|
Microsoft Word turklib ru docТуркестанская Библиотека - www.turklib.ru – Turkistan Library
|
səhifə | 2/46 | tarix | 25.06.2018 | ölçüsü | 1,12 Mb. | | #51945 |
|
Туркестанская Библиотека - www.turklib.ru – Turkistan Library
Haydı yavrum! Kəndinə, nişanlına vədə et;
Kotanını, tarlanı, hər şeyini fəda et;
O silaha sarıl ki, böylə gündə bir erkək
Bu dualı dəmirdən başqa bir şey işlətməz.
Bunu tutan bir bilək
Köləliyin uğursuz zəncirinə uzanmaz.
Get, övladım, illərcə mən oğulsuz qalaram;
Bu yaralı bağrıma qara daşlar çalaram!
Haydı, oğlum, haydı get,
Ya qazi ol, ya şəhid!
Haydı yavrum! Özünə sən də «İgiddir!» dedirt.
Sehrli qazilərə ocağına can gətirt,
O cəngləri qazan ki, sənin böyük Türk adın
Yeddi iqlim, dörd cəhət içərisinə ün salsın.
Beş yüz yaşlı əcdadın
Qəbirlərdə titrəyən sümükləri öc alsın.
Get, övladım, illərcə mən oğulsuz qalaram,
Bu yaralı bağrıma qara daşlar çalaram!
Haydı, oğlum, haydı get,
Ya qazi ol, ya şəhid!
Haydı yavrum! Bu gün də dərdli nənən ağlasın,
Ayrılığın oduyla ürəyini dağlasın,
O yaşları saçsın ki, sənin aslan köksündə
Mənim qanlı göz yaşım düşmən üçün kin olsun.
Qara yerin üzündə
Ayağını basdığın yerlər leş ilə dolsun.
Get, övladım, illərcə mən oğulsuz qalaram,
Bu yaralı bağrıma qara daşlar çalaram!
Haydı, oğlum, haydı get,
Ya qazi ol, ya şəhid!
MƏHMƏT AKİF ƏRSOY
İSTİQLAL MARŞI
Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq,
Sönmədən yurdumun üstündə yanan ən son ocaq!
O mənim millətimin ulduzudur, parlayacaq,
O mənimdir, o mənim millətimindir ancaq.
***
Çatma, qurban olayım, çöhrəni, ey nazlı hilal,
Qəhrəman irqimə bir gül… Nə bu şiddət, nə cəlal?!
Туркестанская Библиотека - www.turklib.ru – Turkistan Library
Sənə olmaz tökülən qanlarımız sonra halal.
Haqqıdır haqqa tapan* millətimin istiqlal.
***
Mən əzəldən bəridir, hür yaşadım, hür yaşaram,
Hansı çılğın mənə zəncir vuracaqmış?! Çaşaram!
Kükrəmiş sel kimiyəm; bəndimi çeynər, aşaram,
Yırtaram dağları, ənginlərə sığmam, daşaram.
***
Qərbin afaqını sarmışsa, polad zirhli** divar,
Mənim iman dolu köksüm kimi sərhəddim var.
Ulasın, qorxma! Necə böylü bir imanı boğar
«Mədəniyyət» dediyin tək dişi qalmış canavar?
***
Arkadaş! Yurduma alçaqları uğratma, sakın,
Sipər et gövdəni, dursun bu həyasızca axın!
Doğacaqdır, sənə vəd etdiyi günlər haqqın,
Kim bilir, bəlkə, yarın, bəlkə, yarından da yaxın.
***
Basdığın yerləri «torpaq» deyərək keçmə, tanı,
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,
Vermə, dünyaları alsan da, bu cənnət Vətəni!
***
Kim bu cənnət Vətənin uğruna olmaz ki, fəda?!
Şühəda*** fışqıracaq, torpağı sıxsan şühəda.
Canı, cananı, bütün varlığı alsın da xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda.****
***
Ruhumun səndən, ilahi, budur ancaq əməli:
Dəyməsin məbədinin köksünə naməhrəm əli!
Bu əzanlar ki, şəhadətləri dinin təməli-
Əbədi yurdumun üstündə mənim inləməli.
***
O zaman vəcd ilə min səcdə edər, varsa daşım,
Hər bir yaramdan, ilahi, boşalar qanlı yaşım,
Fışqırar ruhi- mücərrəd kimi yerdən nəşim,
O zaman yüksələr ərşə dəyər, bəlkə başım.
***
Dalğalan, sən də şəfəqlər kimi, ey şanlı hilal!
Туркестанская Библиотека - www.turklib.ru – Turkistan Library
Olsun artıq tökülən qanlarımın hamsı halal!
Əbədiyyət, sənə yox, irqimə yox, izmi- hilal*****
Haqqıdır hür yaşamış bayrağımın hürriyyət,
Haqqıdır haqqa tapan millətimin istiqlal.
*Tapmaq(tapınmaq)- səcdə etmək
**Zirhli- zirehli
***Şühəda- şəhid
**** Cüda- ayrı
*****İzmi- hilal- məhv olma, itib getmə
ARİF NİHAT ASYA
MARŞ
Göy mavi, başaq sarışın,
Dadı nə gözəl barışın!
Qarları ilıq olacaq
Sabah yuvalarda qışın.
On altı yaş qucağına
Gedə bilir iyirmi yaşın
Qanadları üzərində
Eşqin, diləyin, alqışın.
Göy mavi, başaq sarışın,
Dadı nə gözəl barışın!
Fəqət sənin o savaşa
Dəyər, ey yurd, bir qarışın.
QALX, İGİDİM
Qalx, igidim, yenə dağ başını duman aldı…
Parçalandı bir qitənin torpaqları.
Aslan payını aslan olmayan aldı…
Qalx, igidim, yenə dağ başını duman aldı…
Həm çinli, həm çinsiz başlar alayı…
Qanadlı, qanadsız quşlar…
Atılmamış dağlar, çıxılmamış yoxuşlar…
Dağları, daşları, axar sularıyla
Bu canımız torpaqda
Bir böyük dünya parçası
Fatehimi aramaqda
Dostları ilə paylaş: |
|
|