Microsoft Word vencur 2015. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix04.04.2018
ölçüsü0,63 Mb.
#35833
1   2   3   4   5   6   7   8   9   ...   26

10 

 

investorlardan  fərqli  olaraq  üstəlik  xərcləri  yoxdur;  banklardan  fərqli  olaraq 



sahibkarlardan borc vəsaitə görə girov tələb etmirlər. Nöqsan cəhətləri: onlar ikinci 

dəfə maliyyələşdirmə üçün maliyyə vəsaitlərinə malik deyil; onlar anonis fəaliyyət 

göstərirlər  (reklamsız)  ki,  onlardan  xidmət  almağı  xeyli  çətinləşdirir.  Xüsusi 

investorlar  vençur  biznesində  iştirakının  müxtəlif  məqsədləri  ola  bilər:  biznesin 

təşkilində  qohumlarına,  dostlarına  kömək  etmək;  layihənin  reallaşdırılmsına 

maliyyə dəstəyi göstərmək, hansıki reallaşmasında cəmiyyət maraqlıdır; özü üçün 

iş yerləri yaratmaq; öz kapitalını artırmaq. 

Maliyyə vasitəçiliyi – fərdi investorların maliyyə vəsaitlərini toplayan və onu 

vençur  maliyyələşdirilməsi  üçün  istifadə  edən  investisiya  təşkilatıdır.  Maliyyə 

vasitəçilirənin  əmələ  gəlməsi  vasitəçi  maliyyə  xidmətinə  tələbatın  yaranması  ilə 

şə

rtlənmişdir.  Maliyyə  vasitəçiliyinin  əsas  təşkilati  formaları:  vençur  kapital 



firması və vençur kapital fondu hesab edilir. 

Vençur kapital firması peşəkar menecerlər, yaxud fərdi investorlar tərəfindən 

təsis  edilə  bilər.  Belə  firmaların  hüquqi  statusu  məhdud  məsuliyyətli  tərəfdaşdır, 

yaxud  xüsusi  müəssisədir.  ri  investorlar  vençur  kapital  firmasının  təsisçilərinin 

tərkibinə daxil olub baş tərəfdaş qismində çıxış edə bilər. Bu halda vençur kapitalı 

bilavasitə  vençur  kapital  firması  çərçivəsində  toplanılır.  Əgər  iri  investor  vençur 

kapital  firmasının  təsisçilərindən  biri  deyilsə,  onda  vençur  kapitalının  toplanması 

vençur fondu yaratmq əsasında baş verir. 

Vençur  fondunun  hüquqi  statusu  vençur  kapital  firmasında  olduğu  kimi 

məhdud  məsuliyyətli  tərəfdaşdır.  Vençur  kapital  firması  baş  tərəfdaş  kimi  çıxış 

edərək  fondun  idarə  olunmasında  tam  məsuliyyət  daşıyır,  yəni  şirkətin  idarəedici 

rolunu  oynayır,  fonda  bir  faizdən  çox  olmayan  vəsait  qoyur.  Bu  zaman  investor 

məhdud  məsuliyyətli  tərəfdaşa  çevrilir  və  fonda  99  faiz  vəsait  qoyur,  fonda 

sərəncam  vermək  hüququ  olmamaq  şərtilə,  vençur  kapital  fondunun  vəsaitindən 

istifadəsindən alınan mənfəətin 80 faizi investora çatır. 

Vençur  kapitalı  fondu  çərçivəsində  vençur  biznesində  investorların  iştirakı 

onlara aşağıdakı üstünlükləri verir: 



11 

 

- vençur layihəsinə qoymaq üçün onlardan böyuk həcmdə maliyyə resursları, 



həmçinin vençur əməliyyatlarının idarə olunmasında xüsusi bacarıq tələb edilmir; 

-  onlar  maliyyələşdirilməyə  qəbul  edilməyən  layihələr  haqqında  qiymətli 

informasiyalar əldə edirlər, hansıki sərbəst istifadə edə bilərlər. 

Vençur biznesinin qeyri-əsas subyektləri aşağıdakılardır: 

-  vençur  fəaliyyətində  iştirakçılara  xidmətlər  göstərən,  onlar  üçün  iş  görən 

müxtəlif müəssisə və təşkilatlar; 

-  vençur  fəaliyyətinin  iştirakçıları  üçün  hesab  açan  (investor  olmayan) 

banklar; 

 -  vençur  fəaliyyəti  daxil  edilməklə  sahibkarlıq  fəaliyyətinin  bütün  növlərini 

tənzimləyən dövlət; 

- vençur fəaliyyətinin iştirakçıları kimi işə götürülən fiziki şəxslər. 

 

1.2. Vençur maliyyəlişdərilməsi və onun xüsusiyyətləri

 

 

Vençur kapitalının bir sıra xüsusiyyətləri vardır: 



-  maliyyə  resurslarını  ifadə  edir,  hansıki  peşəkar  maliyyə  menecerləri 

tərəfindən idarə olunur; 

-  həmişə  məqsədli təyinat üzrə istifadə olunur, bir qayda  olaraq  müəssisənin 

təşəkkülünün sıfır mərhələsində maliyyələşdirməyə yönəldilmir; 

-  xüsusi  vəsait  kimi  səhmdar  formasında fəaliyyət  göstərir,  ona  faiz  ödəmək 

lazım deyil; 

- bu 100 faiz borc və cəlbedici vəsaitdir. 

Vençur kapitalın əmələ gəlməsi ani investorun maliyyə vasitəçisinin hesabına 

pul  vəsaiti  köçürdüyü  vaxt  hesab  edilir.  Vençur  kapitalının  geniş  mənbəyi  vardır 

ki, onlar şərti olaraq iki sektora ayrılır: formal və qeyri-formal. 

Vençur kapital mənbəyinin formal sektoruna aiddir: 

- Vençur kapital firmaları; 

- Vençur kapital fondları; 

- elmi-texniki sferada işləyən kiçik firmalara dəstək üzrə ixtisaslaşmış fondlar; 




12 

 

- investisiya şirkətləri; 



- pensiya fondları və sığorta şirkətləri; 

- sənaye-maliyyə qrupları; 

- milli və kommersiya bankları. 

Vençur kapital mənbələrinin qeyri-formalar sektoruna aiddir: 

- sahibkarın şəxsi əmanətləri; 

- qohumların, dostların və tanışların şəxsi vəsaitləri; 

- qrantlar; 

- sponsorların vəsaiti; 

-  elm,  innovasiya,  texnologiyanın  inkişafına  dəstək  üzrə  ixtisaslaşmış 

fondların vəsaiti; 

- elmi-tədqiqat institutlarının, universitetlərin, konstruktor bürosunun və digər 

elmi-tədqiqat təşkilatlrının vəsaitləri; 

- biznes-inkubatorların vəsaitəri; 

- biznes-anqellərin vəsaitləri; 

- xüsusi vençur kapitalistlərinin vəsaitləri. 

Formal  sektorda  adətən  böyük  maliyyə  vəsaiti  tələb  edən,  qısa  müddətdə 

yerinə yetirilən və aşağıdakı risk dərəcəli irimiqyaslı layihələr maliyyələşdirilir. 

Vençur maliyyələşdirməsinin məqsədləri aşağıdakılardır: 

-  investorlar  üçün  –  əmtəə  və  xidmətlərin  istehsalının  inkişafının  yeni 

istiqamətlərinin  maliyyələşdirilməsi  yolu  kapitalın  əhəmiyyətli  artırılmasına  nail 

olmaq; 

- iri şirkət üçün – hər hansı məhsulun istehsalında inhisarçılığa malik olmaq,  



rəqabət mübarizəsində sıxışdırıb çıxarmağı təmin etmək. 

Vençur maliyyələşdirməsinin iki tipi fərqləndirilir: daxili və xarici. 

Daxili  maliyyələşdirmə  vençur  firmasının  inkişafının  ilkin  mərhələlərində 

həyata  keçirilir.  Xüsusilə,  ilkin  kapital  əsasən  təsisçilərin  şəxsi  vəsaitlərindən 

yaradılır.  Sonradan  daxili  maliyyələşdirmə  alınan  mənfəət,  aktivlərin  satışı, 

dövriyyə  kapitalın  azaldılması,  əmtəə  krediti,  debitor  borcları  hesabına  həyata 

keçirilir. Bu mərhələdə həmçinin borc vəsaitlərdən istifadə edilə bilər. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə