Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə72/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   68   69   70   71   72   73   74   75   ...   230

 

 

147



Qlobal maliyyə böhranının təsiri Azərbaycan maliyyə sisteminə daha çox 

psixoloji  xarakterli  olmuş  və  maliyyə  institutlarını  inkişaf  strategiyalarını  ye-

nidən nəzərdən keçirməyə sövq etmişdir. Əlverişsiz xarici mühitə baxmayaraq 

Azərbaycan bank sistemi reallaşan risklərə davamlılıq nümayiş etdirmişdir. 

Beləliklə,  qlobal  maliyyə  böhranın  yayılma  kontekstində  Azərbaycanda 

maliyyə  sabitliyi  qorunub saxlanılması ilə səciyyələnmış, bank  sistemində sa-

bitlik və artım dinamikası təmin olunmuşdur.  

Beləliklə, qlobal maliyyə və iqtisadi böhran şəraitində makroiqtisadi sa-

bitliyin  qorunub  saxlanılması,  dövriyyədə  pul  kütləsinin  artmasına  nəzarətin 

gücləndirilməsi və maliyyə intizamının sərtləşdirilməsi, uğurla həyata keçirilən 

neft  strategiyası  nəticəsində  ölkənin  getdikcə  artan  maliyyə  ehtiyatlarından 

istifadənin  səmərəliliyinin  artırılması,  istehlak  bazarına  nəzarətin  güclən-

dirilməsi,  iqtisadiyyatda  sağlam  rəqabət  mühitinin  formalaşması  ilə  bağlı  bir 

sıra  vacib  tədbirlərin,  infrastruktur  layihələrin  və  digər  sosial  və  iqtisadi 

proqramların  icra  olunması  və  həyata  keçirilməsi  Azərbaycan  iqtisadiyyatına 

müsbət təsir göstərəcəkdir. Bu tədbirlərin həyata keçirilməsi Azərbaycan vətən-

daşlarının  rifahının  yaxşılaşmasına  və  gəlirlərinin  sabitləşməsinə  əhəmiyyətli 

dərəcədə təsir edəcəkdir. 

Mərkəzi  Bank  2009-cu  il  üçün  bəyan  etdiyi  pul  siyasətinin  əsas  istiqa-

mətlərinə  uyğun  olaraq  hesabat  dövründə  makroiqtisadi  tarazlığın  və 

dayanıqlığın  təmin  olunmasına,  habelə  bank  sistemində  maliyyə  sabitliyinin 

qorunmasına  yönəldilmiş  pul  və  məzənnə  siyasəti  yeritmişdir.  Rüb  ərzində 

ə

sasən  qonşu  ölkələrdə  gedən  devalvasiyanın  psixoloji  təsiri  ilə  valyuta 



bazarında dollara tələbat artmışdır.  Bazarın vaxtında tənzimlənməsi sayəsində 

manatın  məzənnəsi  sabit  qalmış  və  nəticədə  ilin  əvvəlindən  bəri  manat  ABŞ 

dollarına qarşı cəmi 0.2% ucuzlaşmışdır. Tədiyyə balansının tarazlığı manatın 

məzənnəsinin  sabit  qalmasının  əsas  faktoru  olmuşdur.  Manatın  sabit  qalması 

dövr  ərzində  inflyasiyanın  artmamasına,  iqtisadi  subyektlərin  maliyyə  itki-

lərindən qorunmasına imkan vermişdir.  

Beləliklə, qlobal maliyyə böhranının (2008) yayıldığı kontekstində Azər-

baycanda maliyyə sabitliyi qorunub saxlanılması ilə səciyyələnmış, bank siste-

mində  sabitlik  və  artım  dinamikası  təmin  olunmuşdur.  Özəlliklə,  Azərbaycan 

Mərkəzi Bankın məzənnə siyasəti makroiqtisadi sabitliyin qorunmasında təqdi-

rəlayiq yerə sahibdir. 

 Nəzərə alsaq ki, 2009-cu ilin I rübundə rus rublunun devalvasiya səviyyəsi 

12%, Türk lirəsi 10%, Qazax təngəsi 20%, Ukrayna qrivnası 54%, Belarus rublu 

34% və Erməni dramı 20% təşkil etdiyi halda, Azərbaycan manatının isə ABŞ 

dollarına qarşı məzənnəsi il ərzində 5,2 % möhkəmlənmişdir.  

Ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal 

məzənnələrin  dəyişməsinin  ticarət  xüsusi  çəkiləri  nəzərə  alınmaqla  həndəsi 

ortasını əks etdirən manatın nominal effektiv məzənnəsi 2009-cu ilin I rübündə 

ümumi  ticarət  dövriyyəsi  üzrə  7.9%  bahalaşmışdır  ki,  bu  da  orta  illik 



 

 

148



inflyasiyanın  birrəqəmli  səviyyəyə  düşməsinə  müsbət  təsir  göstərmişdir.  Real 

effektiv  məzənnə  isə  bu  dövrdə  4.2%  möhkəmlənmişdir.  Partnyor  ölkələrin 

ə

ksəriyyətində  inflyasiya  getdiyi  halda  Azərbaycanda  deflyasiyanın  baş 



verməsi  real  effektiv  məzənnəyə  azaldıcı  təsir  göstərmişdir.  Qlobal  böhranın 

ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün 2008-ci ilin sonlarından 

başlanan  pul  siyasətinin  yumşaldılması  2009-cu  ilin  I  rübündə  də  davam 

etdirilmişdir.  Ölkədə  inflyasiya  gözləntilərinin  azalmasını  nəzərə  alaraq  və 

işgüzar aktivliyin yüksəldilməsi məqsədilə hesabat dövrü ərzində uçot dərəcəsi 

8%-dən  3%-ə,  faiz  dəhlizinin  yuxarı  həddi  isə  13%-dən  8%-ə  endirilmişdir. 

Məcburi  ehtiyat  normaları  6%-dən  0.5%-ə  salınmışdır.  Beləliklə,  rüb  ərzində 

Mərkəzi  Bank  tərəfindən  likvidliyin  verilməsi  əməliyyatları  aktivləşdirilmiş, 

likvidliyin  cəlb  olunması  alətləri  isə  məhdudlaşdırılmışdır.  Rüb  ərzində 

Mərkəzi Bankın təkrar maliyyələşdirmə əməliyyatlarının həcmi 10% artmışdır. 

Həm manat, həm də xarici valyuta ilə məcburi ehtiyat normasının azaldılması 

hesabına isə I rüb ərzində bank sisteminə 247 mln manat likvidlik verilmişdir. 

Nəticədə son illər ərzində ilk dəfə olaraq likvidliyin verilməsi alətlərinin (yeni-

dənmaliyyələşdirmə,  tərs  REPO,  SVOP)  həcmi  ilə  likvidliyin  cəlb  olunması 

alətlərinin  (not  portfeli,  REPO,  məcburi  ehtiyatlar)  fərqini  xarakterizə  edən 

likvidlik saldosu pozitiv zonaya keçmişdir.  

Bütün bunlar bankların likvid vəsaitlərinin artması ilə müşayiət olunmuş 

və pul təklifinin əhəmiyyətli azalmasının qarşısını almışdır. Rübün sonuna ötən 

ilin  müvafiq  dövrü  ilə  müqayisədə  manatla  pul  bazasının  artım  tempi  14%, 

manatla  geniş  pul  kütləsinin  artımı  isə  7.1%  təşkil  etmişdir.  Pul  kütləsinin 

qeyri-neft  Ümumi  Daxili  Məhsula  nisbəti  31%-ə  çatmışdır.  Mərkəzi  Bankın 

makroiqtisadi  sabitliyə  yönəldilmiş  pul  və  məzənnə  siyasəti  ölkədə  maliyyə 

sabitliyinin qorunmasına yardım etmişdir. 

Mərkəzi  Bankın  yenidənmaliyyələşdirmə  əməliyyatları  aktivləşdirilmiş 

və  2009-cu  ilin  7  ayında  AMB-nin  kredit  portfeli  3.5  dəfə  artmışdır.  Azər-

baycan  Respublikasının  Prezidentinin  9  iyul  2009-cu  il  tarixli  Fərmanı  ilə 

Mərkəzi  Bankın  pul  siyasəti  və  bank  sisteminin  tənzimlənməsi  sahəsindəki 

siyasətinin  çevikliyini  artıran  Azərbaycan  Respublikasının  Milli  Bankı 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  dəyişikliklər  və  əlavələr 

qüvvəyə  minmişdir.  Dəyişikliklərə  görə  Mərkəzi  Bank  artıq  daha  uzun  müd-

dətə  və  müxtəlif  valyutalarda  banklara  kreditlər,  o  cümlədən  subordinasiya 

kreditləri verə bilər. Eyni zamanda Mərkəzi Bank real sektorun dəstəklənməsi 

məqsədilə  dövlət  zəmanəti  əsasında  bankları  kreditləşdirmək  hüququna 

malikdir. Yeni qanunverici bazanı əsas götürərək AMB-də 28 iyul 2009-cu il 

tarixdə  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  tərəfindən  banklara  kre-

ditlərin  verilməsi  qaydaları”  təsdiq  olunmuşdur.  Bu  sənəddə  pul  siyasətinin 

həyata  keçirilməsi,  maliyyə  sabitliyinin  təmin  olunması,  kapital  adekvatlığı 

probleminin  tənzimlənməsi,  habelə  dövlət  əhəmiyyətli  layihələrin  maliy-

yələşdirilməsi məqsədilə müxtəlif müddətlərə kreditlərin verilməsi qaydaları öz 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə