6
mişdir. Makroiqtisadi tənzimləmə potensialını və siyasətin çevikliyini artırmaq
üçün Mərkəzi Bank haqqında Qanuna dəyişikliklər edildi. Bunun əsasında
Mərkəzi Bank sistem əhəmiyyətli müəssisələr və bankların maliyyə vəziyyətini
stabilləşdirmək məqsədilə 2009-cu ildə Ümumi Daxili Məhsulun təxminən 5%-
i səviyyəsində likvidlik inyeksiyası həyata keçirdi. Bu yardım onların xarici
borclarının restrukturizasiyasına və maliyyə vəziyyətinin stabilləşməsinə imkan
verdi.
Azərbaycanın monetar orqanı – Mərkəzi Bank maliyyə sisteminin in-
kişafına, o cümlədən bank sektorunda beynəlxalq standartların və maliyyə əmə-
liyyatlarının innovativ xidmət və məhsulların tətbiqinə xüsusi diqqət yetirir və
bu istiqamətdə məqsədyönlü, sistemli və ardıcıl layihələr həyata keçirir. Bu
kitabda Azərbaycan Respublikası Mərkəzi Bankın fəaliyyəti geniş tədqiq
edilmişdir.
Bank rəqabətinin güclənməsi, bank xidmətlərinin çeşidinin artırılması, in-
vestisiyaların genişlənməsi və bank xidmətləri bazarında bu kimi digər meyil-
lərin artması bankları müxtəlif mənbələrdən vəsait cəlb etməkdə maraqlı edir.
Belə bir şəraitdə əmanətçilərdən cəlb edilmiş vəsaitlərinin etibarlı qorunması
xüsusi aktuallıq kəsb edir. Bu məqsədlə əmanətlərin sığortalanması mexanizm-
lərinin yaradılması üçün görülən tədbirlərin nəticəsi olaraq 29 dekabr 2006-cı
ildə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edildi. Azərbaycan Respublikasında əmanətlərin sığortalanması
sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları
ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul və-
saitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabit-
liyini və inkişafını təmin etməkdir.
Təsadüfi deyildir ki, qlobal maliyyə böhranının ən aktiv fazasında belə
Azərbaycanın bank sisteminə xarici kapitalın axını dayanmamışdır. Azərbay-
canın yerli bankları da aktiv surətdə xarici bazarlara çıxmaqdadır.
Bu gün Azərbaycan banklarının xarici ölkələrdə 2 törəmə bankı - 1 filialı,
6 nümayəndəliyi fəaliyyət göstərir. Bankların xarici maliyyə bazarlarında fəaliy-
yətinin aktivləşməsi və nüfuzunun artması onların beynəlxalq reytinqin
alınmasına marağını artırmışdır. Belə ki, təkcə ötən il bank beynəlxalq reytinqə
malik olmuş və qlobal böhran şəraitində reytinq səviyyəsini qoruyub saxlamışdır.
Kitabında beynəlxalq standartlara uyğun müasir və rəqabətə dözümlü
Azərbaycan maliyyə-bank industriyasının müasir vəziyyəti və perspektivləri
haqqında elmi cəhətdən əsaslandırılmış məlumatlar yer alır.
Bank fəaliyyətinə aid mövzuların tədqiqi, özəlliklə qlobal maliyyə
böhranından sonra Mərkəzi Bankın məqsəd və vəzifələri; elektron ödəniş
sistemlərinin fəaliyyətinin təhlükəsizliyi; bank fəaliyyətinin təşkili, idarə edil-
məsi, təşkilati strukturu və reqlamenti; bank öhdəliklərinin formalaşması və
onların strukturunun optimallaşdırılması, öhdəliklərin mənbələrinin keyfıyyətcə
səmərəli idarə olunması və bank kapitalının ölçülməsi qaydası; bank aktivlərin
7
təhlükəsizliyi; bankların kassa əməliyyatları və nağdsız hesablaşmaların həyata
keçirilməsi şərtləri; banklarda kreditlərin verilməsi proseduru; bank sistemində
risklərin idarə edilməsi prosesi; bank tərəfindən kredit sifarişlərinin qiymətlən-
dirilməsi meyarları; bankların qiymətli kağızlar bazarında investisiya fəaliyyəti;
beynəlxalq bank işi və bankların valyuta əməliyyatları; banklarda marketinq
planı və maliyyə internet xidmətlərinin təkmilləşdirilməsi, bank sistemində
gəlirlərin formalaşması və onlardan istifadənin qiymətləndirilməsi kimi möv-
zular bankçılıq elmində tədqiqat obyekti kimi xüsusi əhəmiyyət kəsb edir və bu
cəhətdən yuxarıda qaldırılan bütün sualların cavabı kitabda ətraflı şəkildə
açıqlanmışdır.
Kitabın metodoloji və nəzəri əsası iqtisadi nəzəriyyənin, maliyyə və
kredit nəzəriyyəsinin müddəaları, maliyyə hüququ, Azərbaycan Respubli-
kasının maliyyə-bank institutlarının fəaliyyətini tənzimləyən qanunlar və Azər-
baycan Respublikası Mərkəzi Bankının bankların fəaliyyətinə dair hazırladığı
Normativ xarakterli sənəd və təlimatlar təşkil edir. Tədqiqat zamanı Azərbay-
can Respublikası Mərkəzi Bankının elmi-tədqiqat nəşrlərindən istifadə olun-
muşdur.
Ə
ldə edilmiş nəticələr Azərbaycan maliyyə və bankçılıq iqtisad elmində
ilk icmal məlumat əsəridir. Kitabdakı mövzuların işlənməsi prosesində xarici
təcrübədən istifadə olunmuş və anlayışların izahlı şərhi müasir Azərbaycanın
bank sistemi təcrübəsinə əsaslanaraq verilir.
Azərbaycan ali məktəblərində «Maliyyə və bankçılıq» ixtisası üzrə tədris
planına daxil edilmiş «Bank işi» kurslarının tədrisində istifadəsi məqsədəuy-
ğ
undur.
Ümumilikdə, kitab geniş oxucu auditoriyası, xüsusən də maliyyə və
bankçılıq məsələrilə məşğul olan mütəxəssislər, «maliyyə», «dünya iqtisa-
diyyatı», «mühasibat uçotu və audit» ixtisasları üzrə tədris edən müəllimlər,
təhsil alan bakalavr, magistr və doktorantlar üçün nəzərdə tutulan elmi nəzəri
və praktiki nəşrdir.
Mövzuların öyrənilməsi prosesində tələbələri dünya təcrubəsi kontekstin-
də Azərbaycanda bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edil-
məsi və tənzimlənməsi prinsipləri, qaydaları və normaları əks etdirən normativ
sənədləri ilə tanış edəcək və bütövlükdə onlara bank işi haqqında kompleks bi-
lik və informasiya veriləcəkdir.
«Bank işi» fənninin tədrisində əsas məqsəd - Azərbaycanda bank sistemi-
nin hüquqi bazasının, iqtisadiyyatda bank xidmətlərinin rolunu, bank sisteminin
stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi Mərkəzi Bankın rolunu və əhə-
miyyətini, bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi
və ləğvi prinsiplərini, qaydalarını və normalarını öyrətmək və izah etməkdir.