14
tipli milli iqtisadiyatların aradan çıxması nəticəsində dünyada demək olar ki, eyni
iqtisadi bazisə əsalanan ölkələrdən ibarət şərait yarandı. Bazar mexanizmlərinin
tətbiqi və neoliberal islahatların aparılması zərurətinin dərk edilməsi daha da
genişləndi. Çox böyük həcmdə vəsait və güc tələb edən elmi-texniki tərəqqi də
inteqrasiyanı gücləndirdi. qtisadiyyatın beynəlmiləlləşməsinin artdığı şəraitdə,
təsərrüfatçılıq fəaliyyətinin təşkilinin milli-dövlət forması onun səmərəliliyini
məhdudlaşdırır.
Avropa Birliyində onu süquta apara biləcək maliyyə-iqtisadi disbalanslar
yaranıb və güclənməyə davam edirlər. Bu haqqda məşhur amerikalı maliyyəçi Corc
Soros xəbərdarlıq edir.
O, Londonda “Avropa Birliyininin faciəsi” adlı kitabını təqdim edib. Kitab
Soros tərəfindən son illərdə yazılmış məqalə və müsahibə toplusundan ibarətdir.
Soros qeyd edib ki: “Avro zonanın və Avropa Birliyinin əsas problemi AB-
nin borclu olan ölkələrinin və borc verən ölkələrinin arasında uçurum genişlənməyə
davam edir. AB uzun davam edəcək durğunluğa yaxınlaşır, bu, isə disbalansın
güclənməsinə səbəb olacaq. Əfsuslar olsun ki, AB-u bu gərgin təzyiqə tab gətirməyə
bilər”.
Onun fikrinə görə, bu vəziyyətin ən yaxşı həll yolu Almaniyanın avro
zonadan çıxması olardı.
Corc Soros: “Nəticədə, hal- hazırda Almaniya avronu saxlamaq üçün əlindən
gələn hər şeyi edir. Və valyuta müqavimətə tab gətirəcək. Avro zonanın problemi
bundan ibarətdir ki, Almaniya avronu saxlamaq üçün cuzi tədbirlər alır. Avro zona
ölkələri arasında ödənişlər balansının profisit və defisit göstəriciləri üzrə uçurum isə
genişlənməyə davam edir”.
“AB artıq kəskin maliyyə böhranından keçib və indi siyasi böhrana daxil olur.
Siyasi böhran, ilk növbədə, iki müstəvidə ifadə olunur: avro ilə çətinliklər və
həmçinin Britaniya ilə AB arasında problemili münasibətlər. Nəticədə, həddindən
artıq sağçı partiyalar AB ölkələrində seçicilərin üçdə iki səslərini ala bilərlər. Bu
bütün AB-dakı vəziyyətə təsir edəcək və təhlükəli olaraq qiymətləndirilir”-deyə Corc
Soros əlavə etmişdi.
15
I.2. Xarici iqtisadi əməkdaşlıqda priroritetlərin mahiyyəti və xüsusiyyəti
kinci dünya müharibəsindən sonra dövlətlərasaı iqtisadi əlaqələri yenidən
qurmaq və inkşaf etdirmək üçün yeni iqtisadi birliklərin yaradılmasında ehtiyac
yaranmışdı. Müharibədən ziyan çəkmiş Avropa ölkələri öz iqtisadiyyatlarının bərpası
üçün qonşu ölkələrlə iqtisadi diplomatik əlaqələrin qurulmasına başladılar. Get-gedə
Avropada vahid iqtisadi məkan formalaşmağa başladı. Bu məkanın formalaşmasında
iqtisadi diplimatik fəaliyyətin böyük rolu vardır. Belə ki, dövlətlərarası iqtisadi
sahədə diplomatik münasibətlər onlar arasında iqtisadiyyatın bir çox sahələrində
ə
məkdaşlıq əlaqələrinin qurulmasına gətirib çıxardı.
Dövlətlərarası iqtisadi diplomatik əlaqələrin qurulmasında iqtisadi
inteqrasiyanın da rolu danılmazdır. Dünya təsərüfatının beynəlxalq iqtisadi
inteqrasiyası öz inkişafında, onun kəmiyyət və keyfiyyət göstəricilərindən irəli gələn
müxtəlif mərhələlər keçmişdir. Bu təkcə ticarətin və yaxud digər iqtisadi fəaliyyətin
həcmi məsələsi olmayıb, həmçinin milli təsərrüfatlararası əlaqələrin sabitliyi, əhatə
etdiyi sferalar, qarşılıqlı əlaqələrin intensivliyi səviyyəsi və inteqrasiya proseslərinin
dərinliyini də özündə birləşdirir.Təbii haldır ki hər bir mərhələnin əlamətləri tədricən
qərarlaşır. Müasir beynəlxalq iqtisadi inteqrasiya nəzəriyyəsində və praktikasında,
inteqrasiya proseslərinin inkişafının 5 pilləsini və yaxud da ardıcıl mərhələsini
fərqləndirirlər: azad ticarət zonası; gömrük ittifaqqı; ümumi və yaxud vahid bazar;
iqtisadi birlik; iqtisadi və valyuta ittifaqı.Qeyd etmək lazımdır ki,bu beş mərhələnin
4-nü keçib və beşinci mərhələsində olan yeganə,ölkələrin beynəlxalq iqtisadi
inteqrasiya qrupu-Avropa ittifaqıdır.Digər beynəlxalq iqtisadi inteqrasiya
qruplarından əksəriyəti ancaq birinci. bəziləri isə ikinci mərhələdədirlər.
Avropa ttifaqı 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda
dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Formal olaraq 1 noyabr 1993-cü ildə
Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris
Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və taliya
tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub.
Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. AB yeganə beynəlxalq təşkilatdır ki,
özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal
16
olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv
dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. Avropa Birliyi sülhü
qorumaq, iqtisadi və sosial irəliləməni təmin etmək məqsədilə toplanmış 25 Üzv
Dövlətdən ibarətdir. Birliyin içində ortaq qurumları olan üç ttifaq yer alır. Birincisi
1951-ci il tarixli Paris Anlaşması ilə qurulan Avropa Kömür və Polad Birliyidir. Daha
sonra 1957-ci il tarixində Roma Anlaşması ilə Avropa qtisadi Birliyi və Avropa
Atom Enerjisi Birliyi (EURATOM) qurulmuşdur. ttifaqlar bu müddətin sonunda üzv
dövlətlər arasındakı bütün daxili sərhədləri ləğv edərək vahid bir bazar qurublar.
1992-ci ildə Maastrixdə imzalanan Avropa Birliyi Anlaşması ilə iqtisadi və pul birliyi
formasında irəliləyən və məlum sahələrdə hökumətlərarası əməkdaşlığı əhatə edən bir
Avropa Birliyi qurulmuşdur. Avropa Birliyinin əsas fəaliyyət prinsiplərini aşağıdakı
kimi qruplaşdırılır:
1.
Milli və ümumi maraqlar arasında balans yaradan dövlətlərarası və
dövlətüstü qurumların mövcudluğu;
2.
Avropa Birliyi institutu ilə milli dövlətlər arasında dəqiq səlahiyyət
bölgüsü;
3.
Qəbul olunan qəraraların müxtəlif təsnifatı (məcburi və tövsiyyəvi qərarlar,
qərarların icrası vasitəsinin dövlətlər tərəfindən azad seçimi və s.);
4.
Birlik qərarlarının üstünlüyü prinsipi (bu hər sahə üzrə dövlətlərərarası
müqavilələrlə təsdiqlənir);
5.
nteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi.
qtisadi Əməkdaşlıq Təşkilatı ƏT 1985-ci ildə ran, Pakistan və Türkiyə
tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici şlər Nazirləri Şurasından ibarətdir.
Ş
ura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər
Ş
urasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası ƏT
ölkələri səfirlərindən ibarətdir.
Ə
T-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə;
infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik
maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var.
Dostları ilə paylaş: |