Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə191/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   187   188   189   190   191   192   193   194   ...   230

 

 

408



AV -nin inzibati  orqanları aşağıdakılar idi: prezident, baş direktor, AV  

prezidentindən və AB-ə üzv ölkələrin mərkəzi bank müdirlərindən ibarət olan 

ş

ura. Şura AB-nin Nazirlər Sovetinə və milli hökumətlərə təkliflər və tövsiyələr 



hazırlayırdı.  

Avropa  kontinentində  birgə  valyutanın  yaradılması  ideyası,  beynəlxalq 

valyuta  sisteminə  böyük  zərbə  vuran  kinci  Dünya  müharibəsindən  sonra 

yaranıb. Müharibədən sonrakı Bretton-Vud modelli beynəlxalq valyuta sistemi 

Britaniya  funt  sterlinqinin  liderliyini  əlindən  alan  ABŞ  dollarına  əsaslanırdı. 

Nəticə olaraq, 1950-ci ildə AFR, Fransa, Birləşmiş Krallıq, Belçika, Niderland, 

Lüksemburq,  Danimarka,  sveçrə,  Norveç,  slandiya,  sveç,  Avstriya,  taliya, 

Yunanıstan,  Portuqaliya  və  Türkiyənin  daxil  olduğu  Avropa  Ödəniş  Birliyi 

yaradılmışdır.  Sonradan  Birlik  Avropa  Valyuta  Sazişinə  çevrilmişdir.  Lakin 

tamdəyərli  valyuta  əməkdaşlığının  ilk  real  addımı  AFR,  Fransa,  Belçika, 

Niderland və Lüksemburq tərəfindən 1957-ci ildə Roma Sazişinin imzalanması 

nəticəsində Avropa  qtisadi Birliyinin  yaradılmasıdır. Artıq 1962-ci ildə A B-

nin  Komissiyası  üzv  ölkərin  birgə  valyuta  ideyasını  səsləndirdi.  1969-cu  ildə 

Fransa  frankına  qarşı  Almaniya  markasının  revalvasiyası  bu  prosesi  daha  da 

tezləşdirdi.  1970-ci  ilin  oktyabr  ayında  milli  valyutaların  qarşılıqlı  konverta-

siyası,  kapital  hərəkətinin  liberallaşdırılması,  daimi  valyuta  kurslarının  müəy-

yən edilməsi və 1980-ci ilə qədər milli valyutaların birgə Avropa valyutası ilə 

ə

vəz  edilməsini  nəzərdə  tutan  Verner  planı  qəbul  edilmişdir.  Lakin  Verner 



planını həyata kecirmək mümkün olmadı.  

1975-ci ilin aprel ayında Avropa  ttifaqında Avropa Hesablaşma Vahidi – 

AHV tətbiq edilmişdir. AHV-nin məzənnəsi dollardan yox, sırf onu tərtib edən 

Avropa  ölkələrinin  milli  valyutalarının  bazar  məzənnələri  əsasında  müəyyən 

edilirdi.  Sözügedən  vahid  Avropa  qtisadi  Birliyinin  büdcəsində  və  dövlət-

lərarası hesablaşmalarda, Avropa  nvestisiya Bankının əməliyyatlarında istifadə 

olunurdu.  

1977-ci ildə valyuta birliyinin ideyası yenidən gündəmə gətirildi. 1978-ci 

ilin  dekabr  ayında  A B-nin  Brüsseldə  keçirilən  toplantısında  Avropa  Valyuta 

Vahidi Ekyu və onun əsasında qurulan Avropa Valyuta Sistemi yaradılmışdır. 

Bu valyuta sisteminə A B-in bütün üzv ölkələri daxil edilmişdir. 7 fevral 1992-ci 

il  tarixində  qəbul  edilən  Maaştrix  Sazişi  vahid  valyutanın  tətbiqini  mərhələlərə 

bölürdü.  

Hazırda  A -nin  11  ölkəsi  (Birləşmiş  Krallıq,  Danimarka,  sveç,  Bolqa-

rıstan, Çex Respublikası, Macarıstan, Polşa, Rumıniya, Estoniya, Latviya, Lit-

va)  avrodan  istifadə  etmir.  Birləşmiş  Krallıq,  Danimarka  və  sveç  Maaştrix 

Sazişini imzalamasına baxmayaraq öz milli valyutalarından istifadə edirlər.  

Avro  Avropa  ttifaqına  daxil  olmayan  lakin  onun  iqtisadi  və  monetar 

sisteminə  qoşulan  Monako,  San-Marino  və  Vatikan  tərəfindən  istifadə  edilir. 

Lakin  bu  ölkələr  Avrozonaya  daxil  deyil,  Avropa  Mərəzi  Bankında  və 

Avroqrupda  təmsil  olunmurlar.  Bundan  əlavə  Kosovo  və  Monteneqro  rəsmi 

saziş əldə etmədən avronu yeganə pul vahidi kimi istifadə edirlər.  




 

 

409



Ümumiyyətlə, indiki dövrdə avro  ABŞ dollarından sonra ikinci beynəl-

xalq  ehtiyat  valyutasıdır.  Hal-hazırda  dünyanın  strateji  valyuta  ehtiyatlarının 

ümumi həcminin 26.5%-i avroda saxlanılır. 

Avro sikkələrinın bir üzü eyni dizayna malikdir, yəni 16 Avrozona ölkə-

lərinin  xəritəsi  və  sikkənin  dəyəri  təsvir  edilib,  diğər  üzündə  isə  sikkəni 

emissiya edən ölkənin seçdiyi şəkil təsvir olunur.  

Avro  banknotları  bütün  avro  ölkələrində  eyni  dizayna  malikdirlər. 

Banknotlar €500, €200, €100, €50, €20, €10 və €5 emissiya edilirlər. €500 və 

€200 dəyərli banknotlar bütün avrozona ölkələrində emissiya olunmurlar, lakin 

dövriyyəyə buraxılırlar. Avronu Avrozonaya daxil olan bütün ölkələr emissiya 

edir, kodu hesab edilir. (Avstriya - N, Belçika – Z , Finlandiya - L, Fransa – U, 

Almaniya  –  X,  Yunanistan –  Y,  rlandiya – T,  taliya  – S,  Lüksemburq – R, 

Niderland - P, Portuqaliya – M,  spaniya - V,  sveç – K, Birləşmiş Krallıq - J, 

Danimarka  –  W).  sveç,  Birləşmiş  Krallıq  və  Danimarka  Avrozonaya  daxil 

olmaqlarına baxmayaraq, onların da “kodu” artıq müəyyən edilib.  

Avronun  saxtalaşdırılmasına  qarşı  qəbul  edilən  üsullardan  biri  də 

ə

skinasların üzərindəki  nömrələrdir. Hər banknotun öz idensifikasiya nömrəsi 



var. Nömrə hərif və 11 rəqəmdən ibarətdir.  

Avropada ortaq bir bazarın qurulması ilə əlaqədar qərar 1957-ci ildə Ro-

mada alınmışdır. Avropa Birliyinin əsas məqsədi - rəqabət sistemini gücləndir-

mək və sərmayənin hərəkətini sərbəstləşdirməkdir. 1979-cu ildə Avropa Valyu-

ta Sistemi quruldu. Belçika, Lüksemburq, Hollandiya, Almaniyanın dövlət baş-

çıları bu ölkələrdə etibarlı olan pul vahidi ekyunu yaratdılar. Sonradan Avropa 

Valyuta Sisteminə  ngiltərə, Finlandiya, Portuqaliya, Yunanıstan və  spaniya da 

girdi. 1991-ci ildə Maastrixdə (Hollandiyanın bir qəsəbəsi) Avropa  qtisadi və 

Valyuta  Birliyi  haqqında  müqavilə  imzalandı.  1994-cü  ildə  Avropa  ko-

missiyası, Avropa Birliyi ölkələrinin iqtisadi göstəricilərinin təhlili nəticəsində 

avrosistemə  daxil  olacaq  11  ölkənin  adını  açıqladı.  Avrosistemə  ngiltərə, 

sveç,  Danimarka  kimi  ölkələr  daxil  olmadı.  31  dekabr  1998-ci  ildə  Avropa 

Birliyi ölkələrinin maliyyə nazirləri Avroya qarşı milli pul vahidlərinin dəyərini 

müəyyən  etdilər.  May  2004-cü  ildə  AB  daxil  olan  ölkələr:  Macarıstan,  Kipr, 

Latviya, Litva, Malta, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniya. 2007-ci 

ildə Bolqarıstan və Rumıniya kimi ölkələr Avropa Birliyinə daxil oldular.  

Avrozonanın  13  üzv  ölkəsinin  monetar  siyasətinin  həyata  keçirilməsin-

dən  cavabdeh  olan Avropa Mərkəzi  Bankı  (AMB)  dünyanın ən nüfuzlu mər-

kəzi  banklarından  biridir.  Avropa  ttifaqı  institutları  və  üzv  ölkələr  tərəfindən 

hər  hansı  siyasi  müdaxilə  görməyən  AMB  Avropa  ttifaqından  ayrı  büdcəyə 

malik olmaqla maliyyə müstəqilliyini də qoruyub saxlamaqdadır (iqtisadçıların 

ümumi  konsensusa  əsasən  müstəqil  mərkəzi  bank  makroiqtisadiyyatın  siyasi 

məqsədlərlə  manipulyasiyasının  qarşısının  alınması  üçün  ən  yaxşı  vasitədir). 

Hesabatlılıq məqsədilə AMB öz fəaliyyətinə dair hesabatlar hazırlamalı və illik 

hesabatını  Avropa Parlamenti,  Avropa  Komissiyası, Avropa  ttifaqı Şurası və 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə