Microsoft Word turkane dissertasiya11111111111111. docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix20.09.2018
ölçüsü0,51 Mb.
#69464
1   ...   16   17   18   19   20   21   22   23   24

65 

 

 



 

tədqiqatların  nəticələrinin  bilavasitə  iqtisadiyyatda  tətbiqinə  nail  olmaq  kimi 

müəyyənləşdirilməlidir. Fond həmçinin aqrar sahədə fundamental, tətbiqi və axtarış-

innovasiya  xarakterli  layihələrin  qrantlar  şəklində  maliyyələşdirilməsini  də  həyata 

keçirə bilər. Aqrar Elmin Kommersiyalaşdırılması Dövlət Fondunun fəaliyyəti imkan 

verəcək  ki,  aqrar  elmin  strukturu  kənd  təsərrüfatının  mövcud  və  perspektiv 

tələbatlarına  uyğunlaşsın.  Aqrar  elm  və  kənd  təsərrüfatının  funksional  cəhətdən 

partnyorluğunun gücləndirilməsi aqrar elmin ölkənin kənd təsərrüfatının inkişafında 

rolunu  artırmaqla  yanaşı,  kadrların  hazırlığını  gücləndirəcək,  fundamental  elmi 

tədqiqatları genişləndirəcək, elmin maliyyələşdirilmə  mexanizmini təkmilləşdirəcək, 

təkcə  aqrar  sahəni  deyil,  həm  də  elmi-texniki  infrastrukturu  modernləşdirəcək  və 

elmin informasiya təminatını gücləndirəcəkdir. 

Vençur  maliyyələşdirməsi  elmi-texniki  araşdırmaların,  kəşflərin,  ixtiraların, 

kiçik və yeni şirkətlər tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter 

daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və maliyyələşdirmə forması və 

müvafiq mexanizmin elementidir [46]. Vençur fondları və şirkətləri elə kommersiya 

təşkilatlarıdır  ki,  texniki  yenilikləri  nəzərdən  keçirir,  seçir  və  praktik  olaraq 

reallaşdırır,  həmçinin  texniki  yeniliklərin  inkişafı  və  başa  çatdırılması  üçün  elmi 

tədqiqatların  işlənməsi  və  ya  həmin  yeniliklərə  malik  şirkətləri  və  müəssisələrin 

maliyyələşdirilməsi və onlara məsləhətlərin verilməsi ilə məşğul olur [47]. 

Baxmayaraq  ki,  Azərbaycan  universitetlərinin  maddi  imkanları  aqraq  sahədə 

vençur  sərmayələrin  yatırılması  üçün  kifayət  etmir,  ilkin  mərhələdə  dövlətin 

universitetlərə  dəstək  verməsi  (məsələn,  birgə  təsisatların  yaradılması  yolu  ilə)  bu 

problemi  həll  edə  bilər.  Azərbaycan  universitetləri  aqrar  sahəyə  vençur  sərmayələr 

yatırmaqla elmin son nailiyyətlərini tədris proqramlarına daxil edəcək, elmi-tədqiqat 

fəaliyyətini  səmərəli  təşkil  etmək  imkanı  qazanacaq,  elmi  kadr  potensialını 

gücləndirəcək, fənlərarası tədqiqat sahələrini genişləndirəcək, tədqiqatların bilavasitə 

tətbiqi  mexanizmini  əldə  edəcək,  intellektual  məhsul  bazarının  strukturunun 

təkmilləşdirilməsinə  töhfə  verəcək,  distant  təhsilin  inkişafında  əlavə  imkanlar 



66 

 

 



 

qazanacaq,  tələbələrin  gələcəkdə  işlə  təminatına  kömək  olacaq  və  mənfəət  əldə 

edəcəkdir. 

2012-ci  ildə  Azərbaycan  Respublikası  Alternativ  və  Bərpa  Olunan  Enerji 

Mənbələri  üzrə  Dövlət  Agentliyi  tərəfindən  dünyada  ilk  dəfə  Samux  rayonunun 

ə

razisində  yerləşəcək  “Aqro-Enerji  Kompleksin”  layihəsi  üzrə  işlər  başlanılmışdır. 



Layihənin əsas məqsədi kənd təsərrüfatı və sahə üzrə emal sahələrinin, yaşayış, sosial 

və  digər  binaların  alternativ  və  bərpa  olunan  enerji  mənbələri  hesabına  enerji 

təminatını  və  kənd  təsərrüfatı  və  məişət  tullantıları  hesabına  bioenerji  istehsal 

etməklə  enerji  təminatını  daha  dayanıqlı  etməkdən  ibarətdir.  Gələcəkdə  bu  tipli 

qəsəbələr  digər  rayonlarda  tətbiq  yaradılması  üçün  vençur  kapitalın  cəlb  edilməsi 

məqsədəmüvafiq olardı. 

Aqrar  sahədə  qurulan  vençur  investisiya  fondlarının  əsas  fəaliyyət 

istiqamətlərindən  biri  də  maarifləndirmə  olmalıdır.  Kənd  yerində  müvəffəqiyyətli 

vençur investisiyanın əsas cəhəti prosesdə iştirak edən bütün tərəflərin -sahibkarlar və 

investorların  maraqlarının,  həmçinin  kommersiya  və  ictimai  maraqların 

uzlaşdırılmasıdır. 

Azərbaycanda  yaradılması  təklif  edilən  Aqrar  Elmin  Kommersi-yalaşdırılması 

Dövlət  Fondu  aqrar  sahədə  kiçik  və  orta  yenilikçi  müəssisələrin  vençur 

maliyyələşdirilməsinə  cəlb  edilməsəni  nəzərdə  tutan  hökumət  siyasətinin  həyata 

keçirilməklə, onlara birbaşa maliyyə, informasiya və digər sahələrdə kömək təklif edə 

bilər, həmçinin yeni yüksək texnologiya məhsullarının inkişaf etdirilməsi və istehsalı 

ilə  əlaqədar  layihələrin  icrasına  yardımçı  olar,  kiçik  və  orta  sahibkarlar  üçün 

infrastrukturun  yaradılması  və  inkişaf  etdirilməsinə  dəstək  verə  bilər.  nnovativ 

sahibkarlığının inkişafının zəruriliyi aşağıdaki amillərlə şərtlənir [48]: 

- istehsalın inkişafının intensiv amillərinin güclənməsi iqtisadi fəaliyyətin bütün 

sferalarında ETT-nin tətbiq olunmasına imkan verir; 

-  yeni  texnikanın  işlənməsi  və  tətbiqi  səmərəliliyinin  yüksəldilməsində  elm 

müəyyənedici rol oynayır; 



67 

 

 



 

-  yeni  texnikanın  yaradılması,  mənimsənilməsi  müddətlərinin  əhəmiyyətli 

dərəcədə  azadılması,  istehsalın  texniki  səviyyəsinin  yüksədilməsi  zərurliyi  amildir. 

Habelə ixtiraçıların və səmərələşdiricilərin kütləvi yaradıcılığının inkişafı zəruridir; 

-  elmi-texniki  istehsal  prosesinin  spesifik  xüsusiyyəti  özünü  əsasən  nəticələrin 

qeyri-müəyyənliyində,  tədqiqatların  çoxvariantlığında,  riskin  mövcudlu-ğunda  və 

mənfi nəticələrin alınması mümkünlüyündə göstərir; 

- yeni məhsulların mənimsənilməsi zamanı müəssisənin xərclərin artır;  

- texnika və texnologiyaların mənəvi cəhətdən sürətli tətbiqinin obyektiv zərurət 

olaraq meydana çıxır. 

Kiçik  innovativ  sahibkarlıq  xüsusi  proqrama,  hər  şeydən  əvvəl  isə  vergi  və 

kredit  güzəştlərinin  aydın  şəkildə  ünvanlandığı  sistemə,  vençur  maliyyələşdirmənin 

avtonom  sisteminə  və  inkişaf  etmiş  innovativ  infrastruktura  ehtiyac  duyur. 

Azərbaycanda  aqrar  sahədə  hazırlanması  və  həyata  keçirilməsi  tərəfimizdən  təklif 

olunan  bu  proqramda  innovativ  sahibkarlığın  dəstəklənməsi  üçün  aşağıdakı  başlıca 

istiqamətləri göstərmək olar: 

1.  Kiçik  innovativ  sahibkarlığa  dəstək  məqsədilə  infrastrukturun  inkişafı 

(texnoparkların,  innovativ-texnoloji  və  mühəndislik  mərkəzlərinin,  texnologiyanın 

ötürülməsi  mərkəzlərinin,  vençur  və  lizinq  şirkətlərinin  və  başqa  innovativ 

qurumların yaradılması); 

2. Başlanğıc mərhələsində innovativ sahibkarlığın subyektlərinin fəaliyyəti üçün 

güzəştli rejimin yaradılması; 

3. Mühasibat uçotu və hesabatı sisteminin sadələşdirilməsi; 

4.  nnovativ sahibkarlığa dəstək fondlarının fəaliyyəti üzərində dövlətin maliyyə 

nəzarəti (büdcə resurslarının istifadəsi ilə bağlı) ; 

5.  nnovativ  biznesin  təşkili  və  idarəolunması  üçün  kadr  hazırlığı  sisteminin 

inkişafı və s.  

nnovasiyanın mənimsənilməsinin sosial-iqtisadi əhəmiyyəti bundan ibarətdir ki, 

aqrar  istehsalda  innovativ  fəaliyyətin  nəticələrinin  ardıcıl  olaraq  istifadə  edilməsi 

istehlakçının iqtisadi və sosial səmərə əldə etməsi ilə nəticələnir ki, bu da istehsalın 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə