Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
19
yazılmasına nail olmuş və 18 gün üçrəngli bayrağımız Naqano-
da dalğalanmışdı [128, s.105]. 1998-ci ildə Azərbaycan Respub-
likası idman lobbisinin beynəlxalq təşkilatlarda nüfuzu hissedi-
ləcək şəkildə artmışdı. Azərbaycan Respublikası MOK-nun yük-
sək vəzifəli nümayəndələri AOK-un Olimpiya Oyunlarına hazır-
lıq və texniki əməkdaşlıq komissiyalarına üzv seçilmişdilər.
Azərbaycan Respublikası beynəlxalq yarışların keçirilməsi üçün
yüksək səviyyəli şərait yaratmağa qadir olan ölkə kimi tanınma-
ğa başlanmışdı. Daha sonra, yəni 28 dekabr 1998-ci ildə “Bədən
tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə
prezident fərmanı verilmişdi [127, s.165]. Bu qanun ölkəmizdə
idmanın inkişafının hüquqi bazasının təməli olmuş, nəticədə,
1999-cu ildə dünyanın müxtəlif ölkələrində keçirilmiş 179 bey-
nəlxalq yarışda Azərbaycan Respublikasının 1200 nəfər idman-
çısı iştirak etmişdi [138, s.31-73]. Ümumilikdə, 1999-cu il id-
mançılarımızın əldə etdikləri nailiyyətlərin artması baxımından
daha əlamətdar olmuşdu. Həmin il yeniyetmələr arasında boks
üzrə Avropa çempionatı ilə əlaqədar olaraq Avropa Həvəskar
Boks Assosiasiyasının prezidenti Bakıya gəlmiş və Azərbaycan
boksunun inkişaf etdiyini, Avropada qabaqcıl sıralara çıxdığını
bildirmişdi.
Şimali Azərbaycanda idmanın inkişafı, onun maddi-texniki
bazasının gücləndirilməsi, dünya standartlarına cavab verən qur-
ğuların tikilməsi, idmanla məşğul olanların sayının artması su-
veren Azərbaycan Respublikasının inkişafının hazırkı mərhələ-
sində ümumbəşəri dəyərlərin tərkib hissəsi kimi bədən tərbiyəsi
və idmana mühüm yer verildiyinin, bədən tərbiyəsi və idman hə-
rəkatına dövlətin başlıca prioritetlərindən biri kimi baxıldığının
sübutudur. Yuxarıda qeyd etdiyimiz ”Bədən tərbiyəsi və idman
haqqında” qanun, 3 fevral 2000-ci ildə Nazirlər Kabineti tərəfin-
dən təsdiq edilmiş “Bədən tərbiyəsi və idmanın inkişafına dair
dövlət proqramı” ölkə vətəndaşlarının bədən tərbiyəsi və idman-
la məşğul olmaq hüquqlarını qorumuş və Azərbaycan Respub-
likasında bədən tərbiyəsi və idman sisteminin fəaliyyəti və in-
Həsənov Yusifəli Lətif oğlu
20
kişafı üçün hüquqi zəmin yaratmışdı. Bu istiqamətdə görülən iş-
lərin nəticəsi olaraq, 2000-ci ildə idmançılarımız Sidney olim-
piadasında 2 qızıl, 1 bürünc medal qazanaraq, 199 ölkə arasında
34-cü yerə çıxmışdır [81, s.62-86]. Sidney olimpiadasından az
sonra, 18-20 oktyabr 2000-ci ildə XI paraolimpiya oyunlarında
idmançılarımız 1 qızıl, 1 gümüş medal qazanmış və bu qələbələ-
rin ölkəmizdə idman proqramının həyata keçirilməsinin nəticəsi
olduğunu sübut etmişlər. Azərbaycan Respublikası MOK-nun
hərtərəfli fəaliyyəti nəticəsində ölkəmizin BOK, AOK və digər
beynəlxalq idman qurumları ilə əlaqələri inkişaf etmişdir. İdman
əlaqələrini daha da möhkəmləndirmək məqsədilə 21 oktyabr
2000-ci ildə H.Ə.Əliyev BOK-un və AOK-un prezidentlərini qə-
bul etmişdi. Təbii ki, AOK-un 2000-ci il noyabrın 16-dan 19-na
kimi Varşavada keçirilən 29-cu Baş Assambleyasında Avropa
Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2001-ci ildəki ilk icla-
sını aprelin 6-da Bakıda keçirmək haqqında qərar qəbul etməsi
ölkəmizin dünya idman əlaqələri sistemində layiqli yer tutması-
nın göstəricisi idi. Ümumiyyətlə, Azərbaycan Respublikası
MOK-nun fəaliyyəti beynəlxalq idman qurumları tərəfindən
dəstəklənmiş, BOK-un ən yüksək qiymətinə layiq görülmüşdü.
Ölkəmizdə idmana qayğı günü-gündən güclənirdi. 2001-ci il
martın 26-da MOK-un yeni inzibati binasının tikintisi başa çat-
dırılmışdı. İdman uğurlarını davamlı etmək üçün respublikanın
müxtəlif bölgələrində dünya standartlarına uyğun olimpiya id-
man kompleksləri tikilib istifadəyə verilmişdi [138, s.43-87]. İlk
dəfə olaraq Bakıda keçirilən Avropa top komandaları kuboku-
nun final yarışlarında komanda idman növlərində Azərbaycanın
qadın voleybolçuları “Azərreyl” komandası Avropa miqyasında
böyük uğur əldə edərək, Avropa qadın voleybol komandaları
arasında top komanda kubokunu qazanmışdı. Yenə də idman
əlaqələrinin genişlənməsi sahəsində 2002-ci ilin mayında Bakı-
da yaşlılar arasında sərbəst güləş üzrə 45-ci Avropa çempionatı
keçirilmişdi.
2002-ci ilin fevralında Azərbaycan Respublikasının idman-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
21
çıları ikinci dəfə ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilmiş
XIX Qış Olimpiya Oyunlarında iştirak etmişdilər [128, s.111-
113]. 78 dəst medal uğrunda 77 ölkənin 2523 idmançısının mü-
barizə apardığı bu yarışlarda ölkəmiz iki idman növü ilə təmsil
olunmuşdu. Fiqurlu konkisürmənin idman rəqsləri yarışlarında
iştirak edən Azərbaycan idmançıları 32 ölkənin nümayəndələri
arasında 17-ci yeri tutmuşdular. QOO-da çox gənc olan ölkəmiz
üçün bu, uğurlu bir nəticə idi.
İdmanın maddi-texniki bazasını inkişaf etdirməyi qarşısına
məqsəd qoyan Azərbaycan Respublikası MOK-u Naxçıvanda da
iki zaldan ibarət universal idman kompleksinin inşasını muxtar
respublikanın blokadada olmasına baxmayaraq, qısa müddətdə,
yəni 15 iyun 2002-ci ildə başa çatdırmışdı. Həmçinin Bakıda
taekvondo, stend atıcılığı və yelkənli qayıqsürmə idman növlə-
rinin inkişafına real imkanlar açan taekvondo mərkəzinin, stend
atıcılığı üzrə idman kompleksinin və yaxtklubun açılmasını da
çox yüksək qiymətləndirmək lazımdır [138, s.103,105,106]. Ey-
ni zamanda, hələ sovet dövründən qalmış İdman-Konsert Kom-
pleksi, T.Bəhramov adına Respublika Stadionu, Bakı İdman Sa-
rayı, Respublika Velotreki müasir standartlara cavab verəcək sə-
viyyədə yenidən təmir olunmuşdu [138, s.109-112]. Azərbaycan
Respublikası MOK-u ölkədə idman sahəsində gördüyü işlərin
uğurlu nəticələrinə əsaslanaraq, 11 oktyabr 2002-ci ildə bu təşki-
latın yaradılmasının onillik yubileyini təntənə ilə qeyd etmişdi
[103, s.5-6].
Yuxarıdakı faktlardan göründüyü kimi, respublikamızda id-
manın maddi-texniki bazası dövlətin qayğısı, idmana rəhbərlik
edənlərin bacarığı sayəsində daim möhkəmləndirilmiş, idman
əlaqələri inkişaf etmiş və genişlənmişdi. Nəticədə, idmanın
müxtəlif növlərində idmançılarımız beynəlxalq yarışlarda möh-
təşəm qələbələr qazanmış, Azərbaycan Respublikası idmanın in-
kişaf səviyyəsinə görə dünyada qabaqcıl ölkələrdən birinə çev-
rilmişdi. Beləliklə, baş verən siyasi və iqtisadi sabitlik, bütün sa-
hələrdə əlaqələrin genişlənməsi ölkənin beynəlxalq aləmə inteq-
Dostları ilə paylaş: |