Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə58/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   54   55   56   57   58   59   60   61   ...   153

                                                                                                                                                  

151 


 

Uryadnik Kərim bəy, divanbəyi, dilmanc-hamısı gəlmişdi. 

...Elə  bil  lap  maarif  bayramı  idi.  Hamı  bir-birini  təbrik  edir,  gözaydınlığı 

verirdi. Cənab Ağaseyidəli ağa özü' açılış münasibətilə dua oxudu, xeyir-dua verdi 

və usqola işinə iqdam olundu. İnşallah ki, bu birinci olsa da, axırıncı olmayacaq. 

Bu bir növ bünovradir... 

İnşallah,  vətənpərəst,  maarifpərəst  cavanlarımız  da  bir-bır  baxıb  ülgü 

götürəcək  və  təzə-təzə  məktəblar  açacaqlar.  İndilik  bircə  dərs  otağı  və  bircə

növbətimiz  var.  Dörd  saat  dərs  deyirik,  ikisini  mən  deyirəm:  biri  yazı  öyrətmək 

dərsi,  biri  də  tarix  və  ədəbiyyatımızdan  yavaş-yavas  uşaqlara  məlumat  vermək, 

şeirlər  oxudub  əzbərlətmək...  Bir  saat  cənab  molla  Hüseyn  şəriət  dəsturiil-

əməlindən  deyir,  bir  saat  da  Manvel  rus  dili  təlim  eləyir.  Bilirəm  ki,  bu  ilk 

qədəmimizə ürəkdən, candan sevinənsən, ona gorə də sənə gözaydınlığı verirəm,.. 

Qardaşım  Tərlan,  Vətənində  birinci  əsil  usqol  açılmağıynan  səni  mübarəkbadlıq 

eləyirəm. Uşaqlar o bitli-sirkəli hasir üstündə oturmurlar, kətillər qayırtdırmışıq, 

onun  üstündə  otururlar.  Divara  lövhə  vurmuşuq...  təbaşir  gətirmişik,  uşaqlar 

lövhəyə gəlib yazırlar, bax, lap səniynən xaçpərəst məktəblərində görüb, həsrətnən 

tamaşa  elədiyimiz  kimi...  Doğrudur,  ara-bərədə  bu  təzə  qaydalarımıza  çəp 

baxanlar da var... Amma sən ki, Şirvan bazarını yaxşı tanıyırsan... Belə şeylər tez 

yayılır, tez də tüstü kimi dağılıb gedir, heç məhəl qoymuram, hər şey yaxşı olacaq,

qardaş... 

Şair  məktubu  bitirə  bilmədi.  Anasının  çoxdan  sübh  namazını  bitirib  kürə  və

manqalı qalamağa başladığını görüncə cəld geyindi və məktəbə yollandı... 

Sabah çoxdan olmuşdu, amma günəş hələ görünmürdü. Hər tərəf boz-bulanıq, 

dumanlı-qarlı, azacıq göyə çalan bozumtul ağ örpəyə bürünmüşdü. Çinarların quru 

budaqları səmaya ucalmış, nazik budaqlarda zərif ağ naxışlar əmələ gətirmişdi....O 

bayaqdan  bəri  məktəbxananın  qapısı  ağzında  durub  Abdullanın  manqallardakı

kömür  və  xəkəni  qızartmasına  baxırdı.  Çiynindəki  Xorasan  kürkünə  bərk-bərk 

bürünmüşdü. Hava soyuqdu, buna baxmayaraq, şagirdlər dərsə həvəslə gəlirdilər. 

Odur  ki,  Seyid  Əzim  məktəbə  hamıdan  əvvəl  gəlib  yazı  ləvazimatını  hazırlayır, 

oxudacağı nəsr və əzbərlətdirəcəyi nəzm parçalarını seçirdi. Bu zaman o xüsusilə

Şirin  Abdullanın  dərsxananı  yaxşıca  qizdıra  bilmək  üçün  bütün  manqalları

qızarmış  kömürlə  doldurmasına,  kömürün  dəminin  tamamilə  çıxmasına  fıkir 

verirdi. 

 

 



                                                                                                                                                  

152 


 

...Hər  sabah  Şirin  Abdulla  uşaqlar  üçün  bulaqdan  təzə  su  gətirir,  Ağanın 

göstərişilə sənəklərin içini təmiz yaxalayıb, təzə su ilə doldurur və küncə söykəyir, 

qurd-quş girməsin deyə ağzını möhkəm qapazzıqlayırdı. Seyid, Abdullanın bütün 

bunları sözsüz, bir namaz dəqiqliyi ilə yerinə yetirdiyini bilsə də, hər gün öz əli ilə

yoxlayır və deyirdi: 

-  İncimə  məndən,  Şirin!  Xalq  uşaqlarını  bizə  usburt  olub.  Biz  onların  təkcə

biliklərini  artırmaqla  kifayətlənməməliyik,  biz  onların  canının  da  qayğısına 

qalmalıyıq.  Şirin,  dünyada  övladdan  şirin  şey  yoxdur!  Tacir  deyər  "mal  canın 

yonqarıdı".  Şair,  müəllim,  ata  desin  gərək  ki,  "övlad  canın  yonqandı".  Övlad 

baqiyi-həyatımızdı,  Şirin.  Odu  ki,  ehtiyatlı  ol,  bilməzsən,  sənəyə  bir  ilan  girər, 

əqrəb düşər... Bilməzsən, ehtiyatsızlıq, kahıllıq elərsən, kömür layiqincə qızarmaz, 

uşaqları  dəm  tutar...  su  olmaz,  Kəbə  ceyranı  kimi  yanarlar.Şirin,  Ağanın 

tapşırıqlarını Allahdan gələn bir hökm kimi dərhal və bütün qəlbilə yerinə yetirirdi, 

həm  də  sözsüz.  O  elə  seyid-peyğembər  övladı  bildiyi  Seyid  Əzimi  bir  növ 

peyğəmbər hesab  edir,  ürəyində deyirdi:  "Dayı,  nəüzbillah  peyğəmbər necə  olar? 

Nəvəsidi  də...  0  nəcib  ürək  ki,  onda  var,  vallah,  günah  olmasa  deyərdim  heç 

imamda da olmaz". 

...Şair məktəbxananın qarşısında durub şagirdlərinin yığışmasını gözləyir, ətraf 

mənzərəni  seyr  edirdi.  "Qışın  da  öz  gözəlliyi  var...  bir  o  başı  ağ  çalmalı  dağlara 

bax... Elə bil xilqətin ağ örtüklü gəlinidi, elə bil baharda yaşıl ətləs don geyən, al 

lalələrdən sırğa, silsilə taxan o deyil..." – deyə şair düşünürdü: 

"Amma,  öz  aramızdı,  ac-yalavac  yanında  bu  gözəlliyin  bir  qəpik  qiyməti 

yoxdu.  Kasıb-kusubun  düşməni,  yağısı  qiş...  Dəyirman  donub,  evdə  un  yox, 

tapdığını dəyirmana aparıb çəkə bilmirsən. Su donub, nov buz bağlayıb... Eşşəkci 

yükün  örkən-doğanağını  açanacan  əlinin  dərisi  soyulur...  Evdə  uşaqlar,  vanəfsa... 

Elə mənim öz günüm onlardan o qədər də yaxşı deyil. Şirin olmasaydı, uşaqların 

kefi sarımsaq dadacaqdı, mənimki onlardan bədtər... Heç bilmirəm harda üyüdüb 

gətirdi,  o  Mahmud  ağa  göndərən  dəni...  Yazıq  Ceyranla  məməmin  əllərini 

əldəyirmanı  qabar  eləmişdi...  Allah  razı  olsun  Mahmud  ağadan...  Görək 

Ləngəbizdən  bəy  nə  göndərir?..  Söz  verdiyi  az  qalıb  il  olsun,  bir  də  onları  da 

qınamaq  olmaz,  yol  yoxdu  ki?..  Ulaq  qulağınacan  palçığa  batar  o  yollarda,  bəri 

aşmaq olar Ağsu dolayından? Eh... dərsdən qabaq əcəb xəyallar cumub ürəyimə! 

Yaxşı dərs deyərəm bu əhvalla". 

Elə bu zaman Abdulla ona yanaşdı; o bütün hazırlıq işlərini görüb qurtarmışdı, 

evə getməyə hazırlaşırdı. Lakin Ağanın üzündən fikir 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə