25
tapılmasında köməklik edilməsi
- Biznesin aparılmasında qətiyyətlə düzgün mövqenin tutulması və düzgün bank
kimi nüfuzunu qorumaq üçün öz müştəriləri və kontragentləri qarşısında bütün öh-
dəliklərin yerinə yetirilməsi;
Bank Strateji Baxışından və Missiya Hesabatından irəli gələn aşağıdakı strateji
məqsədləri müəyyən etmişdir:
- sosial yönümlü bank statusunun yaradılması və bu imicin qorunması;
- daxili bazarda maksimal iştirak və xarici bazara çıxış;
- effektiv və çevik təşkilati strukturun yaradılması və inkişafı;
- bankin investisiya cəlbediciliyinin artırılması”(8).
“TuranBankın” strateji baxışı - respublikanın bütün regional mərkəzlərində satış
şə
bəkəsi olan, əhali, kiçik və ortasahibkarlığa xidmət göstərən, xarici investisiyalı
universal bank etmək kimi müəyyənləşdirilmişdir. Niyyəti isə “TuranBank” peşəkar
komandası ilə müştərilərinə bütün növ bank xidmətlərini yüksək keyfiyyətlə gös-
tərməklə, onların inkişafını dəstəkləyən, investorlarının investisiyalarının dəyərinin
dinamik artımını təmin edən şəffaf bank olması kimi izah olunur. Dəyərlərinə: Eti-
barlılıq Təhlükəsizlik Düzgünlük Şəffaflıq Yüksək keyfiyyətli xidmət Müştəri ilə
tərəfdaşlıq Bankın səhmlərinin gəlirliliyi Azərbaycan iqtisadiyyatına xidmət Ölkə
qanunlarına riayət və hörmət daxildir” [9].
Görmə imkan – nisbətən uzaq gələcəyin mənzərəsini göstərən anlayışdır,
biznesin ən əlverişli şəraitdə və onun rəhbərlərinin ümidlərinə və arzularına müvafiq
olaraq, inkişaf etdiyi hipotetik vəziyyətdir. Görmə imkanı mövcud iş üçün arzu edilən
«hüdudu» təyin etməyə imkan yaradır və strateji planlaşdırma zamanı iddiaların
səviyyəsinin müəyyənləşdirilməsi üçün istiqamətləndirici kimi xidmət edə bilir.
Görmə imkanı – biznesin rəhbər fəlsəfəsidir, firmanın mövcudluğunun
ə
saslandırılmasıdır, məqsədin özü deyil, daha çox firmanın əsas məqsədinin hiss
edilməsidir. Yəni, görmə imkanı – gələcəyin ideal mənzərəsidir, ən əlverişli şəraitdə
ə
ldə edilə biləcək vəziyyətdir. Görmə imkanı strateji idarəetmə və planlaşdırma
prosesində iddiaların səviyyəsini müəyyənləşdirir.
26
Görmə imkanı konsepsiyası biznes aləmində getdikcə daha böyük nüfuza malik
olur. Görmə imkanının artmaqda olan əhəmiyyəti növbəti amilərlə müəyyən edilir:
- Görmə imkanı xüsusilə, iri, de-mərkəzləşdirilmiş firmaların işçilərinin
motivasiyası üçün yaxşı vasitədir; o, adamların fəaliyyətlərini vahid istiqamətə
birləşdirməyə, kipləşdirməyə kömək edir. Görmə imkanında adətən gəlir əldə etmək
aarzusu qeyd edilmir, o, təşkilatın bütün iştirakçılarının fərdi ideallarını dəyərlərin
vahid etalonunda birləşdirir. Bu nöqteyi nəzərdən görmə imkanı təşkilatın əsas
elementi dəyərlər sistemi olan firmadaxili mədəniyyətdən keçir.
- Görmə imkanı təşkilatın fəaliyyətində perspektivlər hissi yaradır, bir-birinin
ardınca bütün firmanın münasibliyini təmin edir. Istənilən məqsəd firmanın fəaliyyət
çərçivəsini məhdudlaşdırır, görmə imkanında finiş xətti yoxdur, o, daimi tərəqqi üçün
impuls yaradır.
«Görmə ilə idarəetmə» anlayışı geniş istifadə edilir, çünki praktikada o, özünü
rəhbərliyin güclü vasitəsi kimi göstərmişdir. Görmə imkanına gələcək haqqında
xatirə kimi tərifin verilməsi genialdır. Düşünülmüş obraz xatirələrin sabitliyinə
bənzər görmə imkanlarına sabitlik verir. Bəzi adamlara görmə imkanı çox asan gəlir
ki, bu da onların uğuruna gətirib çıxarır. Çox vaxt hadisələr görmə imkanına görə baş
verir. Lakin hər şey belə asan deyil, çünki görmə imkanının özü heç bir qeyri-
adilikdən ibarət deyildir. Görmə imkanının dəyəri ondan ibarətdir ki, o, lazımsız
fəaliyyət kütləsini otmetaet (görmə imkanı nöqteyi nəzərdən işə aid olmayan) və öz
«daşıyıcısına» onun yaxşı opportunist olması üçün ona tapşırır. O, yaranan imkanları
öyrənir və öz şansından görmə imkanından tamamilə «məhrum olmuş» adama
nisbətən tamamilə başqa şəkildə istifadə edə bilir. Sonuncu belə imkanları tətbiq edə
bilmir, çünki onların nə üçün lazım olduğunu bilmir. Görmə imkanını öz
«siyahısındakına» gətirməyə çatdırmaq istəyən təşkilatların liderləri üçün bir neçə adi
onu ən yaxşı şəkildə necə formalaşdırmaq meyarları vardır:
- onlardan ən vacibi – görmə imkanı ruhlandırmalıdır;
27
- o, çox maraqlı olmalı və cəhd etməyə həqiqət layiq olan mənzərəni çəkməlidir.
Onda eləcə də çağırış elementləri olmalıdır;
- görmə imkanı sadə olmalıdır – xatirə və ya təsvir kimi. Strateji planlarla iş
mürəkkəbdir, çünki onlar çox vaxt o qədər mürəkkəbdir ki, onları işləyib hazırlayan
yüksək intellektual rəhbərlərdən başqa heç kim onları yenidən hazırlaya bilmir. Əgər
strategiyanı bir cümlə ilə təsvir etmək olarsa, onda o, xarakterinə görə görmə
imkanına yaxşılaşır;.
- görmə imkanı səmimi olmalıdır. Insanlar qeyri-səmimiliyi və maraqsızlığı tez
hiss edirlər. Qeyri-səmimi və ya daha dəqiq desək, yalançı görmə imkanını digər
insanlara çatdırmaq çətindir;
- insanlar eləcə də görmə imkanında öz yerlərini tapmalıdırlar. Onlar öz
ə
məklərini nə qədər səlis təqdim etsələr, onlara rəhbərlik etmək o qədər asandır;
- görmə imkanını istiqamətlər verir, onlar strateji planlaşdırma prosesində
ziddiyyətlərin səviyyəsinin müəyyənləşdirilməsində əsas kimi xidmət edə bilir;
- görmə imkanı dəyişikliklərin müasir prosesində daha mühüm rol oynamalıdır.
Bu anlayış işə işə sahibkarlıqla yanaşma və iş ziddiyyətlərinin yüksək səviyyəsi
ilə ayrılmaz surətdə bağlıdır. Onun artan əhəmiyyətinin səbəblərindən biri məhz
bundan ibarətdir. Görmə imkanı gələcəyə layihələşdirilmiş və işlərin mövcud
vəziyyətilə müqayisə edilən məqsədlərə nail olma meyarlarının işlənməsinə kömək
etməlidir. Lakin görmə imkanının mühüm məqsədi, deyəsən, əməyə məna verməkdən
və buna əsasən müəssisədə əməkdaşların əksəriyyətində ruh yüksəkləiyinn
motivasiyasının və mobilliyinin yaradılmasından ibarətdir. Bununla belə görmə
imkanı – kəmiyyətcə müəyyənləşmiş digər məqsədlərlə müqayisədə müəssisənin
fəaliyyətindəki məqsədlərin qoyuluşu ilə bağlı nisbətən az dəqiq istiqamətdir. Görmə
imkanı beləliklə, heç bir vaxt real olmaya da bilər, lakin o, nəticələrin əldə edilməsinə
görə inkişaf edə bilər.
Dostları ilə paylaş: |