A) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli
itməsi və çanaq pozgunluqları
B) Hissiyyatın dissosasiya edilmiş pozuntusu
C) Tam iflic və çanaq pozğunluqları ilə ağrı,temperatur, hissiyyatının itməsi
D) Müxtəlif dərəcəli hissiyyatın itməsi və çanaq pozgunluqları, aşağı paraplegiya,
yuxarı paraparez
E) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli
itməsi , çanaq pozgunluqları olmadan
Ədəbiyyat:В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия.
Москва,2000,437 с.
18) Ağciyərin irinləmiş kistasının plevra boşluğuna açılması nəticəsində əmələ
gələn piotoraks zamanı taktika necə olmalıdır?
A) Plevra boşluğunun Bilau üsulu ilə drenə edilməsi, ehtiyac olarsa - torakotomiya
B) Konservativ (antibakterial) terapiyanın aparılması
C) Torakotomiya,lobektomiya
D) Torakotomiya,ağciyərin kista ilə birgə seqmentar rezeksiyası
E) Dekortikasiya əməliyyatının icra olunması
Ədəbiyyat:М.И.Кузин .Хирургические болезни. Москва,2002,812 c.
19) Ağciyər exinokokkozunun piopnevmotoraksla ağırlaşması zamanı seçim
əməliyyatı hansıdır?
A) Ağ ciyərin atipik rezeksiyası, plevra boşluğunun sanasiyası və drenə edilməsi
B) Pulmonektomiya
C) İkimomentli exinokokektomiya
D) Birmomentli exinokokkektomiya,plevra boşluğunun sanasiyası və drenə edilməsi
E) Lobektomiya, plevra boşluğunun sanasiyası və drenə edilməsi
Ədəbiyyat:Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998,
715 с.
20) Obliterasiyaedici endarteriitlə xəstədə fiziki müayinə zamanı nəyə diqqət
yetirmək lazımdır?
A) Dəri örtüyünün rənginə
B) Tərləmənin pozulmasına
C) Bütün sadalananlara
D) Aşağı ətraflarda tüklərin və dırnaqların inkişafına
E) Periferik arteriyanın pulsasiyasına
Ədəbiyyat:Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007.
Москва.
21) Obliterasiyaedici endarteriitlə xəstələrdə differensial diaqnostikanı nə ilə
aparmaq lazımdır?
A) Bütün sadalananlar
B) Obliterasiya edən ateroskleroz
C) Burger xəstəliyi
D) Spesifik olmayan aortaarteriitlə
E) Diabetik angiopatiya ilə
Ədəbiyyat:Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007.
Москва.
22) Obliterasiyaedici endarteriitlə xəstələrdə konservativ müalicə necə
aparılmalıdır?
A) İl boyu
B) İldə iki dəfə və hər biri bir ay olmaqla stasionar şəraitdə,həmçinin bütün il boyu
qoruyucu terapiya
C) Mövsümü terapiya
D) Kəskinləşmə dövründə
E) İldə 1 dəfə 1 ay olmaqla
Ədəbiyyat:Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007.
Москва.
23) Obliterasiyaedici endarteriit zamanı tipik revaskulyar əməliyyata göstərişə
nə aiddir?
A) Dishidroz,ətrafların soyuması və keçici axsama
B) 4-5 km/saat 1000 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi
C) 200 m-ə qədər məsafəyə gedərkən keçici axsama və dizaltı arteriyanın və ya baldır
arteriyalarında birinin keçiriciliyinin olması zamanı
D) 500 m-dən çox məsafəyə gedərkən fasiləli axsama
E) 4-5 km/saat 700 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi
Ədəbiyyat:Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007.
Москва.
24) Obliterasiyaedici endarteriitlə xəstədə ətrafların cərrahi revaskulyasiyası və
funksasiyasının bərpası üçün hansı kifayətdir?
A) Dizaltı arteriyanın izolə olunmuş seqmentinin bərpası
B) Baldırın bir arteriyası və pəncənin arteriyal qövsü ilə keçiriciliyinin bərpası
C) Dizaltı arteriyanın bir baldır arteriyası ilə keçiriciliyinin bərpası
D) Dizaltı arteriyanın keçiriciliyinin üç baldir arteriyası ilə bərpası
E) Dizaltı arteriyanın iki baldır arteriyası ilə keçiriciliyinin bərpası
Ədəbiyyat:Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007.
Москва.
25) Burger xəstəliyi (obliterasiyaedici trombangit) obliterasiyaedici
endarteriitdən nə ilə fərqlənir?
A) Aşağı ətraf arteriyalarının distal zədələnməsi ilə yanaşı səthi venalarda
miqrasiyaedici tromboflebitin olması
B) Aşağı ətrafın bütün damarlarının diffuz zədələnməsi
C) Aşağı ətraf arteriyalarının proksimal seqmentinin zədələnməsinin üstünlük təşkil
etməsi
D) Arteriyal şaxənin distal zədələnməsi
E) Ciddi fərq yoxdur
Ədəbiyyat:Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007.
Москва.
26) Burger xəstəliyi və həmçinin obliterasiyaedici endarteritin kompleks
konservativ müalicəsi zamanı nə etmək lazımdır?
A) Qanın lazer şüalanması
B) Hemosorbsiya
C) Hiperbarik oksigenasiya
D) Qeyd olunanların hamısını
E) Plazmaferez
Ədəbiyyat:Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007.
Москва.
27) Reyno xəstəliyinin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Nitroqliserin sınağı ilə yuxarı ətrafların ultrasəs doppleroqrafiyası
B) Yuxarı ətrafların reovozoqrafiyası
C) Yuxarı ətrafların assiloqrafiyası
D) Yuxarı ətrafların ultrasəs doppleroqrafiyası
E) Yuxarı ətrafların soyuq sınağı zamanı termoqrafiya
Ədəbiyyat:Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007.
Москва.
28) Aşağı ətraf venalarının varikoz xəstəliyinin kliniki əlamətlərinə nə aiddir?
A) Yerli trofiki dəyişiklik
B) Kosmetik defektə görə şikayətlənmək
Dostları ilə paylaş: |