43
vəsaitlərinin elektron köçürülməsi, bankomatlar, ticarət mərkəzlərində ter-
minallar, yaşayış evlərini tərk etmədən maliyyə sazişləri bağlamağa imkan
verən personal kompyuterlər, həmçinin telekommunikasiya maliyyə proses-
lərinin sürətlənməsinə səbəb olur və əmanətçilərin, borc alanların tələbatlarının
daha dolğun şəkildə ödənilməsinə imkan verən maliyyə məhsullarını ortaya
çıxarır. Maliyyə innovasiyaları iqtisadi aktivlik səviyyəsindən asılı olaraq da
güclənməkdədir. qtisadi tsiklin çiçəklənmə dövründə daha yeni maliyyə
alətlərinə tələb yaranır. Eyni zamanda iqtisadi tsiklin enmə dövründə də riskin
azaldılmasına və likvidliyin qorunub saxlanılmasına üstünlük verilir. Bu da ma-
liyyə innovasiyası tələb edir. Maliyyə innovasiyaları təkcə maliyyə vasi-
təçiliyinin dəyərini aşağı salmır. Eyni zamanda pula ehtiyacı olanların müəyyən
növ maliyyə mənbələrinə çıxışını yüngülləşdirir və pul vəsaitlərinin, likvidli
qiymətli kağızlar portfelinin idarə olunmasına müsbət təsir göstərir.
Maliyyə alətləri birbaşa və dolayı maliyyə alətlərinə ayrılır. Tarixən
maliyyə alətlərinin ən qədim növü veksel olmuşdur. Veksel tarixən təsərrüfat
həyatına daxil olan ilk qiymətli kağız növüdür. XVII-XVIII əsrlərdə isə Avro-
pada veksel qanunvericiliyi qəbul edilmişdir. Veksel bir tərəfin digər tərəfə
müəyyən müddətdə nəzərdə tutulmuş pul məbləğinin qeyd-şərtsiz məcburi ödə-
nməsini və sonuncunun bu məbləği tələb etmək hüququnu təsdiq edən ciddi
formalı yazılı borc öhdəliyidir. Veksel hər şeydən əvvəl kredit alətidir. Veksel
vasitəsilə müxtəlif kredit öhdəlikləri: alınmış əmtəənin və göstərilmiş xidmətin
kommersiya krediti şərti ilə ödənilməsi, alınmış borcun qaytarılması, kreditin
təqdim edilməsi, həmçinin əlavə dövriyyə kapitalının cəlb edilməsi rəsmiyyətə
salınır. Hər şeydən əvvəl veksel tədiyyə vasitəsi rolunu oynayır. Başqa sözlə,
vekselin əsas xassəsi onun pul hesablaşmalarının aləti olmasıdır. Bu zaman
veksel tədavülü hesablaşmaları bir neçə dəfə sürətləndirir. Belə ki, veksel onun
ödənilməsinə qədər onlarla subyektin əlindən keçərək pul öhdəliklərini
qarşılayır və nağd pula olan tələbatı azaldır.
Veksellərin kommersiya bankları tərəfindən uçotunun aparılması onların
likvidliyini xeyli artırır. Veksellərin likvidliyini daha da artırmaq üçün Mərkəzi
Bank tərəfindən onların yenidən uçotu siyasəti aparılır. Mərkəzi Bankın bu
tədbiri kommersiya banklarının veksellərin uçotuna olan həvəsini artırır və eyni
zamanda iqtisadiyyatın pula olan ehtiyacları daha dolğun şəkildə qarşılanır.
Mərkəzi banklar tərəfindən veksellərin yenidən uçotu iqtisadiyyatın tənzimlən-
məsi məqsədilə aparılır. Veksellər borcun yaranması şəraitindən və onun yerinə
yetirdiyi funksiyalardan asılı olaraq kommersiya, maliyyə və təminat vek-
sellərinə ayrılır. Kommersiya vekseli kreditə verilən əmtəənin alqı-satqısı üzrə
real sazişə əsaslanır. Kommersiya vekseli faktiki olaraq əmtəənin girovu ilə
verilir və vekselin vasitəsilə əldə edilmiş həmin əmtəənin satışından daxil
olacaq pul vəsaiti ilə təmin olunur. Buna görə də həmin veksellər bəzən əmtəə
vekseli, alıcı, yaxud örtülmüş veksel adlandırılır. Veksellərin digər bir növü də
maliyyə vekselidir. Maliyyə vekseli bir tərəfin digər tərəfdən vekselin əvəzində
44
pulun borc şəklində alınmasına əsaslanır. Xüsusi maliyyə vekselləri davamlı
maliyyə vəziyyətinə malik olan iri məşhur firmalar tərəfindən buraxılır. Maliy-
yə vekselləri qısamüddətli olduğundan istiqrazlara nisbətən az əhəmiyyətə
malikdir. Bu veksellər banklar tərəfindən uçota qəbul edilmir.
Ə
sasında konkret əmtəə sazişi dayanan kommersiya vekseli sadə və kö-
çürmə formasında olur. Sadə veksel vekselverənin veksel sahibinə konkret
məbləği bitmiş müddət üzrə ödənilməsinin yerinə yetirilməsi barədə heç nə ilə
şə
rtlənməyən öhdəliyidir. Sadə vekselin üzərində yalnız tədiyyəni ödəməyə
məsul şəxsin bir imzası olur. Köçürmə veksel (tratta) vekselverənin ödəyici -
borcluya ünvanlanınış, veksel sahibinə pulun ödənilməsi barədə əmrini nəzərdə
tutan yazılı sənəddir. Sadə vekseldən fərqli olaraq köçürmə vekseldə iki tərəf
deyil, üç və daha artıq tərəf iştirak edir.
Müddətli hesablar və depozit sertifıkatları ilə yanaşı bank vekselləri də
bankların vəsait cəlb etməsində mühüm rol oynayırlar. Bank vekseli vekselve-
rənin veksel sahibinə müəyyən məbləği konkret müddətdə ödəməsi barədə borc
öhdəliyidir. Bank vekseli müddətli hesablardan və depozit sertifikatlarından öz
likvidliyi ilə fərqlənir. Belə ki, bank vekseli tədiyyə vasitəsi rolunu oynamaq
hüququna sahibdir və indossament qaydasında üçüncü şəxsə ötürülə bilər. Bank
vekseli banklar üçün də əlverişlidir. Bu alətlərin emissiyası rəsmi qeydiyyat
tələb etmir. Lakin bank vekselinin buraxılması kommersiya vekselindən fərqli
olaraq real əmtəə sazişlərindən qaynaqlanmaması onların iqtisadiyyatda təda-
vülünə ciddi nəzarət olunması zərurətini ortaya çıxarır. Buna görə də Mərkəzi
banklar tərəfindən veksel emissiyasına məhdudiyyət qoyan normativlər müəy-
yən edilir. Kommersiya vekselindən fərqli olaraq bank vekselinin banklar
tərəfindən uçotu qadağan edilir.
ndi isə maliyyə vasitəçiləri ilə olan bankların və qeyri-bank institutları-
nın emissiya etdikləri maliyyə alətləri növləri üzərində dayanaq. Məlumdur ki,
dolayı maliyyə alətləri içərisində əsas yeri pul maliyyə alətləri tutur. Bu tip alət-
lər alqı-satqı prosesində tədiyyə vasitəsi rolunu oynamaq hüququna sahibdirlər.
Banknot dövlətin rəsmi puludur, pul sisteminin əsil maliyyə alətidir, Mər-
kəzi Bank tərəfindən tədavülə buraxılır, qanun gücü və pul siyasətinə məsul
rəsmilərin qərarı ilə təşkil edilən satınalma gücüdür, dövlətin cəmiyyətə
borcudur. Banklar cari hesab açan başlıca maliyyə qurumlarıdır. Cari hesablar
böyük hərəkət göstərən fondlardır. Hər hansı bir cari hesaba gündə çoxlu pul
yatırıla və çəkilə bilir. Milyonlar, cari hesablarda aparılan tək bir əməliyyatla
ə
ldən-ələ dəyişdirilə bilir. Müştərinin hər hansı bir anda cari hesabdan çıxara
biləcəyi miqdara provizyon deyilir. Provizyon müştərinin hesabındakı istifadə
edilə bilən likvid limitidir. Provizyon müştərinin hesaba qoymuş olduğu ödəmə
miqdarından çox, az və ya ona bərabər ola bilər. Kommersiya bankları cari
hesab kreditləri ilə əmanət və satınalma gücü yaradırlar.
Çek - istifadəyə hazır provizyona söykənən bir ödəmə əmridir, qeydiy-
yatlı pul ödəmələrində istifadə edilən başlıca alətdir. Banknot ilə çek arasında