159
AZ PS iştirakçılar arasında real vaxt rejimində hesablaşmaların aparılma-
sı üçün istifadə olunur. AZ PS-də hesablaşmalar Azərbaycan Respublikasının
müvafiq normativ hüquqi aktlarının və SWIFT-in tələblərinə cavab verməlidir.
AZ PS-in iştirakçısı aşağıdakı tələblərə cavab verməlidir:
1. SWIFT-də qeydiyyata alınmalı;
2. SWIFT-in AZM qrupunun üzvü olmalı;
3. SWIFT-in Y-Copy rejimində işləməli;
4. AZIPS-ə dair Kollektiv Sazişin ştirakçısı olmalıdır.
AZ PS-də hesablaşmalar Mərkəzi Bankda yerləşdirilmiş Mərkəzi He-
sablaşmalar Sistemi vasitəsi ilə həyata keçirilir.
ştirakçı aşağıdakı ödəniş tapşırıqlarını SWIFT vasitəsi ilə AZ PS-ə
göndərə bilər:
- MT102, MT103 müştəri ödənişləri;
- MT205 bank ödənişləri.
ştirakçı ödəniş tapşırığını Valyutalaşma tarixindən əvvəl 10 (on)
təqvim günü tarıxı ilə AZ PS-ə göndərə bilər. Bu halda həmin ödəniş tapşırığı
haqqında məlumat AZ PS-də saxlanılır və Valyutalaşma tarixində icra olunur.
ştirakçının Valyutalaşma tarixində göndərdiyi ödəniş tapşırığı AZ PS
tərəfindən aşağıdakı qaydada qəbul edilir:
- müştəri ödənişləri üçün saat 10
00
-dan 16
30
-dək;
- bank ödənişləri üçün saat 10
00
-dan 17
00
-dək.
Hesablaşmaların aparılması üçün iştirakçının hesabında kifayət qədər
vəsait olmadıqda ona həmin günə müştəri ödənişlərinin icrası məqsədi ilə 30
dəqiqə ərzində (saat 16
30
-dan 17
00
-dək) vəsait tapmaq imkanı verilir.
ştirakçı vəsait tapmaq üçün aşağıdakı mənbələrdən istifadə edə bilər:
- Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən Mərkəzi
Bankın normativ aktlarına uyğun olaraq banklararası kreditlərdən;
- Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən Mərkəzi
Bankın normativ aktlarına zidd olmayan digər mənbələrdən.
ştirakçı vəsait tapmadıqda onun Valyutalaşma tarixi həmin günə olan
icra olunmayan ödəniş tapşırıqları ləğv olunur və bu barədə AZ PS tərəfindən
iştirakçıya MT019 göndərilir.
Mərkəzi Bank iştirakçının apardığı əməliyyatlara görə saat 17
00
-dan
17
20
-dək onun Müxbir hesabından xidmət haqqı tutur və bu barədə AZ PS
tərəfindən iştirakçıya MT900 göndərilir.
Müstəsna hallarda Mərkəzi Bank iştirakçılara rəsmi xəbərdarlıq
etməklə bu Qaydaların 2.7-2.9-cu bəndləri ilə müəyyən edilmiş vaxtları dəyişə
bilər.
AZIPS-də hesablaşmalar başa çatdıqda AZ PS tərəfindən iştirakçıya
hesabdan çıxarış MT950 göndərilir.
ştirakçı AZ PS-ə göndərdiyi ödəniş tapşırığının Başlıq hissəsinin
(Message Header) 103-cü sahəsində (FIN Copy Service) “AZN” seçməlidir.
160
Benefisiar iştirakçı AZ PS-dən aldığı ödəniş tapşırığının Başlıq
hissəsinin 103-cü sahəsində “AZN” və Tamamlama hissəsində (Message
Trailer) “PAC” qeydinin olduğunu yoxlamalıdır. Kənarlaşma olduqda Bene-
fisiar iştirakçı ödənis tapşırığını icra etməməli, bu barədə Mərkəzi Banka və
Emitent iştirakçıya dərhal rəsmi məlumat (elektron və ya kağız daşıyıcılarda)
verməlidir.
AZ PS-dən istifadə ilə bağlı texniki problem yarandıqda iştirakçı
Mərkəzi Banka rəsmi müraciət (elektron və ya kağız daşıyıcılarda) etməlidir.
Bu halda Mərkəzi Bank həmin iştirakçının AZ PS-də iştirakını müvəqqəti
dayandırır və bu barədə AZ PS tərəfindən digər istirakçılara MT298 SMT700
göndərilir. Həmin iştirakçının hesablaşmaları bu Qaydaların 4-cü bəndinə
uyğun olaraq həyata keçirilir.
Problem aradan qaldırıldıqda iştirakçı Mərkəzi Banka rəsmi məlumat
verir, Mərkəzi Bank onun AZ PS-də iştirakını bərpa edir və bu barədə AZ PS
tərəfindən digər iştirakçılara MT298 SMT700 göndərilir.
Vəsaiti alan AZ PS-in iştirakçısı olmadıqda Emitent iştirakçı ödəniş
tapşırığını Mərkəzi Bankın SWIFT ünvanına (SWIFT B K-inə) göndərir.
Emitent iştirakçı tərəfindən göndərilmiş ödəniş tapşırığının aşağıdakı
rekvizitləri AZ PS-də saxlanılır:
- nömrəsi;
- məbləği;
- valyuta kodu;
- göndərilmə tarixi;
- valyutalaşma tarixi;
- vəsaiti göndərənin SWIFT B K-i;
- vəsaiti alanın SWIFT B K-i;
- ödənişin növü (müştəri və ya bank).
SWIFT tərəfindən AZ PS-ə ödəniş tapşırığının qəbul edilməsi haqqında
MT096 göndərilir və AZ PS ödəniş tapşırığını icraya qəbul edərək aşağıda-
kıları yoxlayır:
- ödəniş tapşırığının nömrəsinin təkrarlanmamasını;
- Valyutalaşma tarixinin günün tarixinə uyğunluğunu.
Kənarlaşma olduqda ödəniş tapşırığının icrası imtina olunur və Emitent
iştirakçıya səbəbi göstərilməklə SWIFT tərəfindən MT019, AZ PS tərəfindən
isə MT298 SMT701 göndərilir.
Kənarlaşma olmadıqda:
- Emitent iştirakçının hesabı debetləşdirilir və Benefisiar iştirakçının
hesabı kreditləşdirilir;
- AZ PS tərəfindən SWIFT-ə ödənişin icra olunması haqqında MT097
göndərilir;
161
- SWIFT tərəfindən ödənişin icra olunması haqqında Emitent iştirak-
çıya onun tələbindən asılı olaraq MT012, Benefisiar iştirakçıya isə ödəniş
tapşırığı göndərilir.
Ödənişlərin növbəliyini göstərmək məqsədi ilə Emitent ştirakçı ödəniş
tapşırıqlarının Başlıq hissəsində onların icra olunma ardıcıllığını əks etdirən 1-
dən 99-dək Prioritet nömrəsini qeyd edə bilər. Emitent iştirakçı tərəfindən
göndərilən ödəniş tapşırığında Prioritet nömrəsi qeyd olunmadıqda AZ PS
onun Prioritet nömrəsini 98 kimi qəbul edir.
Emitent iştirakçı tərəfindən göndərilən və həmin günə Valyutalaşma
tarixi olan ödəniş tapşırığı aşağıdakı hallarda icra olunmadan “Gözləmə reji-
mində” saxlanılır:
- Emitent və ya Benefisiar iştirakçının hesabı üzrə əməliyyatlar
müvəqqəti dayandırıldıqda;
- Emitent iştirakçının hesabında kifayət qədər vəsait olmadıqda;
- AZ PS müvəqqəti dayandırıldıqda;
- Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda.
Bu halda AZ PS tərəfindən Emitent iştirakçıya MT298 SMT700
göndərilir.
Emitent iştirakçı gözləmə rejimində olan ödəniş tapşırığının Prioritet
nömrəsini dəyişə bilər. Bu halda Emitent iştirakçı tərəfindən AZ PS-ə MT298
SMT202 göndərilir.
Prioritet nömrəsini hər hansı səbəbdən dəyişmək mümkün deyilsə,
AZ PS tərəfindən iştirakçıya səbəbi göstərilməklə MT298 SMT252 göndərilir.
Emitent iştirakçı gözləmə rejimində olan ödəniş tapşırığını ləğv edə bilər.
Bu halda Emitent iştirakçı tərəfindən AZ PS-ə MT298 SMT200 göndərilir.
Ödəniş tapşırığının hər hansı səbəbdən ləğv edilməsi mümkün deyilsə,
AZ PS tərəfindən iştirakçıya səbəbi göstərilməklə MT298 SMT250 göndərilir.
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq
iştirakçının hesabı Mərkəzi Bank tərəfindən debetləşdirildiyi halda AZ PS tərə-
findən iştirakçıya MT900, kreditləşdirildiyi halda isə MT910 göndərilir.
ş
tirakçı hesabı haqqında ümumi məlumat (hesab üzrə debet və kredit
ə
məliyyatlarının ümumi məbləği və hesabın qalığı) almaq üçün AZ PS-ə
MT920 göndərə bilər. Bu sorğuya cavab olaraq AZ PS tərəfindən iştirakçıya
MT941 göndərilir.
ş
tirakçı hesabı üzrə aralıq çıxarış almaq üçün AZ PS-ə MT920 göndərə
bilər. Bu sorğuya cavab olaraq AZ PS tərəfindən iştirakçıya MT942 göndərilir.
ş
tirakçı hesaba daxil olan, hesabdan silinən, habelə daxil olması və silin-
məsi gözlənilən ödəniş tapşırıqları haqqında məlumat almaq üçün AZ PS-ə
MT298 SMT800 göndərə bilər. Bu sorğuya cavab olaraq AZ PS tərəfindən
iştirakçıya MT298 SMT850 göndərilir.
Dostları ilə paylaş: |