanın  təhlükəsizliyinin  pozulmasına  gətirib 

çıxarırdı.  Belə  olan  halda,  kollektiv  müdafiə  və  kollektiv  yardım 

prinsipləri  ortaya  çıxır.  Avropanın  təhlükəsizliyi  ümumilikdə 

Şimali  Amerikanın  təhlükəsizliyi  ilə  sıx  bağlıdır.

2

 NATO-nun 

yaradılması  Şimali  Amerika  və  Qərbi  Avropada  təhlükəsilik 

sisteminin  yaradılmasını  meydana  gətirdi  ki,  bu  sistemin  də 

fəaliyyətinin  əsas  mahiyyəti  və  məqsədi  hərbi-siyasi  cəhətdən 

qorunmaq 

idi. 


NATO-nun 

yaradılması 

ilə 

beynəlxalq 



münasibətlərdə  ikinci  “dəmir”  əsaslı  “dəmir  tor”  sisteminin 

yaradılmasının  əsası  qoyuldu.  Burada  “dəmir”  rolunda  hərbi 

amillər  –hərbi  bazalar,  hərbi  vasitələr  çıxış  etdi.  “Dəmir”in 

mahiyyəti  isə  təhlükəsizlikdə  idi.  Hərbi  amillər,  hərbi  vasitələr 

“tor”un materialını təşkil edirdi.  

Qeyd etmək lazımdır ki, NATO hökumətlərararı təşkilatdır və 

onun bütün üzvləri öz suverenliyi və müstəqilliyini qoruyurlar. Bu 

o deməkdir ki, sistemdə qarışıq vasitələrdən (“dəmir” və “rezin”) 

istifadə  edilir.  İlk  növbədə  NATO  BMT  nizamnaməsinin 

prinsiplərinə  uyğun  olaraq  siyasi  və  hərbi  yollarla  bütün 

üzvlərinin  azadlığını  və  təhlükəsizliyini  müdafiə  edir.  Alyansın 

yaranması  prosesləri  Brüssel  sazişinin  (mart  1948)  imzalanması 

ilə başlamışdır. Bu sazişdə 5 Qərbi Avropa ölkəsi ümumi müdafiə 

sistemini  yaratmaq  və  ölkələr  arasında  qarşılıqlı  əlaqələri 

möhkəmləndirmək istədiklərini təsdiq etdilər. Hal-hazırda NATO-

nun  28  üzvü  var.  ABŞ,  Albaniya,  Almaniya,  Belçika,  Böyük 

Britaniya,  Bolqarıstan,  Çexiya,  Danimarka,  Estoniya,  Fransa, 

                                                 

1

 Североатлантический договор. Справочник НАТО. Юбилейное 



издание к пятидесятой годовщине НАТО. Отдел информации и прессы. 

Брюссель 1998. second print. Səh. 406. 

2

 Справочник НАТО. Юбилейное издание к пятидесятой годовщине 



НАТО. Отдел информации и прессы. Брюссель 1998. second print. Səh.7. 


 

225


İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, 

Macarıstan,  Niderland,  Polşa,  Portuqaliya,  Rumıniya,  Slovakiya, 

Sloveniya, Türkiyə, Xorvatiya və Yunanıstan. NATO-nu təsis edən 

dövlətlərin  sayı  12  idi.  ABŞ,  Belçika,  Böyük  Britaniya, 

Danimarka,  İslandiya,  İspaniya,  İtaliya,  Kanada,  Lüksemburq, 

Hollandiya,  Norveç,  Portuqaliya,  Fransa.  Bu  dövlətlər  4  aprel 

1949-cu  ildə  Alyansın  müqaviləsinə  qoşuldular.  1966-cı  ilin 

iyulundan  Fransa  Alyansın  hərbi  strukturunu  tərk  etdi,  sadəcə 

olaraq müqavilə üzvü olaraq qaldı. 2009-cu ildə isə təkrar olaraq 

qayıtdı.  Alyansın  birinci  genişlənməsi  1952-ci  ildə  baş  verdi. 

1952-ci  ildə  Yunanıstan  daxil  oldu.  1974-1980-ci  illər  arasında 

Yunanıstan  Türkiyə  ilə  gərgin  münasibətlərə  görə  Alyansın  hərbi 

strukturunda  iştirak  etmədi.  Münasibətlərin  gərginliyi  Kipr 

adasındakı  siyasi  vəziyyətə  görə  idi.  1955-ci  il  mayın  9-da 

Almaniya  Federativ  Respublikası  üzv  oldu. 1982-ci il may ayının 

30-da İspaniya, 1999-cu ilin mart ayının 12-də Macarıstan, Polşa, 

Çexiya, 2004-cü il mart ayının 29-da Bolqarıstan, Latviya, Litva, 

Rumıniya, Slovakiya, Sloveniya, Estoniya, 2009-cu il aprel ayının 

1-də  isə  Albaniya  və  Xorvatiya  NATO-ya  üzv  qəbul  edildilər. 

Avropada 

Serbiya, 

Çernoqoriya, 

Bosniya-Herseqovina, 

Finlandiya, İsveç, Avstriya, İsveçrə NATO-nun üzvü deyillər.  

NATO-nun  yaradılması  və  tədricən  genişlənməsi  rəqib  siyasi 

sistemə  malik  olan  SSRİ-ni  narahat  edirdi.  NATO-nun  birinci 

katibi  Qastinqs  İsmey  bəyan  edirdi  ki,  rusları  kənarda, 

amerikalılıarı  içəridə,  almanları  isə  aşağıda  saxlamaq  lazımdır. 

Bu  ifadə  NATO-nun  yaradılma  məqsədinin  əsaslarını  təşkil 

edirdi.

1

 NATO  ittifaqının  yaradılmasını  SSRİ  özü  üçün  təhlükə 



hesab  edirdi.  ABŞ,  Böyük  Britaniya,  Fransa  və  SSRİ  xarici  işlər 

nazirlərinin1954-cü  ildə  Berlində  keçirilən  iclasında  sovet 

nümayəndələrini  inandırdılar  ki,  bu  ittifaq  ancaq  müdafiə 

xarakterlidir.  SSRİ  də  onun  bu  ittifaqa  üzv  olmasını  istədikdə, 

imtina  edildi.  Belə  olan  halda,  SSRİ  Varşava  Müqaviləsi 

Təşkilatını  yaratdı.  Varşava  Müqaviləsi Təşkilatı 14 may 1955-ci 

                                                 

1

 Цель НАТО. http://ru. wikipedia.org. 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə