Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   23   24   25   26   27   28   29   30   ...   114

istifadəsi,  digər  tərəfdən  isə  komponcntlərin  insan  fəaliyyətinin  zərərli  təsirindən 
mühafizə  kimi  büruzə  verir.  Odur  ki,  ekologiya  hüququnun  predmeti  ətraf  təbii 
mühitin  ayrı-ayrı  komponentlərinin  səmərəli  istifadəsi  və  mühafızəsi  zamanı 
ni-zamlanan münasibətlərdir. 
Hüququn  ən  yeni  sahələrindən  biri  kimi  ekologiya  hüququ  XX  əsrin  ikinci 
yarısında  təbii  ehtiyatların  istifadəsi  və  mü-hafizəsinin  nizamlanması  kimi  həyata 
keçirilməsindən  irəli  gəlmişdir.  Belə  ki,  təbii  ehtiyatların  əsas  hissələri  dövlətə 
məxsus  olmaqla,  digər  subyektlərə  istifadoyə  verilir.  Təbiətdən  istifadə  hüququ  - 
ekologiya  hüququ  institutunun  tərkibi  kimi  özündə  təbii  ehtiyatların  istifadəsinin 
qaydaları  və  şərtlərini,  təbiətdən  istifadəçilərin  hüquq  və  öhdəliklərini  tənzimləyən 
normativlərin sistemini əks etdirir. 
Təbiətdən istifadə hüququ - təbii obyektlərin istifadə üçün ahnması ilə əlaqədar 
subyektlər tərəfındən konkret hü-quq və öhdəliklərin əldə edilməsinin məcmusudur. 
Ekologiya  hüququ  dedikdə,  ekoloji-hüquqi  ideyalara  əsaslanan,  təbii  ehtiyatlar 
üzərində  mülkiyyət  hüququ,  təsərrüfat  və  digər  fəaliyyətin  gedişində  təbii 
ehtiyatlardan  səmərəli  istifadə  və  ətraf  mühitin  zərərli  fıziki,  kimyəvi  və  bioloji 
təsirlərdən  mühafizəsi  ilə  əlaqədar  hüquqların,  fıziki  vo  hüquqi  şəxslərin  qanuni 
maraqlannın  müdafıəsinə  dair  konkret  ekoloji-ictimai  münasibətləri  tənzimləyən 
normaların məcmusu başa düşülür. 
Hər bir ölkənin hüquq sistemində müstəqil ekoloji hüquq sahəsinin yaranması və 
təkmilləşdirilməsi üçün aşağıdakı şərtlərin olması vacibdir: 
1)
  həmin  sahənin  yaradılmasına  dövlət  marağının  düzgün  dərk 
edilməsi;müstəqil  tənzimləmənin  predmetini  təşkil  edən  ictimai  münasibətlərin 
spesifık  xüsusiyyətlərinin  dəqiq  ifadə  olunması;hüquqi  tənzimləmənin  xüsusi  elmi 
metodlann  yaranması  və  onlardan  səmərəli  istifadə  olunması;hüququn  xüsusi 
mənbələrinin mövcudluğu və ya həmin mənbələrə ehtiyacın olması. 
Müxtəlif ədəbiyyat mənbələrində qeyd olunan şərtlərin öz müstəqilliyini yenicə 
qazanmış respublikamızda da mövcud olması, onun hüquq sistemində yeni bir hüquq 
sahəsinin əmələ gəlməsinə səbəb olmuşdur. 
Müstəqil hüquq sahəsi olaraq, ekologiya hüququ - insanların maraqları naminə 
cəmiyyətlə  təbiət  arasında  harmonik  münasibətlərə  nail  olmaq  məqsədi  ilə  ekoloji 
münasibətləri spesifik üsullarla tənzimləyən hüquq normalan sistemindən ibarətdir. 
Hüquqi tənzimləmənin predmetinin dəqiq müəyyən edilməsi hüquq normalarını 
düzgün tətbiq etmək üçün məcburi şərtdir. Belə ki, yalnız müəyyən əlamətlərə malik 
ictimai münasibətlər hüquqi tənzimləmənin predmeti ola bilər. 
Ə
vvəla,  bu  münasibətlər  iradəvi  xarakter  daşımahdır,  yəni  onların  yaranması, 
dəyişdirilməsi və xitam olunması insanların iradəsindən asıhdır. 
kincisi,  bu  münasibətlər  müxtəlif  ekoloji  sistemləri  (mahiyyətcə  ətraf  təbii 
mühiti) təşkil edən təbiət obyektləri ilə, habelə daxili və xarici iqtisadi əlaqələrlə bağh 


yaranmalıdır. 
Üçüncüsü,  bu  münasibətlər  insanm  yaşadığı,  onun  həyat  fəaliyyətini  və 
sağlamhğını  təmin  edən  ətraf  mühiti  təşkil  edən,  obyektlərin  məcmusunun 
tənzimlənməsinə yönəlməlidir. 
Ə
gər  ictimai  münasibətlər  təbiət  obyektlərinə  aid  olmayan  əmlak  xarakterli 
obyektlərdən  istifadə  ilə  bağh  yaranırsa,  həmin  münasibətlər  ekologiya  hüququnun 
predmeti  olmaya  da  bilər.  Məsələn,  meliorasiya  işləri  ilə  bağlı  yaranan  ictimai 
münasibətlər  ekologiya  hüququnun  predmetidir,  meliorasiya  sistemlərinin  (su 
nasoslarının,  meliorasiya  maşınlan  şəbəkəsinin,  mexanizmlərinin  və  hissələrinin) 
bilavasitə  istismarını  isə  ekologiya  hüququnun  predmetinə  aid  etmək  olmaz,  çünki 
bunlar ekoloji xarakterli yox, əmlak xarakterli münasibətlərdir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  (12  noyabr  1995-ci  il)  qəbul 
edildikdən  sonra  ekologiya  hüququnun  tənzimlədiyi  ictimai  münasibətlərin  əhatə 
dairəsi  xeyli  genişlənmişdir.  ndi  bu  hüquq  münasibətlərinin  obyekti  bütövlükdə 
ə
t-raf mühitdir. 
Öz  təbiətinə  görə  yeni  olan  ekoloji-ictimai  münasibətlər  ekologiya  hüququnun 
predmetini təşkil edir və onların xarakteri aşağıdakılarla ifadə olunur: 
1.
 Bu  ictimai  münasibətlər  konkret  tarixi  inkişaf  dövrünün  xüsusiyyətlərindən 
törədiyindən tarixi xarakter daşıyır. 
Müasir  dövrdə  ekoloji  münasibətlərin  xüsusiyyətləri  və  onların  tarixi  xarakteri 
aşağıdakılarla şərtlənir: 
a)
 təbiətdən  uzun  müddət  səmərəli  şəkildə,  qənaətcilliklə  istifadə  edilməməsi 
nəticəsində yaranan şərait, xüsusilə təbii ehtiyatlardan istifadəyə ehtiyac yaradır; 
b)
 müasir  dövrdə  insanın  imkanları  üçün  məhdudlaşdıncı  şərt  məhsuldar 
qüvvələrin  inkişafı  və  beynəlxalq  əməkdaşlığın  nizamlanması  hesab  olunur. 
Ekologiya  və  ətraf  mühitin  mühafızəsinin  texniki  təminatı  sahəsində  beynəlxalq 
ə
məkdaşlıq  daha  çox  inkişaf  etmiş  ölkələrin  nisbətən  geridə  qalan  ölkələrə  yardım 
etməsinə əsaslanır. 
2.
 Göstərilən münasibətlər istehsalla bağlı olduğundan və təkrar istehsalda dörd 
mərhələdə  -  istehsalda,  məhsulun  bölgüsündə,  dövriyyəsində  və  istehlakı 
mərhələlərində özünü göstərir. 
Dövlət  müəssisələri  təbii  ehtiyatlardan istifadəyə  görə  məcburi  ödəniş verməli, 
öz  hesablanna  təbiətin  mühafızəsi  üzrə  tədbirlər  görməli,  habelə  ətraf  mülıitə 
vurduqları zərərin əvəzini ödəməlidirlər. 
Buna  görə  də,  ekoloji  ictimai  münasibətlərin  təkmilləşdirilməsi  təkcə  onlann 
bilavasitə hüquqi təminatı vasitəsilə deyil, həm do istehsalat münasibətlərinin bütün 
mərhələlərindən keçməklə, ekoloji təsərrüfat fəaliyyəti vasitəsi ilə həyata keçirilir. 
3.
 Ekoloji  ictimai  münasibətlər  spesifık  olduğundan,  onlar  xüsusi  subyekt 
tərkibinin olması ilə səciyyələnirlər. Belə ki, bütün ekoloji münasibətlərdə dövlət bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə