Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

61
mədəniyyətin ümumi anlayışı (metadili) xüsusi hallarda (konkret
tiplərdə) konkret özünəməxsusluq kəsb edir.
Qeyd edək ki, Losevin Lotmanla mübahisəsinin mahiyyətini
«metadil» anlayışının idrakının (dərk edilməsinin) məntiqə uyğun
olub-olmaması təşkil edir və həmin mübahisə məhz bu mənasında
bizim üçün aktual deyil. Burada əsas olan «metadil» anlayışına
verilən izahlarla «metamodel» anlayışının semantikasına yol
açmaqdır.  «Oğuz mifi» ilə «türk mifi»nin münasibətlərində
«metamodel» anlayışı, fikrimizcə, həlledici məntiqi açar rolunu
oynayır.
Beləliklə,  «metadil» M.Y.Lotmana görə, ümumiyyətlə, mə-
dəniyyət tipinin məkani struktur modelidir. Bu halda o, modeldir:
tipin məkan elementləri vasitəsi ilə təsvir olunduğu sistemdir.
A.F.Losevə görə,  «metadil» əşyanın ən ümumi formada
təsviridir. Bu halda da o, modeldir. Əşyanın ən ümumi təsviri onun
struktur modelidir.
Göründüyü kimi, «metadil» bütöv varlığın, yaxud onun hər hansı
tərkib ünsürünün modelidir. Bu halda mifoloji dünya modeli elə
dünyanın mifoloji şüurda işarələr vasitəsi ilə təsvir olunduğu
metadildir. Bu halda sual meydana çıxır:  «metadil»  «model»dirsə,
onda «metamodel» anlayışına ehtiyac qalırmı? Bizcə, qalır.
Belə hesab edirik ki, türk mif «modeli» ilə türk mif «meta-
modeli» arasında fərqin olması (yaxud bu anlayışların işlədilməsi)
«oğuz» mifinin kateqorial-epistemoloji mahiyyətinin bir sistem
kimi aydınlaşdırılması baxımından zəruridir.
«Türk mifi» anlayışını üç mənada işlətmək mümkündür:
1. Mifoloji şəcərədə Yafəsin oğlu Türk haqqındakı sintaqmatik
mif-mətn;
2. Türk mifoloji düşüncə universumu (mif vahidi) anlamında
olan paradiqmatik türk mifi (dünya modeli);


62
3. Türk etnokosmik anlayışını təşkil edən bütün türk xalq-
larının miflərini (sintaqmatik, yaxud paradiqmatik səviyyədə
olmasından asılı olmayaraq) vahid modeldə birləşdirən ümumi
mif tipi (həm sintaqmatik, həm də paradiqmatik mənada).
Bu üç məna qatının biri-birindən ayrılmaz olması (birinin var-
lığının digərləri ilə şərtlənməsi) «oğuz mifi»ni «türk mifi»nin hər üç
anlamı ilə əlaqələndirsə də, bizim üçün mühüm olan «oğuz mifi»
anlayışının ümumi türk mif tipindəki yeridir. Burada iki əsas sual
var:
1. Bu iki mif modelindən hansı arxetip, hansı törəmədir?
2. Hər iki mif modeli daha ümumi invariantı, başqa sözlə,
metamodeli əks etdirirmi?
Burada kateqorial-epistemoloji əyarlandırma ona görə vacibdir
ki,  «türk» adı sinxron aspektdə həm bütün türk adlandırılan
xalqların etnokosmik universumu, həm də diaxron aspektdə
oğuzlara sonradan verilmiş addır. Biz burada türk etnoonomastik
tarixinin dialektik məntiqini (təbii-ilahi bakirəliyini) qoruyaraq
daşlaşmış ənənədə nominativ yeniliklərin edilməsini (əslində,
ziddiyyətlərin yaradılmasını) artıq hesab edirik. Bu mənada,  «türk
mif metamodeli» anlayışının daxil edilməsi «oğuz mifi» və «türk
mifi» anlayışlarını bir təhlil müstəvisinə gətirmək üçün kontekst
verir. Bu halda bir daha təsdiq edirik ki, oğuz mifi düşüncə hadisəsi
olaraq türk mif metamodelinin paradiqmasıdır.
Beləliklə, «Türk mif metamodeli» bütün türk xalqlarının mifo-
loji mətnlərində mövcud olan dünya modellərini vahid sistemdə
birləşdirən anlayışdır. Onu «türk metamifi» də adlandırmaq olar.
«Türk mif metamodeli», yaxud «türk metamifi» terminləri burada
eyni anlamda işlənib türk xalqlarının mifoloji görüşlərini vahid
modeldə invariantlaşdıran kateqoriyadır. Bu anlayış bütün türk
xalqlarının, o cümlədən oğuz türklərinin diferensial


63
mifoloji modellərini öz içərisinə almaqla terminoloji-metodoloji
dolaşıqlıqların aradan qaldırılması üçün kontekst verir.
Əlbəttə, burada məsələnin mahiyyəti heç də oğuz türklərinin
sonradan türk adı ilə tanınması ilə bağlı deyildir. Dil ailəsində etnik
ümumilik mərhələsinin adı həmişə törəmələrdən birinə miras qalır.
Bizim fikrimizcə, oğuz mifinə münasibətdə məsələ daha fərqlidir.
Söhbət oğuz mifinin türk mifinin nüvəsini təşkil etməsi, yaxud oğuz
mifologiyasının
struktur
muxtariyyətinin
tarixi-mədəni
mahiyyətindən gedir. Bu, aşağıdakı tezislə şərtlənir:
Oğuz mifi etnik özünüifadənin düşüncə kodu olaraq türk et-
nosunun aparıcı laylarından olan oğuzların etnokosmik düşüncə
və mətn hadisəsidir. Başqa sözlə, oğuzlar ümumtürk etnosunun ən
mühüm qollarından biridir. Türk etnosunun formalaşmasında
hunların rolunu, o cümlədən oğuzların hun etnik kütləsinin davamı
olduğunu nəzərə alsaq, oğuzlar türk etnosunun əsas etnik oxlarından
birini təşkil etmişlər. Oğuzlar türk etnosunun qolu kimi başqa türk
xalqlarından aydın bilinən diferensial əlamətləri ilə fərqlənmişlər.
Onlar, heç təsadüfi deyildir ki, yüzillər boyu «oğuzlar» adı altında
işarələnmiş, özünəməxsus semiotik atributlar sistemi ilə «oğuzlar»
olaraq qala bilmişlər. Bu, etnosiçi fərqlənmə onların mif və rituala-
rında həm ifadə olunmuş, həm də onlarla müəyyənləşmişdir. Bu
baxımdan, ümumi türk mifi və ritualı çevrəsində oğuz mif və ritualı
türk metadünya modelinin xüsusi təzahür tipləri kimi daim
seçilmişdir. Məhz bu, həm də oğuz mifini türk mifologiyasının
müstəqil etnokosmik təzahürü kimi bərpa etməyə imkan verən elmi-
metodoloji bünövrədir.
Məsələnin konkret tarixi mənzərəsinə gəlincə, türk tarixçisi
F.Sümər yazır:  «Oğuz» Türkiyə, Azərbaycan,  İran,  İraq və
Türkmənistan türklərinin ataları olan məşhur bir türk qövmüdür.
Oğuzlara XI əsrdən etibarən türkmən də deyilməyə


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə