Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə152/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   148   149   150   151   152   153   154   155   ...   230

 

 

320



Avro pul və sərmayə bazarları.  kinci Dünya müharibəsindən sonra iq-

tisadiyyatları dağılmış olan Avropa ölkələrinə ABŞ-dan istər Marşall Proqramı, 

istərsə  də  digər  müxtəlif  hökumət  proqramları  çərçivəsində  böyük  miqdarda 

fond axını təmin edilmişdir. Ancaq bir tərəfdən bu yardımlar və Koreya müha-

ribəsinin gətirdiyi əlavə məsrəflər nəticəsində ABŞ-ın tədiyyə balansı 1960-cı 

illərə doğru böyük səviyyələrdə kəsirlər verməyə başlamışdır.  

Bu  tədbirlərdən  biri  olan  «Q  regulation»  ilə  ABŞ  banklarının  müddətli 

ə

manətlərə ödədikləri maksimum faiz həddi müəyyən edilmiş, ancaq ölkə xa-



ricindəki  şöbələr  bu  tənzimləmənin  xaricində  qalmışlar.  Bunun  nəticəsində 

ABŞ-dakı banklardan, o cümlədən onlardan daha çox faiz verən başda London 

olmaq şərti ilə xaricdəki şöbələrinə böyük miqdarda fond axını baş vermiş və 

Avrobazarlar  adlandırılan  Avropa  pul  və  sərmayə  bazarlarının  iş  həcmi 

ə

həmiyyətli ölçüdə genişlənməyə başlamışdır. Digər tərəfdən, noyabr 1973-cü 



ildə  başlayan  birinci  neft  şoku  ilə  dünya  xam  neft  qiymətlərinin  inanılmaz 

rəqəmlərə çatması neft ixracatçısı ölkələrinin əllərində böyük miqdarda maliy-

yə vəsaitlərinin yığılmasına səbəb olmuş və bu fondların önəmli hissəsi əmanət 

olaraq  Avrobazarlara  axmışdır.  Bundan  başqa,  neft  qiymətlərindəki  artımlar 

xüsusilə  inkişaf  yolundakı  ölkələri  çətin  vəziyyətə  qoyarkən  həmin  ölkələrdə 

tədiyyə  balansının  kəsirlərini  maliyyələşdirmək  üçün  beynəlxalq  banklardan 

kredit tələblərini artırmışlar. 

Avro pul fondları əsas etibarı ilə avro kreditlər və avro istiqrazlardan iba-

rətdir. Avro kredit bazarlarında fəaliyyət göstərən avro banklar əllərindəki qısa-

müddətli fondları orta və uzunmüddətli olaraq xarici mənbə tələb edən ölkə və 

qurumlara  vermişlər.  Bu  kreditlərin  mənbəyi  avro  əmanətlərdir.  Avro  əmanət 

banklarının  ölkə  sərhədlərinin  kənarında  topladıqları  əmanətdir  ki,  bunun  bir 

hissəsini də banklararası əmanət təşkil edir. 

Off-Shore bazarları. Beynəlxalq maliyyə sektoru, Avro pul bazarlarının 

inkişafına paralel olaraq 1960-cı illərin əvvəllərindən etibarən Off-Shore bazar-

lar  adlandırılan  yeni  pul  bazarlarının  sürətlə  inkişafına  səbəb  olmuşdur.  Bu 

illərdə beynəlxalq bazarlarda söz sahibi olan və milli pul vahidləri dünya bir-

jalarında qəbul olunan başlıca sənayeləşmiş ölkələrdə tətbiq edilən yüksək ver-

giləmə siyasəti və sərt maliyyə nəzarəti səbəbi ilə bir çox transnasional şirkətlər 

alternativ investisya sahələri axtarmağa başladılar. Bəzi adalar xarici investor-

lara, fəaliyyətlərində gizlilik əsası ilə birlikdə çox səmərəli vergi tətbiq etməklə 

demək olar ki, vergi sığınacağı vəziyyətinə  gəliblər və  «Off-Shore»  bankçılıq 

mərkəzlərini  qurublar.  Eyni  vaxtda  sürətlə  sənayeləşmə  prosesinə  girən  Sin-

qapur, Hon-Konq, Cənubi Koreya kimi bir neçə Uzaq Şərq ölkələri bəzi dövlət 

investisiya  proqramlarının  maliyyələşdirilməsini  təmin  etmək  məqsədilə  avro 

pul bazarından pul alaraq beynəlxalq finans mərkəzi vəziyyətinə gəlmək üçün 

«off şor» bankçılıq mərkəzini yaradıb. Bu bazarlarda fəaliyyət göstərən banklar 

bankçılıq  üzərindəki  hər  cür  nəzarətdən  uzaq  qalmaları  və  çox  rahat  çalışma 

şə

rtlərinin  verilməsi  səbəbi  ilə  beynəlxalq  bankçılıq  böyük  bir  rəqabət  gücü 



qazanmışdır. 


 

 

321



Elektron  bankçılıq.  1960-cı  illərdən  sonra  xəbərləşmə  və  kompyuter 

texnologiyası sahələrində sürətli bir inkişaf baş vermişdir. Elektron bankçılığın 

ə

n önəmli məhsullarından olan «Elektron Fond Transfer Sistemləri»nin (Elect-



ronik Fund Transfer System – EFT) istifadəsinə keçməsiylə bankçılıq işləri bö-

yük sürət qazanmışdır. 1970-ci illərdə EFT daxil olmaq şərtilə müxtəlif maliyyə 

mövzularında banklararası xəbərləşmənin təmin edilməsi məqsədilə SWIFT adı 

altında  dünya  səviyyəsində  bir  qurum  yaradılmışdır.  Ümumiyyətlə,  elektron 

texnologiyasında 1960-cı illərdən etibarən yaşanmaqda olan bu kimi yeniliklər, 

bankçılığın  beynəlxalq  səviyyədə  təşkilatlanmasını  sürətləndirən  çox  əhə-

miyyətli bir faktor olmuşdur. 

Konyunktur səbəbləri. Yuxarıda sayılan faktorların yanında bankçılığın 

beynəlxalq  səviyyədə  sürətlə  inkişafına  təsir  edən  digər  başlıca  tendensiyalar 

arasında 1970-ci illərdən sənayeləşmiş ölkələrdə izlənən resesyonun önəmli bir 

rolunu  xüsusi  qeyd  etmək  lazımdır.  Bu  dövrdə  banklar  ölkələrdəki  firmaların 

fond  tələblərinin  azalması  nəticəsində  əllərindəki  likvidi  satmaq  üçün  ölkə 

xaricindəki fəaliyyətlərinə üstünlük verməyə başladılar. Başqa bir tərəfdən, xü-

susi  ilə  neft  qiymətlərindəki  artımlar  səbəbi  ilə  iqtisadi  qıtlıqla  üzləşən  və 

tədiyyə balansı kəsirləri böyük ölçüdə artıq inkişaf etməkdə olan ölkələr xarici 

fond təmin  etmək məqsədilə beynəlxalq  banklarla daha sıx münasibətlər  qur-

dular.  1980-ci  illərdə  inkişaf  etməkdə  olan  ölkələrin  cari  kəsirlərinin  75%-i 

beynəlxalq banklar tərəfindən kreditləşirdi. 

Nəticə olaraq dünya ticarət həcmindəki inkişaf prosesləri, avro pul bazar-

ları ilə interbank bazarlarındakı fondların böyük həcmlərə çatması, xəbərləşmə 

və  kompyuter  texnologiyasındakı  inkişaf,  «off-şor»  maliyyə  mərkəzlərinin 

xarici banklar üçün böyük cazibəliliyi və dünya iqtisadi konyunkturunda mey-

dana gələn dəyişmələr bir-biri ilə sərt rəqabət içində olan bankların fəaliyyət-

lərini ölkə sərhədləri kənarına çıxmalarını bir məcburiyyət halına gətirmişdi. 

Digər səbəblər. Yuxarıda saydığımız faktorların xaricində aşağıdakı ün-

sürlər də bankçılığın beynəlmilləşməsində təsirli amillər olmuşdur: 

1) Şirkətlərin transmilli hala gəlməsi bankçılığın da beynəlxalqlaşmasına 

təsir etmişdir; 

2) Bankların beynəlxalqlaşmasını təşviq edən ən əhəmiyyətli ünsür bey-

nəlxalqlaşma prosesinin verdiyi imkanlardır. Ölkə içində fəaliyyət göstərən bir 

bank  (milli  pulla  fəaliyyət  göstərdiyinə  görə)  iqtisadiyyatın  sistematik  riskinə 

bağlı  olmaq  məcburiyyətindədir.  Lakin  beynəlxalq  sahədə  fəaliyyət  göstərən 

banklar  özlərini  sistematik  riskə  qarşı  qoruyur  və  topladıqları  əmanətləri 

müxtəlif ölkələrin maliyyə mərkəzlərində dəyərləndirə bilərlər. 

3)  Gəlir  və  vergi  münasibətləri  bankın  beynəlxalqlaşmasına  təsir  edən 

faktorlardan  biridir.  Vergi  cənnəti  sayılan  Bahama,  Lüksemburq  və  Tayman 

adaları  kimi  maliyyə  mərkəzlərində  bir  çox  xarici  bankın  ölkələrdə  banklar 

gəlirləri maksimum səviyyəyə çıxarmağa, yüksək vergi tətbiq edilən ölkələrdə 

isə xərclərini minimum səviyyəyə endirməyə çalışırlar.  

 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə