5
konseptual nəzəri əsaslarının öyrənilməsi;
- Bank fəaliyyətini vergiyə cəlbetməyə aid nəzəri baxışların təhlili və bu təhlillər
ə
sasında konkret tarixi, sosial-iqtisadi mühit üçün – transformasiya və
posttransformasiya mərhələsi üçün bank əməliyyatlarını vergiyə cəlbetmənin optimal
təşkili üsullarının müəyyənləşdirilməsi;
- Kredit təşkilatlarını vergiyə cəlbetmənin xarici təcrübələrinin araşdırılması və bu
təcrübələrdən yaradıcı istifadə imkanlarının aşkarlanması;
- Azərbaycanın kredit təşkilatlarında vergitutmanın mövcud vəziyyətinin kompleks
təhlili və vergitutmanın kredit təşkilatlarının fəaliyyətinin effektivliyinə təsirinin
qiymətləndirilməsi;
- Bank əməliyyatlarının vergiyə cəlb edilməsinin hüquqi əsaslarının təhlili,
qanunvericilikdəki boşluqların müəyyənləşməsi və hüquqi bazanın təkmilləşdirilməsinə
yönələn təkliflərin aşkarlanması;
- Ölkəldəki müxtəlif kredit təşkilatlarının praktik nümunələri əsasında müasir vergi
menecmentinin effektivlik səviyyəsinin tədqiqi və vergi menecmentinin səmərəliliyinin
yüksəldilməsi istiqamətlərinin müəyyənləşməsi.
Tədqiqatın nəzəri-metodoloji əsasları.Dissertasiya işinin nəzəri-metodoloji əsasını
müxtəlif iqtisadi və maliyyə nəzəriyyəsi cərəyanlarının nümayəndələrinin əsərləri,
Azərbaycan Respublikasının vergi və bank qanunvericiliyi, dövlət iqtisadi inkişaf və
islahat proqramları təşkil edir.
Tə
dqiqatın informasiya bazası.Dissertasiya işinin informasiya bazasını Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin statistik məcmuələri, Azərbaycan
Respublikası Vergilər Nazirliyinin statistik məlumatları, Milli Bankın statistik nəşrləri,
xarici statistik məcmuələr təşkil edib.
Tə
dqiqatın obyekti və
predmeti. Tədqiqatın obyekti bank əməliyyatlarının vergiyə
cəlb edilməsi sistemləridir. Tədqiqatın predmeti bank əməliyyatlarının vergiyə cəlb
edilməsi sistemlərinin təkmilləşməsi istiqamətləridir.
6
Tədqiqatın elmi yenilikləri. Tədqiqatın elmi yenilikləri aşağıdakılardır:
-
vergitutmanın fundamental nəzəri əsaslarının, təməl prinsiplərinin, müxtəlif
ölkələrin vergi praktikasının təhlili ilə müəyyən edilmişdir ki, hər bir ölkə vahid nəzəri
ə
saslar və prinsiplər üzərində fərqli vergitutma konstruksiyaları qurmalıdır və ayrı-ayrı
ölkələrdə
bank
fəaliyyətinin
vergiyə
cəlbi
də
belə
bir
yanaşma
ə
sasındareallaşdırılmalıdır. Aşkara çıxarılmışdır ki, praktik vergitutma sistemi,
ocümlədən bank fəaliyyətinin vergiyə cəlbi ölkədəki hüquqi, iqtisadi, etik gerçəkliklərə
uyğun formalaşdırılmalıdır;
-
bank əməliyyatlarının həcmi ilə bu əməliyyatlardan vergitutma dərəcələri
arasında qarşılıqlı əlaqələrin mövcudluğu aşkara çıxarılmışdır və müəyyən edilmişdir ki,
bank əməliyyatlarına tətbiq edilən yüksək vergi dərəcələri son nəticədə investisiya
fəallığının azalmasını şərtləndirir;
-
bank fəaliyyətinin vergiyə cəlb olunması sistemlərinin təkmilləşdirilməsinin əsas
xətlərindən birinin hüquqi əsasların təshih edilməsindən ibarət olduğu diqqətə
çatdırılmış və müəyyən edilmişdir ki, perspektivdə bank əməliyyatlarının kompleks
sistem üzrə vergitutmaya cəlbini, maliyyə xidmətlərindən ƏDV tutulmasını, impliçit
vergi dərəcələrinin – məcburi ehtiyat normalarının azaldılmassı ilə birgə bu normaların
müçtəlif müddətli depozitlər üzrə differensasiyasını təsbit edən hüquqi dəyişikliklər
zəruridir. Beynəlxalq mühasibat standartlarına keçidin və eyni zamanda bank
ə
məliyyatları üzrə mənfəət vergisinin hesablama metodu əsasında tutulmasının zərurəti
aşkarlanmışdır;
-
bank sektorunda vergi menecmentinin əsas vəzifəsinin qanunvericilik daxilində
kredit təşkilatlarının vergi ödənişlərinin minimallaşdırılması olması göstərilmiş və aşkar
edilmişdir
ki,
vergi
öhdəliklərinin
minimallaşdırılması
pul
axınlarının
diskontlaşdırılması metodları əsasında müəyyən olunmalıdır;
-
bank sektorunda vergi menecmentinin effektivliyinin bütövlükdə korporativ
idarəetmənin səmərəliliyindən asılı olduğu aşkara çıxarılmış və bu baxımdan kredit
7
sektorunda
yüksək
korporativ
idarəetmə
standartlarına
keçidin
zərurəti
ə
saslandırılmışdır;
-
bank sferasında effektiv vergi menecmentinin formalaşması üçün vergi
menecmentinin strateji və texniki pillələrə ayrılmasının gərəkliyi müəyyən edilmişdir.
Tədqiqat işinin praktik əhəmiyyəti. Dissertasiyanın nəticələri fiskal və pul
siyasətinin formalaşmasında vergitutma işinin və vergitutmanın hüquqi əsaslarının
təkmilləşməsində, bank sektorunun inkişaf proqramlarında, banklarda vergi
menecmentinin təşkilində istifadə üçün yararlı ola bilər.
Tə
dqiqatın quruluş
u və
hə
cmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə və ədəbiyyat
siyahısından ibarətdir..