Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə22/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

 

 

 



— 87 — 

Qoşma müstəzad (ayaqlı qoşma). Bu formanın da klassik 

ədəbiyyatdan gəlməsi haqqında mülahizələr mövcuddur (137, 

83). Aşıq Əhməd poeziyasında qoşma-müstəzad şəkli işlənmiş-

dir: 


 

Üzü qara, ağzı pərto, bədniyyət,  

Pis danışdın, səndə qan, xəta var ha!  

Yelmar kimi ora-bura sıçrama,  

Bilginən, qarşında talxa da var ha! 

Bir də əjdaha! (16, 111) 

 

Təkrar misralı qoşma: 

 

«Yanıq Kərəmi»də Kərəm külü var,  

«Yanıq Kərəmi»də oynama, qardaş!  

Onu sazda çalıb aqil babalar,  

«Yanıq Kərəmi»də oynama, qardaş! 

 

Gəraylı. Professor V.Vəliyevin də yazdığı kimi, «Azərbay-

can xalq şeirində qoşma ilə yanaşı ən çox işlənən şeir şəkli gə-

raylıdır. Bəzən buna səkkizlik də deyilir. Qoşma ilə gəraylı ara-

sında o qədər də ciddi fərq yoxdur. Onları fərqləndirən şəkli xü-

susiyyət qoşmanın on bir, gəraylının isə  səkkiz hecalı olması-

dır. Gəraylı şeir şəklindən istifadə etməyən şair-aşıq demək olar 

ki, yoxdur. Aşıqlar, el şairləri bütün mövzularda oynaq saz ha-

valarına müraciət edərkən, gəraylıdan istifadə etmişlər» (137, 

86). 

Professor M.Həkimova görə, «gəraylı  həm yazılı, həm də 



aşıq  ədəbiyyatında  ən oynaq, ən məhsuldar və  ən zəngin lirik 

şeir  şəkillərindəndir» (75, 105). Aşıq  şeirinin gəraylı forması 

haqqında folklorşünaslıqda geniş fıkir və mülahizələr mövcud-

dur (138; 48; 137; 99; 75; 66 və b.). Janrın mənşəyini musiqi 

 

 

 



— 88 —

havası və ya tayfa adı ilə bağlı izah etmək cəhdləri də olmuşdur 

(137, 87). Janr ətrafında mübahisəli fikirlərin mövcudluğu onu 

müstəqil şəkildə tədqiq olunmasını zəruri edir. 

Aşıq Əhmədin yaradıcılığında gəraylı şeir forması geniş şə-

kildə işlənmişdir: 

 

Cilvələnib tovuz kimi,  

Saldın, ay qız, bəndə məni.  

Hicranın yandırıb yaxır,  

Ayrılıb gedəndə məni. 

 

Səni göylərdən endirib,  

Hansı məlakə göndərib?  

Yaxınlaşanda söndürüb,  

Yandırırsan gendə məni (16, 6). 

 

və yaxud: 



 

Aşıqlıqdır mənim peşəm,  

Dəymə, sınar könül şüşəm! 

Mən pərvanə, sən nurlu şəm,  

Yanmaq üçün közə gəldim. (16, 6) 

 

Aşıq Əhmədin şeirləri içərisində gəraylıların daha çox 3,4 



və 5 bəndlik formaları müşahidə olunur. Daha çox sevgi-mə-

həbbət, öyüd-nəsihət, dünya və insan haqqında fəlsəfi düşüncə-

lər və s. bu kimi məzmun daşıyır. 

«Gəldim», «Olmasın», «Yalan», «Keçməsin», «Dilbər», 

«Görünürsən», «İncidər səni», «Nədi», «Yaşadar», «Dəymə-

sin», «Gəlmişəm», «Səni», «Zərnişan», «Məni» və b. Gəraylı-

ların hər biri poetik baxımdan mükəmməldir və janrın klassik 

nümunələri səviyyəsindədir. 




 

 

 



— 89 — 

Müxəmməs. Folklorşünaslıqda bu şeir şəklinin yazılı ədə-

biyyatdan aşıq yaradıcılığına keçməsi ilə bağlı flkir mövcuddur 

(137; 66; 138). Professor M.Həkimovun yazdığına görə, «həm 

klassik, həm də müasir aşıqların  ən çox istifadə etdikləri mü-

xəmməs formaları  aşağıdakılardır: «müxəmməs», «orta mü-

xəmməs», «müxəmməs qoşayarpaq», «müxəmməs təxmis», 

«cığalı müxəmməs», «duvaqqapma», «müxəmməs ustadnamə», 

«müxəmməs tarixi-mənzumə» və s.» (75, 363-364).  

Folklorşünas alim müxəmməsin qafiyə sistemini də aydın-

laşdırır: «Birinci bəndin bütün misraları həmqafiyədir. Sonrakı 

bəndlərdə, dörd misra bir-biriylə, sonuncu misra isə birinci 

bənddə  işlənən baş qafıyə ilə qafiyələnir. Aşıq  ədəbiyyatında 

müxəmməslərin bögüsü belədir: 

1. Əslində: 4+4+5+3=16 

2. Formal bölgüdə: 

a) 4+4=8 

b) 5+3=8» (75, 364-365). 

a) Aşıq  Əhmədin yaradıcılığında müxəmməs forması bir 

neçə şəkli xüsusiyyətləri ilə müşahidə olunur. 

 

Arzum budur bu dünyada, 



Hamı mehriban yaşasın. 

«Can» desin insan insana, 

Şad və xuraban yaşasın. 

 

Hər insanın sayəsində, 

Milyon-milyon can yaşasın. 

Nə dərd olsun, nə də azar, 

Ürəklər cavan yaşasın. 

 

Kəmfürsətlər, naəhillər, 

Nanəciblər ucalmasın, 

 

 



 

— 90 —


İnsanlıqla ucalanlar, 

Hey ucalsın, alçalmasın. 

 

Həcatkarlar, şəfakarlar, 

Əsrlərlə qocalmasın. 

Yüz dərdəcər yaşayınca, 

Bircə yaradan yaşasın. 

İnsan olan heç bir kəsin,  

Gərək qəlbinə dəyməsin.  

Ucalsın öz zəhmətiylə  

Dost, düşmənə baş əyməsin,  

Elə ucal zəhmətinlə  

Qüdrətini cahan desin,  

Əhməd istər yer üzündə  

Hamı firavan yaşasın (16, l05) 

 

«Yaşasın» rədifli bu müxəmməs alqış məzmunludur və xe-

yir əməlləri tərənnüm edir. 

Cığalı müxəmməs: 

 

Bahardır seyrə çıxıb nazlı yarım bağda gəlir,  



Sanki, bir gül açılıb əbrişim budaqda gəlir,  

Gah gülür, gah danışır, hamıdan qabaqda gəlir,  

Tovuz tək cilvələnib gör nə kef, damaqda gəlir. 

Gəl, maralım, 

Dərdin alım, 

Sor əhvalım,  

Gül camalım, 

Qurban olum. 

Şux dilbərimsən, gülüm!  

Təzə-tərimsən, gülüm!  

Taci-sərimsən, gülüm!  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə