Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə224/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   220   221   222   223   224   225   226   227   ...   230

 

 

480



ötürülmüşdür.  1992-1995-ci  illərdə  Mərkəzi  Bank  kommersiya  banklarının 

fəaliyyətinə  nəzarət  və  yoxlama  sistemi,  valyuta  tənzimlənməsi  və  nəzarəti 

sistemləri  yaratmışdır.  1995-ci  ildən  başlayaraq  Mərkəzi  Bank  birbaşa  kredit-

lərin  ayrılması  yolu  ilə  dövlət  büdcəsinin  kəsirinin  maliyyələşdirilməsini  və 

iqtisadiyyatın inkişafına mərkəzləşdirilmiş məqsədyönlü kreditlərin ayrılmasını 

dayandırmışdır.  



Müasir dönəm Rusiya Mərkəzi Bankı. 1995-ci ildən başlayaraq Mər-

kəzi Bank birbaşa kreditlərin ayrılması yolu ilə dövlət büdcəsinin kəsirinin ma-

liyyələşdirilməsini və iqtisadiyyatın inkişafına mərkəzləşdirilmiş məqsədyönlü 

kreditlərin ayrılmasını dayandırmışdır.  

Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:

 

•  Milli valyutanın sabitliyinin qorununb saxlanılması; 

•  Pul nişanlarının buraxılması və tədavüldən çıxarılması;  

•  Rusiya  Federasiyası  hökuməti  ilə  birgə  maliyyə-kredit  siyasətini 

hazırlanması və həyata keçirilməsi və s.  

Rusiya Mərkəzi Bankı 27 təşkilati strukturdan ibarətdir. Burada 79 ərazi 

bölməsi və 623 kassa-hesablaşma mərkəzi fəaliyyət göstərir.  

Mərkəzi  Bank  Direktorlar  Şurası  tərəfindən  idarə  olunur.  Şura  darə 

Heyətinin  sədri  daxil  olmaqla  12  üzvdən  ibarətdir.  Şuranın  üzvləri  Dövlət 

Duması tərəfindən 4 il müddətinə təyin edilir. Mərkəzi Bankın  darə Heyətinin 

Sədri Dövlət Duması tərəfindən Prezidentin təklifi əsasında təyin edilir. Dövlət 

Duması  Mərkəzi  Bankın  Sədrini  tutduğu  vəzifədən  azad  etmək  huququna 

malikdir. 

 

Mərkəzi  Bankın  yanında  Milli  Bank  Şurası  fəaliyyət  göstərir.  Şuranın 



Federal  Assambleya  palatalarının,  Prezidentin,  Rusiya  Federasiyası  hökumə-

tinin, Rusiya Mərkəzi Bankının nümayəndələri, ekspertlər və digər kredit təş-

kilatların  təmsilçilərindən  ibarətdir.  Bank  Şurası  Direktorlar  Şurası  tərəfindən 

təqdim  olunan  Mərkəzi  Bankın  illik  hesabatlarına  baxılması;  kapital  qoyulu-

ş

unun ümumi həcminin təsdiq edilməsi; Bank işçilərinin pensiya təminanatının, 



sosial  və  tibbi  sığortaları  üçün  ayrılan  xərclərin  ümumi  həcmini  təsdiqetmə 

funksiyasına malikdir.  

RF  hökuməti  RF  MB  ilə  birlikdə  iqtisadi  siyasətin,  o  cümlədən  pul  və 

kredit  siyasətinin  əsas  istiqamətlərini  müəyyən  edir.  Mərkəzi  Bank  tərəfindən 

iqtisadiyyatın  pul-kredit  tənzimlənməsi  bazar  iqtisadiyyatında  qəbul  edilmiş 

vasitələr  yolu  ilə  həyata  keçirilir:  kommersiya  banklarının  kreditlər  üzrə  faiz 

dərəcələrinin, ehtiyat tələblərinin dəyişdirilməsi və açıq bazarda əməliyyatların 

aparılması.  Mərkəzi  Bank  pul  kütləsinin  miqdarını  və  artım  tempini  tən-

zimləyir. 

Emissiya-kassa tənzimlənməsinin həyata keçirilməsi, kredit təşkilatlarına, 

həmçinin müəssisə və təşkilatlara kassa xidmətinin göstərilməsi üçün Mərkəzi 

Bankın  baş  ərazi  idarələrində,  hesablama-kassa  mərkəzlərində  nağd  pulların 




 

 

481



qəbulu və verilməsi üzrə dövriyyə kassaları və pul biletləri və sikkələrin ehtiyat 

fondlan mövcuddur. 

Rusiya Bankı haqqında Qanunun 1-ci maddəsinə uyğun olaraq bu idarə 

Rusiya  Federasiyasının  əsas  bankıdır  və  onun  mülkiyyətindədir.  Rusiya 

Bankının hüquqi statusunun öz xüsusiyyətləri var. Bu bank, bir tərəfdən hüquqi 

şə

xsdir və kommersiya bankları və dövlətlə (büdcə ilə) müəyyən mülki-hüquqi 



sövdələşmələr  həyata  keçirə  bilər.  Digər  tərəfdən,  ona  Rusiyanın  pul-kredit 

sisteminin  idarə  edilməsi  sahəsində  geniş  səlahiyyət  verilmişdir.  Beləliklə, 

Rusiya Bankı ikili hüquqi mahiyyətə malikdir. 

RF  Mərkəzi  Bankının  sahibkarlıq  fəaliyyətinə  yönəlmiş  səlahiyyətlər 

Rusiya  Bankı  haqqında  Qanunun  45-47-ci  maddələri  ilə  müəyyən  edilmişdir. 

Həmin maddələrə əsasən, Rusiya Bankının hüquqları aşağıdakılardır: 

1. qiymətli kağızlar və digər aktivlərlə təmin etmək şərti ilə ən çoxu bir il 

müddətinə kredit vermək; 

2. qanunla  müəyyən  olunmuş  şərtlərlə  çekləri  və  barat  veksellərini, 

həmçinin dövlət qiymətli kağızları və istiqraz vərəqələrini almaq və satmaq; 

3. təminat və zəmanət vermək; 

4. qanunla  nəzərdə  tutulmuş  digər  kommersiya  əməliyyatlarını  həyata 

keçirmək. 

Eyni zamanda Rusiya  Bankı haqqında Qanunun 3-cü maddəsinə uyğun 

olaraq bankın fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır: 

1.  rublun  qorunması  və  sabitliyinin  təmin  edilməsi,  o  cümlədən  xarici 

valyutalara münasibətdə rublun alıcılıq qabiliyyətinin saxlanılması; 

2.  RF-nin bank sisteminin inkişafı və möhkəmləndirilməsi; 

3.  hesablaşmalar  sisteminin  effektiv  və  fasiləsiz  işləməsinin  təmin 

edilməsi; 

4.  Rusiya Bankı mənfəət qazanmaq naminə fəaliyyət göstərmir. 

Bu  məqsədləri  həyata  keçirmək  üçün  Rusiya  Bankı  Qanunun  4-cü 

maddəsində əks olunmuş asağıdakı funksiyaları yerinə yetirir: 

1.  RF  Hökuməti  ilə  qarşılıqlı  fəaliyyət  göstərərək  rublun  sabitliyinin 

qorunması  və  təmin  edilməsinə  yönəlmiş  vahid  dövlət  pul-kredit  siyasətini 

işləyib hazırlayır və həyata keçirir; 

2.  nağd  pulların  təkbaşına  emissiyasını  həyata  keçirir  və  onların 

dövriyyəsini təşkil edir; 

3. 

kredit təşkilatları üçün son instansiya kreditoru kimi çıxış edir; 



4.  RF-də hesablaşmaların həyata keçirilməsi qaydalarını müəyyən edir; 

5.  bank  əməliyyatları,  mühasibat  uçotu  və  bank  sistemi  üçün  hesabat 

işlərinin aparılması qaydalarını müəyyən edir; 

6. 


kredit təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir; 

7.  kredit təşkilatlarının fəaliyyətinə nəzarət edir; 

8. 

kredit təşkilatları tərəfindən qiymətli kağızların  emissiyasını qeydə 



alır; 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə