22
Nəzərdən keçirilən diapazon müxtəlif ola bilər. O, aşağıdakı amillərlə müəyyən
olunur: elmi-texniki sahənin dövlət sektorunun inkişafı, dövlət büdcəsi vəsaitlərinin
olması, firman elminin inkişad fərəcəsi və yeniliklər baxarının inkişaf səviyyəsi ilə.
Birinci iki amil dövlətin iqtisadiyyatın elmi-texniki inkişafına təsir etmək
imkanlarını müəyyən edir. Dövlətin elmi-tədqiqat və təcrübə-konstruktor işləri
(ETTK ) sektoru nə qədər irimiqyaslı olarsa, bir o qədər çox elmi-texniki araşdırma
və istehsal dövlət nəzarət altında həyata keçirilə bilər.
Mərhələli bölmə strategiyası. Bu strategiya sadalanan amillərin ən yüksək
göstəriciləri altında formalaşır. Bu şəraitdə dövlət və müəssisələrin səyləri innovasiya
prosesinin müxtəlif mərhələləri arasında bölüşdürülür–fundamental araşdırmaları,
həmçinin perspektiv təcrübələri dövlət öz üzərinə götürür, tətbiqi araşdırmaların,
təcrübi-konstruktor işlərinin, əsas hissəsi, istehsala hazırlıq və s. isə - assosiasiya-
korporativ səviyyələrin və mikrosəviyyələtin öhdəliyində olur. Yeniliklər bazarının
yüksək səviyyəli inkişafı yeniliklərin tətbiq olunması sahəsində dövlət tərəfindən
ciddi cədhlərin göstərilməsini nəzərdə tutmur. Mərhələli həvəsləndirmə strategiyası.
Bu strategiyanın formalaşması şərtləri əvvəlki strategiyanın şərtlərindən onunla
fərqlənir ki, mərhələli strategiyada inkişaf etmiş yeniliklər bazarı mövcud deyil. Bu
şəraitdə dövlət öz gücünü nəticələri bazar tərəfindən kifayət qədər tələb olunmayan
yeniliklərin tətbiqi sahəsinə, həmçinin tədqiqat prosesinin ayrı-ayrı mərhələlərinə
yönəldir. Burada daha çox yeniliklərin istehlakçılarına həvəsləndirici təsir
göstərilməsi nəzərdə tutulur.
23
Sintezli ekspansiya (genişlənəmə) strategiyası. Bu strategiyanı inkişaf etməmiş
firma elmi şərtləri altında istifadə etmək məqsədəuyğundur. ETTK -nin demək olar
ki, bütün mərhələləri üzrə tədqiqat və istehsalın aparılmasını dövlət öz üzərinə
götürməyə məcburdur. Belə ki, yeniliklər bazarı kifayət qədər yaxşı inkişaf etmişdir,
dövlət öz səylərini tətbiq mərhələsinə yönəltmir.
Makroinnovasiyastrategiyal
arının formalaşdırılması
aspektləri
Dövlətin ETT
sferasını ələ
keçirməsi
Texno
logiyaları
n köçürülməsi
deya nəsli
nnovasiya
proseslərinin
dəstəklənməsi
Strategiyalar: mərhələli bölgü, mərhələli stimullaşdərma,
mərhələli ekspansiya, məcburi müşayət, təşəbbüsün
ötürülməsi, stimulların seçilməsi, krizisin aradan
qaldırılması, selektiv düzəlişlər və s.
Strategiyalar: ardıcıl innovasiyalar, pilləli təşəbbüs,
borc vəsaitləri ilə yeniliklər, borc vəsaitləri ilə hücum
və b.
Strategiyalar: əməliyyat bazasının stimullaşdırma,
texnoloji baza, məhsul idxalının əvəzedilməsi,
texnoloji məhsul ixracı, texnologiyaların ixracı,
texnoloji komponentlərin ixracı.
Strategiyalar: fundamental maliyyələşdirmə, tədbiqi
maliyyələşdirmə, sonlu maliyyələşdirmə, fundamental
stimullaşdırma, tamamlanmanın tərcihi, şəxsi
innovasiyaların dəstəklənməsi, tədqiqatların idxalı,
Sxem 1: Makroinnovasiya strategiyalarının tipologiyası
Mənbə: Аньшин В.М., Дагаев А.А. «Инновационный менеджмент», Дело, 2007,
səh 121
24
Məcburi müşayiət strategiyası. Yuxarıda göstərilən strategiyanın istifadə
olunması ilə bağlı dövlətin funksiyalarına əlavə olaraq hal-hazırki strategiyada
bazarın inkişaf etməməsinin nəticəsi olaraq yeniliklərin tətbiqi sahəsində dövlətin
intensiv fəaliyyəti nəzərdə tutulur (həmçinin firma elminin bənzər vəziyyəti).
Səylərin ötürülməsi strategiyası. Bu və növbəti üç strategiya elm və texnikanın
inkişafının maliyyələşdirilməsinə istiqamətləndirilən dövlət büdcəsinin kəskin
çatışmazlığı şəraitində formalaşırlar. Nəzərdən keçirilən strategiya firma elminin və
yeniliklər bazarının yüksək inkişaf səviyyəsinin şərtlərinə müvafiqdir. Bu halda
dövlət öz səlahiyyətlərinin bir hissəsini firma səviyyəsinə ötürmək məcburiyyətində
qalır. Dövlətin elmi-texniki təşkilatları öz yaşamını qoruyub saxlamaq üçün birbaşa
bazar tələbatlarının ödənilməsi istiqamətində çalışmağa məcbur olurlar.
Selektiv stimullar strategiyası həm dövlət, həm də qeyri-hökumət sektorunda
yeniliklərin tətbiqinə marağın artırılması məqsədi ilə yeniliklərin istehlakçılarının
həvəsləndirilməsini nəzərdə tutur. Yeniliklərin tətbiq olunmasını maliyyələşdirmək
üçün dövlət vəsaitlərə malik olmadığından həvəsləndirmələr daha çox bilavasitə yolla
həyata keçirilir və elm və texnikanın daha önəmli sahələrinə cəmlənir.
Bazar opportunizmi strategiyası firma elm sektoru inkişaf etmədikdə, lakin
yeniliklərin tətbiqi üzrə həcmli bazar mövcud olarsa tətbiq olunur. Bu halda dövlət öz
elmi-texiki sektorunu fundamental araşdırmaların maliyyələşdirilməsi üçün maliyyə
ehtiyatlarının yaradılması məqsədilə bazar tələbatına yönəldir, həmçinin firma
elminin inkişadı üçün bilavasitə stimullar (həvəslər) yaradır.
Mərkəzdənqaçan tranformasiya strategiyası. Bu strategiyanın formalaşması
şərtləri Rusiyanın müasir reallıqlarına təqribən uyğun gəlir: inkişaf etmiş dövlət
ETTK sektorunun mövcud olması, onun dəstəklənməsi üçün vəsaitin olmaması,
bütövlükdə firma elminin və yeniliklər bazarının inkişafının aşağı səviyyəsi. Bu halda
dövlət onların inkişafı, dövlətin elmi-texniki təşkilatlarının transformaisyası və
mərkəzləşdirilməmiş ETTK potensialının artırılması üçün stimullar yaratmalıdır.
Hədəfli reallaşdırma strategiyası. Bu və növbəti yeddi strategiya dövlət elm
sektorunun aşağı inkişaf səviyyəsində formalaşır. Bu strategiya dövlət büdcəsi
Dostları ilə paylaş: |