tutur.
5. Təbii obyektlərin istifadəsində mühafızə tədbirlərinin üstünlüyü prinsipi
onunla şərtlənmişdir ki, bütün təbii obyektlər təsərrüfat istismarının mənfı
nəticələrindən sığortalan-mamışdrr. Bu və ya digər təbii obyektin təsərrüfat istismarı
üzrə hər hansı təsir onun mühafızəsi üzrə müəyyən tədbirlərin hazırlanması və həyata
keçirilməsi ilə müşahidə olunmahdu. Belə ki, əkin torpaqlarının istifadəsi torpaq
münbitliyinin artı-rılması üzrə tədbirlərlə; meşələrin qrrılması - meşələrin bərpa işi və
meşəartırma üzrə işlərlə; bahqlarm tutulması - balıqçıhq təsəırüfatının
yaxşılaşdırılması üzrə tədbirlərlə birgə həyata keçirilməlidir.
Belə ki, ətraf mühitin mühafızəsi haqqında elə bir qayda müəyyən edilmişdir ki,
Azərbaycan Respublikasının vətəndaşı üçün təbiətdən istifadənin hər hansı növü
zamanı sağlam ətraf mühit təmin edilməlidir; bu məqsəd üçün əhalinin həyatı, əməyi
və istirahəti üçün normal ekoloji şəraitin təminatı, həyat və sağlamhğının
mühafizəsinin önəmliyi müəyyən edilmişdir.
Bununla yanaşı, əgər təbiətdən istifadədə iqtisadi və ekoloji maraqların
kolliziyası meydana çıxarsa, yəni istismar olunan təbii obyekt üçün təbiətdən
istifadənin üsulu zərərli olarsa, o zaman üstünlük ekoloji maraqlara verilməlidir,
təbiət-dən istifadə üsulu ya dəyişdirilməli, ya da xitam olunmalıdır.
6.
Təbiətdən istifadədə kompleks yanaşma prinsipi onunla ifadə olunur ki, təbii
obyektin istifadəsi zamanı bütövlükdə ətraf təbii mühitlə və digər təbii obyektlərlə
onun bütün ekoloji əlaqələrini nəzərə almaq vacibdir. Bu səbəbdən hər bir konkret
təbiətdən istifadə növünün tərkibində, adətən, təbiətdən istifadənin əsas məqsədi və
ə
sas məqsəddən irəli gələn əlaqəli məqsədi olur. Məsələn, torpaq istifadəçisi, torpaq
sahə-sinin məqsədli, səmərəli və effektli istifadəsinə görə hüquq və vəzifələrlə
yanaşı, labüd olaraq onun torpağında olan su obyektlərinin mühafızəsini
pozmamaqla, qonşu təbiətdən istifa-dəçilərin (meşə istifadəçiləri, yerin təki
istifadəçiləri) qanuni maraqları və hüquqlarım pozmamaqla torpaq sahəsini istismar
etmək vəzifəsi və hüququ alır.
7.
Təbiətdən istifadənin sabitliyi prinsipi belə bir tələbatla şərtlənmişdir ki, hər
bir təbiətdən istifadəçi öz vəziyyəti-nin sabitliyinə inanmalı və təbii obyektin
istismarı zamanı bütün vacib işləri görməyi bacarmalıdır. Belə ki, torpağın və digər
təbii ehtiyatların icarəsi, adətən, uzunmüddətli xarakter daşımalıdır (5 ildən daha
çox), əks təqdirdə torpaq və digər təbii obyektlər səmərəsiz istismar olunacaqdır.
Təbiətdən istifadənin sabitliyi prinsipi qanunvericilikdə müxtəlif qanunlarla
təmin olunur:
a)
qanunda torpağı istifadə edən şəxslərdən təbii obyektlərin müsadirəsinə
səbəb ola bilən əsasların müfəssəl siyahısı olur;
b)
qanunda təbii obyekti istifadə edən şəxsin təsərrüfat fəaliyyətinə qanunsuz
müdaxiləyə görə məsuliyyət nəzərdə tutulmuşdur;
c)
qanunla təbiətdən istifadəçinin fəaliyyətinə qanunsuz müdaxilə zamanı
müdafıə üsulu müəyyən edilmişdir.
8.
Təbii obyektlərin və təbii ehtiyatların ödənişli istifadəsi prinsipi.
«Ətraf mühitin mühafızəsi haqqında» Qanunda (maddə 24) bütün təbii
ehtiyatların istifadəsinə görə ödənişlilik müəyyən edilmişdir ki, bura ətraf mühitin
çirklənməsinə və digər təsir növlərinə görə ödəmələr də daxildir.
Ə
traf mühitə təsirə və təbii ehtiyatların istifadəsinə görə ödəmələrin hesabına
ə
mələ gələn vəsaitlər təbiətdən istifadə-çilər tərəfmdən büdcəyə və müvafiq ekoloji
fondlara yönəldilir. Müxtəlif ekoloji fondların əmələ gəlməsi qaydası Azərbaycan
Respublikasınm qanunvericiliyi ilə müəyyən edilir.
Ə
traf mühitin müəyyən edilmiş limitlərdən artıq çirkləndirilməsinə görə
cərimələr qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə tutulur.
Ekologiya hüququnun xüsusi hissəsinin prinsipləri
Ekologiya hüququnun Xüsusi hissəsi vasitəsilə tənzimlənən hər bir obyekt
özünəməxsusluğu ilə fərqlənir. Odur ki, ekologiya hüququnun Xüsusi hissəsinin
prinsipləri bu və ya digər təbii obyektin istifadəsində müəyyən prioritetlərin olması
ilə ifadə olunur. Bu səbəbdən də ekologiya hüququnun Xüsusi hissəsi özündə
aşağıdakı prinsipləri ehtiva edir:
1. Kənd təsərrüfatı təyinath torpaqların prioriteti onunla ifadə olunur ki, öz
xüsusiyyətlərinə görə kənd təsərrüfatmda istifadə üçün yararh olan bütün torpaqlar,
ilk növbədə, kənd təsərrüfatı məqsədləri üçün aynlmalıdu
-
. Qeyri-kənd təsərrüfatı
məqsədləri üçün kənd təsərrüfatına yaramayan torpaqlar verilməlidir.
Hər hansı torpağın istifadəsi zamanı onun münbitliyinin yjiksəldilməsi üzrə işlər
həyata keçirilməlidir. Torpağm mün-jjjtjqatının zədələnməsi ilə əlaqədar olan işlərin
yerinə yetirilməsi zamanı həmin torpaqlar əkinçilik dövriyyəsindən çıxarılıb dincə
qoyulmalı və torpaq münbitliyinin artırıiması tədbirlərinin həyata keçirilməsinə
yönəldilməlidir. Içməli və məişət təyinath suların prioriteti onunia iifadə olunur ki,
su obyektləri qanunvericiliyə uyğun olaraq ilk növbədə əhalinin içməli və məişət
sularma olan ehtiyacını ödəmək üçün təqdim olunur.
3.
Faydalı qazıntıların çıxarılması üçün yerin təkindən istifadə prioriteti.
Xüsusən də, qanunvericiliyə görə faydalı qazıntıların əldə olunması mümkünlüyünü
təmin edən tədbirlərin aparılması şərti ilə dövlət dağ-mədən nəzarəti orqanları ilə
razılaşma üzrə xüsusi hallar istisna olmaqla, faydalı qazmtıların yerləşdiyi sahələrdə
tikinti işləri qadağandır.
4.
Mühafizə təyinatiı meşələrin prioriteti. Su mühafizə, müdafıə,
iqlimtənzimləmə əhəmiyyətinə malik olan meşə-lər birinci qrup meşələrə aiddir, yəni
yüksək mühafızə olunan hüquqi statusa malikdir. Belə meşələrdə ağaclann qanunsuz
kəsilməsi başqa qrup meşələrlə müqayisədə ən yüksək dərəcədə məsuliyyətlidir
Dostları ilə paylaş: |