16
17
CAVANLARA X TAB
Mənim düşkün könlüm sizdən eləyir
Bu fərz
*
olan təmənnanı, cavanlar.
Unutmayın bəşər sizdən diləyır,
Elm, ədəb, həm irfani, cavanlar.
Bəşər gülşəninin bülbülüsünüz,
Ş
anlı firqəmizin sağ əlisiniz,
Zalım əllilərin cəlladısınız,
Dəvasızların dərmanı, cavanlar.
Carəsız dərdlərə çarə etməyə,
Quşu vurub həm imdada yetməyə,
Həyatı ağ, nə kı qarə etməyə
Sərf ediniz hər zamanı, cavanlar.
Yaşayarsa bəşər, yaşar sizinlə,
Soğulmuş
†
çeşmələr axar sizinlə,
Zalımlar geridən baxar, sizinlə
nqilabın qəhrəmanı, cavanlar.
Çünki tələb edir zavallı bəşər,
Gərək keçə sizdən ona bir əsər.
Yoxsa qan ağlayar yenə sərbəsər,
Olmaz da dərdinə çarə, cavanlar.
stəsəniz, ölkəmiz, abad olar,
Ellərin məhbusları azad olar,
Onda da Vurğunun könlü şad olar,
Verər sizə can qurbanı, cavanlar.
1924
*
Vacib, zəruri
†
Qurumuş, tutulmuş
18
MAYDAN
...Haman sənə məhəl-məmuriyyətim
*
olan Köçəsgər kəndindən 180
rübləyə bir maydan at almşam. Bu qiymətə həqiqətən layiq idi öz rahat yerişi ilə.
Pis və mənfi xasiyyətlərindən birisi də bu idi: daima qaçıb kəndin bağ-bostan və
pambığını tələf edirdi. Kəndçilər də deyirdi:
- A müəllim, atını qoyma! A müəllim, atını qoyma!
Doğrusu şu
†
hərif bana
‡
çox xəcalət verirdi. Əlavə, hər cün, kənd sözü, obaşdan
obaşdan durub cənabənin hörüyünü dəyişmək məni yuxusuz qoyduğundan ağzım
Allahda idi ki, bu zalım itib, ya da tələf olsun. Bir səhər tezdən, adətim üzrə, bunun
hörüyünü dəyişməyə qalxdım. Qalxdım nə gördüm? Maydan yoxdur. Üstünə
yüngüllük, elə bil ki, zindandan qurtuldum. Görək bu hicrana şair nə dedi:
Səhərdən axşama gəzdim hər yanı,
Bilməm nerdə başı bəlalı maydanı?
Dolaşdım piyada bütün obanı,
Səni də görmədim vəfalı, maydan!..
Gözündən ki getdin bir axşam çağı,
Taladın bütüncə bostanı, bağı.
Çədkin ciyərimə alosman dağı,
Olasan gözündən yaralı, maydan.
Söylə, gəzdin hansı dağı, dərəni?
Bəni düzdə qoyub aşdın bərəni
§
.
Vurdun yerə on səkkizcə tüməni,
Qorxdu gözüm səni alalı, maydan.
*
Xidmət yerim
†
Bu
‡
Mənə
§
Keçid, aşırım
19
Söyləmərəm ki, dağılsın bu kəndi,
Layiqdir bu dağılmağa hərçəndi.
Mənim atım nazənin, gülbədəndi,
Heyrətə salmışdı mahalı maydan.
Örəsiydim
*
sana bir yaxşı tovla
Ki, içinə yalnız sən qoyula.
Nə bilim ki, axır olacaqmış böylə,
Eylədi Vurğunu cəfalı maydan.
1925
*
Tiksəydim
20
GÖYGÖL
Ə
hməd Cavada
Qucağında bir vaxt bəslədi sizi,
Görmədi sizləri vəfalı Göygöl.
Nişan vermə ona ayı, ulduzu,
Artıq unutmuş o xəyalı Göygöl.
* * *
Ə
srlərdən bəri ömrü xar idi.
Zülm əlindən həyatdan bizar idi.
Özü bir yoxluqkən, adı var idi,
Görməmiş ömründə bu halı Göygöl.
* * *
Bu tutduğu işdən olmaz peşiman,
Sən də əbəs yerə olma pərişan,
Müftəxorlar artıq bulamaz imkan,
Yaratdı zəhmətkeş əhali Göygöl.
* * *
Neçə illər bundan qabaqkı çağı,
O solğun bağçam, o viran bağı,
Xatırlamazmısan, ey "böyük dahi"?
Yaşarmı sizinlə səfalı Göygöl.
* * *
Milli təəssübü atıb araya,
Qanlı Göygöl yaratdın füqəraya,
Çürümüş bir qatıq bir daha maya
Dutamaz qılıyor izlıar Göygöl.
21
* * *
Onun ehtiyacı yox həsbi-hala,
Nifrəti var əski ulduz, hilala.
Sənin kimi bir əfsanə xəyala,
Uyğunlaşsa, yaşar cəfalı Göygöl.
* * *
Cözəlliyi bəlli, məşhuri-cahan,
Qismət olmaz bir də sizlərə inan.
Sizlərə çəkilən o dağa dərman,
Verməyəcək, gəzsən mahalı Göygöl.
1926, yanvar
22
Ş
KƏ STƏ YƏ MƏ KTUB
Başına döndüyüm, əziz Şikəstə,
Dinlə məni, halı yaman olmuşam.
Qəlbdən yaralı, könüldən xəstə,
Nanı
*
zəhər, ruzu
†
fəğan olmuşam.
Çatandan bəridir on beş yaşıma
Çox bəlalar gəlib qanlı başıma,
Baltalar vurulub ömür daşıma,
Bu eşqin yolunda yaman olmuşam.
Kəsilib qanadım, uça bilmirəm,
Eşq məhbusuyam qaça bilmirəm.
Heç kəsə dərdimi aça bilmirəm,
Böylə halı çox pərişan olmuşam.
Gərçi istər çəkim cövrü cəfa yar,
Mən dilərəm sürsün çoxlu səfa yar,
Qəsd eyləyir mənə o bivəfa yar,
Qəsdinin altında talan olmuşam.
O mələk simalım, şahbaz baxışlım,
O dodağı ballım, ceyran yerişlim,
Həm o siyah
‡
tellim, turac gülüşlüm
Yandırıbdır məni, yanan olmuşam.
[ 1926]
§
*
Çörəyi
†
Günü
‡
Qara
§
Bu və sonrakı kvadrat mötərizələr şeirlərin yazılma tarixinin dəqiq olmadığını göstərir.
Dostları ilə paylaş: |