305
kriteriyalar üzrə həyata keçirilir: investisiya siyasətinin bankın ümumi iqtisadi
siyasəti olan realizasiyasının məqsəd, istiqamət və müddət siyasəti ilə uyğun
gəlməsi; investisiya siyasətinin daxili və xarici balansı; investisiya siyasətinin
realizasiya dərəcəsi; investisiya siyasətinin səmərəliliyi.
nvestisiya siyasətinin həyata keçirilmə şərtlərindəki dəyişikliyin işlənib
hazırlanması investisiya siyasətinin uğurla həyata keçirilməsi üçün daimi moni-
torinqin aparılmasını tələb edir. Tərtib edilən zaman investisiya proqramı
perspektivdə olan xarici və daxili faktorların bütün dəyişmə kompleksini əhatə
edə bilməz.
Bank portfelinin əsas funksiyaları aşağıdakılardır:
1. ş silsiləsinin mərhələsindən asılı olmayaraq gəlirlərin stabilləşdirilmə-
si. Borclar üzrə gəlir azalan zaman qiymətli kağızlar üzrə gəlir orta ola bilər;
2. Bank ssudalarının portfeli üzrə kredit riskinin kompensasiyası. Bank
kreditləri üzrə riskin tarazlaşdırılması məqsədilə yüksək keyfiyyətli qiymətli
kağızlar əldə olunub saxlanıla bilər;
3. Coğrafi diversifikasiyanın təmin edilməsi. Qiymətli kağızlar bank kre-
ditlərinin obyektlərinə nisbətən digər regionlarla daha çox bağlı olur ki, bu da
bank gəlirlərinin səmərəli diversfikasiyasına səbəb olur;
4. Likvidliyin qorunması. Belə ki, qiymətli kağızlar lazımi pulun əldə
olunması üçün satıla bilər;
5. Bankın vergi yükünün aşağı salınması;
6. Dövlətin, hökumətin və yerli idarəetmə orqanlarının banklarda saxladı-
ğ
ı depozitlərin girov kimi istifadə edilməsi;
7. Bazar faiz dərəcələrinin dəyişməsində meydana gələn zərərin sığotra
edilməsi;
8. Bank aktivi portfelinin elastikliyinin təmin edilməsi. Belə ki, investisi-
ya qiymətili kağızları çox sayda kreditlərdən fərqli olaraq bank aktivlərinin ye-
nidən strukturlaşdırılması zamanı sürətlə əldə oluna və satıla bilər;
9. Bankın saxladığı yüksəkkeyfiyyətli riskin azaldılması metodlarından
biri diversifikasiya hesab edilir. Bank portfelində çoxlu sayda qiymətli kağız
növü olur.
Bankın investisiya siyasətində diversifikasiyanın aparılması zamanı qiy-
mətli kağızların aşağıdakı parametrlərinə diqqət yetirilməlidir: ödəniş müddəti-
nə, coğrafi paylaşdırmaya, öhdəliyin növünə və emitentə. Nəzəri olaraq kom-
mersiya bankları üçün ən vacib parametrlər qiymətli kağızın keyfiyyəti və
ödəmə müddəti hesab edilir. Qiymətli kağızların parametrlərindən asılı olaraq
bankın investisiya siyasətinin məqsədləri də müəyyən edilir.
Qiymətli kağızların keyfiyyəti ilə münasibətdə diversifikasiya məqsədi
riskin minimuma endirilməsidir. Bununla bağlı qiymətli kağızın keyfiyyəti ilə
münasibətdə olan diversifikasiyanın müəyyən olunması üçün emitentə aid olan
bir sıra faktorların əsaslı şəkildə öyrənilməsini tələb edir ki, bunlar arasında ən
ə
sası da aşağıdakı suallar üzrə informasiyanın alınmasıdır:
306
• şirkət nə ilə məşğul olur?
• şirkətin aksiya və digər qiymətli kağızlar üzrə gəlirlik səviyyəsi.
• qiymətli kağızın cari qiyməti.
• şirkətin ehtiyatları nə qədərdir?
• şirkətin bugünkü və gələcək durumu necə qorunur?
• şirkəti kim idarə edir, ona etibarlılıq nə dərəcədədir?
• şirkətin inkişaf və genişlənmə planları necədir?
Bu suallara cavabı emissiya layihələrindən və ya birja vərəqələrindən əl-
də etmək olar. Coğrafi paylaşdırma ilə münasibətdə diversifikasiyanın məqsədi
fəaliyyət göstərdiyi ərazidə iqtisadi çətinliklərdən qorumaqdır. Xarici şöbələrə
malik olan iri banklar öz portfelində kifayət qədər az dövlət qiymətli kağızları
saxlayır. Bank portfelində ən çox xarici qiymətli kağızlar və şəxsi şirkətlərin
istiqrazları yer tutur.
Qiymətli kağızların ödənmə müddəti ilə münasibətdə diversifikasiyanın
məqsədi faiz dərəcələrinin qalxıb-enməsi ilə bağlı olan investisiya portfeli ris-
kinin qorunmasıdır.
Bankların investisiya prosesində iştiraketmə zəruriyyəti bank sisteminin
və ümumilikdə iqtisadiyyatın uğurla inkişaf etməsinin qarşılıqlı asılılığından
irəli gəlir. Bankların iqtisadiyyatı investisiyalaşdırması yalnız münbit nəticəsin-
də həyata keçirilir. Bankların investisiya prosesində iştirak etməsinin əsas
istiqamətləri aşağıdakılardır:
1) vəsaitlərin investisiya məqsədi ilə banklar tərəfindən səfərbər edilməsi;
2) investisiya xarakterli kreditlərin təqdim edilməsi və vəsaitlərin qiymət-
li kağızlara yatırılması, (paylar və pay iştirakı həm bank hesabına, həm də müş-
tərinin tapşırığı ilə).
Bu istiqamətlər bir-biri ilə sıx bağlıdır. Kapitalı, əhalinin əmanətlərini, di-
gər pul vəsaitlərini səfərbər etməklə banklar öz resurslarını mənfəət qazanmaq
məqsədilə yaradırlar. Vəsaitlərin yığılması üzrə əməliyyatların həcmi və
strukturu bankların kredit və investisiya portfelinin vəziyyətinə, onların in-
vestisiya fəaliyyəti imkanlarına təsir edən ən əsas faktorlardır.
Bankların investisiya fəaliyyətinə iki növ xidmət göstərən biznes kimi ba-
xılır: qiymətli kağızların buraxılması və ya onların ilkin bazarda yerləşdirilməsi
yolu ilə nağd pulun artırılması; broker və dilerlərin ikinci bazarda öz funksi-
yalarını yerinə yetirən zaman alıcı və satıcıların bir araya gəlməsi.
Bankın investisiya fəaliyyəti mikroiqtisadi aspektdə – banka iqtisadi sub-
yekt nöqteyi-nəzərindən birbaşa və ya dolayısı ilə gəlir əldə etmək məqsədilə
maliyyə və real aktivlərin əldə edilməsinə öz vəsaitlərini yatırmaqla banka bir
investor kimi baxmaq olar.
Həmçinin bankların investisiya fəaliyyəti onların bir maliyyə vasitəçisi
kimi makroiqtisadi prosesin həyata keçirilməsi ilə bağlı olan başqa bir aspekti
də vardır. Bu zaman banklar pul kredit formasında bazar iqtisadiyyatı şəraitində
çıxış edən təsərrüfatçı subyektlərin investisiya tələbinin realizə edilməsinə sə-