Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə56/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   52   53   54   55   56   57   58   59   ...   230

 

 

113



bazarlarda faiz dərəcələrinin kəskin artması. 

3. Bazar risklərinin dəyərləndirilməsində buraxılan səhvlər və s. 

Fond böhranı – fond bazarında böhranı qiymətli kağızların kursunun kəs-

kin  enməsi  ilə  müəyyən  etmək  mümkündür.  Ən  məşhur  fond  böhranı  1929-

1933-cü illərdə baş vermişdir. 

Maliyyə liberallaşması ilə bank böhranları arasında sıx əlaqə mövcuddur. 

Liberallaşma olan ölkələrdə bir çox kanallar mövcuddur ki, bunun nəticəsində 

banklara  neqativ  təsirlər  yarana  bilər.  Maliyyə  liberallaşması  imkan  verir  ki, 

maliyyə  institutlarına  onlar  özləri  kredit  şərtlərini,  kreditlərin  faiz  dərəcələrini 

və s. müəyyən etsinlər. 

Elmi ədəbiyyatda valyuta böhranının birmənalı şərhi mövcud deyil. Val-

yuta  böhranı  maliyyə  böhranı  ilə  əlaqələndirilir  və  qarşılıqlı  əvəz  oluna  bilən 

anlayışlar  kimi  nəzərdən  keçirilir.  Valyuta  böhranına  geniş  nəzər  onu  valyuta 

bazarındakı vəziyyətin kəskin ağırlaşması kimi təqdim edilir. Valyuta böhranı – 

valyuta  sferasındakı  qarşıdurmanın  kəskin  ağırlaşmasıdır.  O,  valyuta  kurs-

larının kəskin tərəddüdlərində, kapital axınında, devalvasiya və revalvasiyada, 

beynəlxalq  likvidliyin  zəifləməsində,  valyuta-kredit  və  maliyyə  münasibət-

lərində qarşıdurmanın kəskinləşməsində özünü göstərir. 

BVF-nin verdiyi tərifə görə «Valyuta böhranı mübadilə kursuna spekul-

yativ hücumlar zamanı xarici rezervlərin xərclənməsinə və ya faiz dərəcələrinin 

kəskin qalxmasına səbəb olur». Nəzərə alsaq ki, real mübadilə kursu yaxınlaş-

maqda  olan  valyuta  böhranını  müəyyənləşdirən  əsas  amildir,  elə  o  da  bank 

qeyri-sabitliyinin  əsas  indikatoru  olacaqdır.  Deməli,  valyuta  və  bank  qeyri-

sabiliyininin  yaranmasını  iqtisadçılar  xüsusi  terminlə  ifadə  ediblər  –  “ikiqat 

böhran” (twin crises) . 

Valyuta və bank sferasının qarşılıqlı əlaqəsi bu böhranların indikatorları-

nın da qarşılıqlı əlaqəsi və bir-birini tamamlamasına səbəb olmuşdur. Milli val-

yutanın devalvasiyası bank çaxnaşmasının yaxınlaşmasının göstəricisidir.  

Maliyyə böhranının bir elementi də borc böhranıdır. Yerli və Qərbin iqti-

sadçı-alimləri kifayət qədər uzun müddətdir ki, borc böhranının təbiətini ətraflı 

araşdırırlar. Borc böhranı dövlətin və təsərrüfat subyektlərinin kreditorlar qarşı-

sında  öz  öhdəliklərini  yerinə  yetirə  bilməməsidir.  Bu  mənada  borc  böhranı 

bank böhranı ilə oxşar  görünə bilər.  Bu iki  anlayış arasında  yeganə prinsipial 

fərq  münasibətlərin  subyektidir.  Əgər  bank  böhranını  araşdırarkən  biz  bank 

institutlarını  nəzərdən  keçirsək,  borc  böhranının  maliyyə    müəssisələri  və 

dövlətlə bir əlaqəsi olmadığını göstərir. Bundan başqa, bank böhranı mahiyyət 

etibarilə kredit böhranıdır, yəni kreditorun problemlərini öyrənir və təhlil edir, 

borc böhranı isə debitorun və ya borc alanın fəaliyyətindəki qeyri-sabitliyə işarə 

edir. 

Fond  böhranı  maliyyə  böhranının  ayrılmaz  hissəsidir,  belə  ki,  xüsusən 



bazar iqtisadiyyatı şərtləri altında fond bazarında baş verən proseslər bank sis-

teminin  vəziyyətinə  müstəsna  dərəcədə  güclü  təsir  göstərir.  Bir  halda  ki,  qiy-




 

 

114



mətli kağızlar real və maliyyə sektorlarının (ilk növbədə, bankların) aktivlərinin 

ə

sas  hissəsini  təşkil  edir,  birjanın  iflası,  müvafiq  olaraq,  bankların  ödəmə 



qabiliyyətini pisləşdirir.  

Məlumdur ki, 1929-1933-cü illər dünya böhranı Nyu-York birjasında fə-

lakətli  çökməsi  ilə  başladı.  Bunun  nəticəsində,  nəinki  qiymətli  kağızlar  baza-

rında  fəal  işləyən  minlərlə  şirkətlərlə  yanaşı  bir  çox  banklar  da  çökdü.  1929-

1933-cü  illərdə  25000  amerikan  bankından  11000-i  müflisləşdi.  1929-cu  ilin 

oktyabr ayından sonra bankların müflisləşməsi epidemiya miqyasını aldı. Əksər 

banklar  aktivlərin  “quruması”  və  əmanətlərin  tələb  olunması  arasında  mən-

gənəyə  düşmüşdülər.  Bankların  aktivlərində  qiymətli  kağızlar  və  qiymətli 

kağızlar  girovu  altında  borclar  üstünlük  təşkil  edirdi.  Böhran  şəraitində  bu 

kağızların  dəyəri  dəfələrlə  azaldı,  əksəriyyəti  isə  bütün  dəyərini  itirdi.  Misal 

üçün, 1931-ci ildə 1700 mln. dollarlıq depoziti olan 2250 bank, 1933-cü ildə isə 

2875 mln. dollarlıq depoziti olan 2700 bank iflasa uğradı. 

Beləliklə, maliyyə böhranı – ağır iqtisadi və sosial nəticələr verən xoşa-

gəlməz hadisədir. Sistemli maliyyə böhranının bütün mümkün nəticələri arasın-

da  ondan  cəmiyyətin  aldığı  düzgün  dərslər  və  sağlam  təhlil  əsasında  qəbul 

olunmuş adekvat qərarların reallaşdırılması müsbət nəticələr adlandırıla bilər. 

Maliyyə  sarsılmaları  sferasındakı  işləri  yekunlaşdıraraq  belə  qərara  gəl-

mək olar ki, maliyyə böhranının tərkibinin mahiyyəti aşağıdakılardan ibarətdir: 

maliyyə  böhranı  –  maliyyə  aktivlərinin  dəyərinin  kəskin  düşməsi  ilə  və  ya 

maliyyə bazarında vəziyyətin kəskin ağırlaşması, xüsusən də milli pul vahidi-

nin dəyərsizləşməsi və suveren borcun ödənilməsi problemi, maliyyə sistemi-

nin funksiyalarının pozulması (maliyyə bazarı və maliyyə institutları), nəhayət 

qiymətli kağızların mübadilə dəyərinin kəskin düşməsi ilə xarakterizə olunur. 

Maliyyə böhranının tərifinə əsaslanaraq, yerli və xarici müəlliflərin elmi 

araşdırmalarında maliyyə qeyri-sabitliyinin yaranması və inkişafının dəqiq çər-

çivəsinin  müəyyənləşdirilməsinə  dair  vahid  yanaşmanın  olmadığını  əminliklə 

sübut  etmək  olar.  Maliyyə  böhranı  anlayışı  o  qədər  genişdir  ki,  onun  mahiy-

yətini  dəqiq  müəyyənləşdirmək  mümkün  deyil.  Maliyyə  böhranının  strukturu 

məsələsində də iqtisadçı alimlər arasında fikir birliyi yoxdur. 

Qərb ədəbiyyatında maliyyə böhranı termini faktiki olaraq, bank böhranı 

kateqoriyası  ilə  eyni  tutulur.  Lakin  maliyyə  böhranı  anlayışına  belə  yanaşma 

optimal  deyildir,  çünki  bank  böhranı  maliyyə  böhranının  bir  komponentidir. 

Maliyyə  böhranı  anlayışı  bank  böhranı  anlayışına  nisbətən  daha  geniş  an-

layışdır.  

Beləliklə, maliyyə böhranının strukturu aşağıdakı komponentlərdən iba-

rətdir:  

1.  Valyuta milli valyutanın devalvasiyasına səbəb olur;  

2.  Bir və ya bir neçə bankın müflisləşməsi ölkədə ödəmə böhranını ya-

radır  və  onun  fonunda  da  iqtisadiyyatda  bankların  müflisləşmə  epidemiyası 

yayılır;  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə