33
dediyinə görə dərisinin soyulduğu böyük Nəsimi tarixin az-az
təsadüf etdiyi müdhiş bir cəzaya məhkum edildi.
Təbii ki, bu sahədə dünya və Şərq xalqlarının həyat-
larından istənilən qədər nümunələr göstərmək olar. Lakin söhbət
burasındadır ki, bəşəriyyətin sonrakı dövrlərə mənsub olan
nəsilləri saxta və boyalı simalı ruhaninüamaların, mənafeləri xa-
tirinə uydurduqları saxta və qondarma əqidə və etiqadları qəbul
etməmiş, yeri gəldikdə öz üsyankar səslərini çıxartmaqdan çə-
kinməmişlər. Lakin elə burdaca xatırladaq ki, o dühalar təfəkkür
tarixində fonemental mövqe tutan Mirzə Fətəli Axundovun
mövqeyi çox uğurlu nümunə ola bilər. O, “Külli ədyanı puç və
ə
fsanə hesab edirəm” – deyərkən təbii ki, peyğmbərlərin, imam-
ların keşiyində durduqları dini deyil, ruhani libaslı şarlatanların
xalqın xurduna verdikləri uydurmaları nəzərdə tutmuşdur.
Çox uzağa getməyək: zəmanəsinin mütərəqqi baxışla-
rının zirvəsinə yüksəlməyə nail olan şairin dinlərə, əqidələrə,
hətta Allaha öz idealının bünövrəsini həyatın insan oğluna bəxş
etdiyi nemətlər, şüur və zəka təşkil edir. Maddi və mənəvi
sərvətlər təşkil edir. Xaliqin insana inamı sərhəd və miqyas
tanımır. O, tanrıya məhz bu nemətlərin ucaltdığı sarayların
zirvəsindən baxır. Məhz bu məkandan dərk etdiklərinə inanır.
Yoxsa, müxtəlif boyalı görkəmli, müxtəlif əba-qabalı, müxtəlif
saçlı-saqqallı din xadimi libaslıların onun üçün nə maddi, nə
mənəvi özülü yoxdur. Şairin həmin mətləblərdən söz açan
mövzu aləmində qələmindən süzülüb gəlmiş misraların öz sağ-
lam məntiqlərinə nəzər salaq:
Mən Allaha inanıram,
O Allaha ki, məndə,
Səndə və qeyrilərindədi.
Mən o Allaha inanıram ki,
Rəhmdildi, adildi...
Mən inanmıram o Allaha ki,
Haqlını nahaqqa,
34
Alimi cahilə möhtac edə...
Mən keşişlərin, mollaların
Abstrakt Allahına inanmıram (17, s.65).
stərdim “Abstrakt Allah” dedikdə şairin nəyi nəzərdə
tutduğuna diqqət edilsin. Burada yeri, göyü yaradan qüdrət sahi-
bindən deyil, ruhani-nümaların öz mənafeləri xatirinə “Allah”
ünvanı verdikləri bir varlıqdan söhbət gedir.
Ş
airin sənət pərisi çox qüdrətli qanadlara malikdir.
Cəmiyyət həyatında onun əl tapa bilmədiyi, nüfuz edə-etməyə
gücü çatmadığı obyekt yoxdur. O, hətta dərbarların, sarayların,
səltənətlərin daşdan, poladdan hasar çəkdikləri aləmlərə də yol
tapır. Onun nüfuzedici müşahidələri deyilən daş hasarlı saray və
dərbalara, şah ilə ruhanilərin sövdalaşdıqları məkanlara da nüfuz
edə bilər. O, dərbaların ruhaniləri öz düşmənləri əleyhinə qal-
dırılmasının on qat gizli saxladıqları niyyətlərini də bəsirət gözü
ilə müşahidə edə bilir. Hər şey şair zəkasının dərk edib misralara
çevirdiyi həqiqətlərə uyğun şəkildə həyat donu geyir. Şairin xalq
arasında yaxşı məlum olan “ lanın ağına da lənət, qarasına da”
fəlsəfəsi ilə aydın və şəffaf donda meydana çıxır. Sənətkar
zəkasının təyinatında azacıq belə tərəddüdə yer qalmır:
Bir zaman ran şahı,
Ölkənin din başçılarını
Qaldırdı düşmənləri əleyhinə.
Və şah getdikdən sonra,
Bu din başçıları –
Tutdular onun yerini.
Başladılar başsız başları ilə
Başçılıq eyləməyə ( 23, s.30).
Lakin “Başsız başçıların” hakimiyyəti xalqa, vətənə çox
baha başa gəldi. Onlar slam inqilabının qələbəsindən sonra elm,
mədəniyyət, iqtisadiyyat, ədəbiyyat, məişət, dil və sairə sahə-
35
lərdə verdikləri vədləri gəldikləri yolla da geri qaytardılar. Şahın
yaratdığı həbsxanalar yenə də vətənpərvərlərin son mənzilinə
çevrildi. Ana dilinə qoyulan qadağalar bir qədər də qatılaşdı.
Vətənin, xalqın azadlığını özlərinə ideal seçən oğullar plamiyot
atəşinin yeminə çevrildilər. Mollalalar hakimiyyətinin əmma-
məli başbilənləri keçmişdə şah cəlladlarının açdıqları yolla
amansızcasına hərəkət etdilər. Təbii ki, bütün bunlar tükü-
tükdən seçən şairin nəzərlərindən yayına bilməzdi. Şair bu
haqsızlıqlara laqeyd qalmadı:
Təəccüb edirəm,
Yenə də
Alimi,
Mollası,
Ciblərin doldururlar dayanmadan.
Bilmirəm hara aparacaqlar
Bu ağır yükü? (34, s.61).
Ş
air bu qarətçilərin məqsədlərini də bir sərraf dəqiqliyi
ilə müəyyənləşdirir. Buna imkan verən başlıca olaraq iki amildir:
bunlardan biri şairin elm, mədəniyyət, zəka sahəsində yüksəldiyi
zirvədən hər şeyin onun üçün öz parametrləri ilə görünməsidir.
Digəri isə havası ilə tənəffüs etdiyi mühitin təbiətinə yaxşı bələd
olmasıdır. Ona görə də poetik hökmlərində inamlı, əqidəsində
dönməzdir:
nanmayın-
Üzdə müsəlman olan
Bu oyunbazlara.
Çünki məqsədləri puldu, sərvətdi.
Böyük qüdrətlərə xidmətdi (34, s.70).
“Allah insanları kasıb və dövlətli yaratmır. Bu bölgü
ə
dalətsizlikdən meydana gəlir”.
36
Qulamrza Səbri Təbrizinin yaradıcılığını yazıb yaratdığı
dövrün ədəbi hərəkatından təcrid etmək, əlbəttə doğru olmazdı.
Ə
sas mətləb ondan ibarətdir ki, dövrün gur axınlı ədəbi hə-
rəkatında onun da poetik lirasının öz sözü, öz səsi olmuşdur.
Həm də bu nəfəs dövrün poetik simfoniyasına bir gurluq,
gümrahlıq gücü bəxş etmişdir. Özünəməxsus poetik qanadları ilə
zamanın şeir, mərifət səmasında pərvaz edən poeziya haqqında
ustad ədəbiyyatşünasların bəzi mülahizələri ilə tanışlıq söz yox
ki, çox gərəkli səslənərdi.
Dövrün odlu-alovlu şairlərindən və səriştəli tənqidçilə-
rindən olan Alav inam və qətiyyətlə yazırdı:
“Daha şairin “Morği dili” zülfi-pərişanda aşiyan salmır.
Bəlkə şairin ürək quşu vətən bağında güllü-çiçəkli, meyvəli-barlı
ağaclara qonur və onların budaqlarında yuvalanır. Şair daha
“çahi-zənəxdan”dustağı yox, el qayğısının əsiri olur. Xəyali
dilbərin xumar gözləri, nazlı baxışları şairin canını almır və şair
ə
lçatmaz röyalara, xülyalara varılmır”.
Aşağıdakı mülahizələr isə XX əsr mütərəqqi fars ədəbiy-
yatşünaslığının elmi-nəzəri baxımdan görkəmli nümayəndələrin-
dən olmuş Ehsan Təbərinin qələminin məhsuludur:
“Zülfün və saçın buruğundan, qaşların mehrabından və
zənəxandandan söhbət açan adam məna və məzmun yaradıcısı
idi... Biz deyirik ki, təqlid kifayətdir. Bir milyondan artıq qəzəl
yazılmış və xəyali məşuqəni o qəzəliyyatla tərifləmişlər. Artıq
bəsimizdir” (38, s.161).
Ə
srin müzəffər poeziyası xəzinəsinə misilsiz poetik
incilər bəxş etmiş Şəhriyar da poeziyaya gələn yeni nəfəsə
laqeyd qalmamışdır. Yəni əslində yeni nəfəsli poetik nümunələr
müəllifi yeni axına laqeyd qala bilməzdi. Qalmadı da. Şair
doktor Abbas Zəryabi ilə keçirdiyi tarixi müsahibəsində deyirdi:
“...Bizim şeirimiz yeniləşməlidir. Biz daim bir nəfərin
boyunu sərvə, gözlərini nərgizə oxşada bilmərik, hələ də əba-
qəbadan söz aça bilmərik.
Dostları ilə paylaş: |