bir az da irəli gedərək, təkrar gülümsədi, ona göz
vurdu və əlindəki şərab dolu fujeri yuxarı qaldıraraq,
onun eşidə biləcəyi bir səslə rus dilində “sizin
şərəfinizə” söylədi. Bundan sonra əsla şübhə yeri
qalmadı. Bu qadın onu tanıyırdı. Başqa cür ola da
bilməzdi. Onlar nə vaxtsa görüşmüşdülər. Bəlkə bir
gecə, bəlkə adi günlərdən birində, bəlkə qatarda, av-
tobusda görüşüb, tanış olmuş, birlikdə xoş anlar, saat-
lar yaşamışdılar. Həqiqətə qalanda onun həyatında bir
neçə qadın olmuşdu-təbii ki, Nijnidə yaşadığı illərdə
və Milenayla evləndiyi günəcən. O qadınlar da elə
orda onun həyatına bir günlük, beş günlük daxil
olmuş, bir gün də qəfil gəldikləri kimi, qəfil də çıxıb
getmiş, heç çoxunun adı da qalmamışdı yadında.
Milenayla evləndikdən sonra isə bütünlüklə sənətinə
və qızına, ailəsinə ayırmışdı diqqətini. Görünür, həmin
qadınlardan idi bu qadın da. Amma bura Nijni yox,
Moskva idi... Bir yana baxanda da, nə olar Moskva
olanda, görünür, onun kimi bu qadın da köçüb
gəlmişdi Moskvaya. Nə isə bu, çox-çox düşündürürdü
onu. Digər tərəfdən də bu qadın onun həyatında olmuş
təsadüfi qadınların heç birinə bənzəmirdi...
Qadının xoş münasibətinə qarşılıq olaraq, o da
şərab dolu fujerini yuxarı qaldırıb “sizin şərəfinizə”
dedi. Qadın bu dəfə məhəbbətlə dolu iki gözünü də
yumdu və gülümsəyərək, üz-üzə əyləşdiyi qadına nəsə
dedi. Həmin qadın o an geri qanrılıb Eynara baxdı və
o da ehtiramla gülümsəyərək, başını astaca yırğaladı.
Bu xoş münasibətdən ürəkləndi, yerindən qalxıb
qadına sarı atılmaq, onun boynuna sarılmaq keçdi
Zəka Vilayətoğlu
40
könlündən, amma uşaqlıq etməyin yeri olmadığını
düşünüb, səbrini basdı. Qadına baxaraq ehtirasla,
sevgiylə, həyəcanla gülümsəməklə kifayətləndi və
birdən beynində ildırım çaxdı, sanki. Qaranlığa qərq
olmuş düşüncələri, yaddaşı birdən-birə hərəkətə gəldi,
onu sanki bir anda aydınlığa çıxardı. Özündən asılı ol-
madan dedi: “Milena!..” Bu dəm sanki ağzından çıxan
bu söz, bu ad yox, bu adın, bu adın daşıyıcısının
eşqiylə, həsrətiylə çırpınan ürəyi idi, özünü qadının
üstə atdı. Qadın öz adını eşidincə, heyrət, təəccüb dolu
baxışlarını ona yönəltdi və təsdiqlədi:
-Da, ya Milena... Oooo, vı znayete menya?..
-Milena!-təkrar səsləndi.
-Ooo, kaşmar!.. Vı otkuda znayete menya?-qadın
yerindən qalxıb sərxoş addımlarla ona yaxınlaşdı və
şərabın təsirindən xumarlanan gözlərini Eynarın
gözlərinə zillədi:
-Mı znakomı?!
-Milena, eto ya-Eynar!.. Ne znayeş menya?
-Kto?.. Eynar?.. Eynar, Eynar,.. Qadın bir an
düşündü, bu adda tanışı, dostu olub-olmadığını yadına
salmaq istədi. Yadına sala bilmədi. Sonda
gülümsəyərək dedi:
-Oçen rada. Esli mı znakomı, starıy druqom, toqda,
idite, snami sadites, vmesto vıypim!..
Gözləmədiyi təklif ürəyindən oldu və qalxıb
qadınların stoluna yaxınlaşdı. Sonra ofisiantı çağırıb,
yemək-içməyini onların stoluna yığmasını tapşırdı.
Birlikdə oturub içməyə, deyib-gülməyə başladılar.
Qadına lap yaxından oğrun-oğrun tamaşa etdi, onun,
Milena
41
həqiqətən tatar qızı Milena olub-olmadığını
yəqinləşdirməyə çalışdı. Qadının onu tanımadığından
sarsılmışdı. Amma, dünya dağıla, bu qadın onun
Milenası idi. Axı bu boyda da təsadüf olmazdı;
qadının adı da Milena idi, özü də onun Milenasına
çox-çox oxşayırdı. Görünür, illər həqiqətən qəddar,
amansız idi; Milenaya onu əbədilik unutdurmuşdu.
Bəlkə də bu qadın özü, etibarsızlığına görə bilərəkdən
onu xatırlamaq istəmirdi. Hər necəydisə, axır bu görüş
onun çox ürəyincə idi.
Qadınlar rəfiqə idilər. Həqiqətən, həmin qadının adı
Milena idi. Dolğun qadının yaşı otuzdan yuxarı olardı,
bəlkə də köklük onu yaşlı göstərirdi. Milenanın isə
yaşı iyirmi beşdən çox olmazdı. Onlar bura iki-üç
gündənbir gəlir, yeyib-içir, əylənirdilər. Hər ikisi
həkim idi. Kök qadın oftolmoloq-göz həkimi, Milena
isə pediatr-uşaq həkimi idi. Bunu onların səliqə-
səhmanından da duymaq olurdu. Ümumiyyətlə, hər
sənətin, peşənin insan həyatına öz təsiri olur. Yəni
hərəsinin özünəxas işığı olur. Bu işığın zəifi, kölgədə,
qaranlıqda əsir olanı, sanki qaranlıqdan qorxurmuş
kimi tir-tir titrəyəni də olur, o qaranlığı qətiyyətlə
boğanı da. Bu qadınların da üzlərində, davranışlarında
öz sənətlərinin güclü, parlaq işığı özünü
göstərməkdəydi. Onların bütün davranışlarında,
münasibətlərində, danışıqlarında yüksək mədəniyyət
aşkar sezilirdi.
Eynar çox götür-qoydan sonra ürəyini didən
şübhələrdən qurtarmaq üçün özünü inandırmağa
çalışırdı ki, bu qadın onun Milenası deyil. Bununla
Zəka Vilayətoğlu
42
belə onu özüylə gecələdiyi “Boulinq” otelinə
aparacağına və gecəni onunla birgə xoş keçirəcəyinə
də ümidli idi. Qadının onunla gedəcəyinə çox inanırdı.
Birgə yeyib-içmələri, ara-sıra qalxıb, qucaqlaşaraq
rəqs etmələri də buna ümidləndirirdi. Qadınlar onun
rəssam olduqlarını bilincə daha da bayıldılar.
Restorandan çıxanda hər üçü sərxoş idi. Milena tez-
tez ona sarı əyilir, çiyinlərini onun sinəsinə söykəyib,
başını arxaya atır, dodaqlarını tumurcuqlayıb Eynara
sarı uzadırdı. Eynar onun çiyinlərindən ehmallıqla
tutur, bu tumurcuq dodaqları ehtirasla öpürdü. Arada
bu öpüş bir qədər uzun çəkdi. Onlar biri-birindən
ayrılanda kök qadını yanlarında görmədilər. Qadın on-
lara mane olacağını düşünüb yaxınlıqdakı taksiyə
əyləşərək, çıxıb getmişdi. Onların intizarına son qoy-
maq üçün Milenanın cib telefonuna zəng etməyi də
unutmamış və onlara xoş istirahət arzulamışdı. Onun
bu xəbərsiz gedişi Eynarı çox sevindirsə də Milena,
elə bil, şərabın təsirindən birdən-birə ayıldı və dedi:
-Evə getməliyəm!
-Mənimlə getmək istəmirsiniz?
-Gecdir. Biz başqa vaxt görüşəcəyik!..
-Axı...
-Dedim ki, get-mə-li-yəm!-Milenanın sifəti,
birdən-birə bozardı və o, inad göstərdi. Eynarın qolları
boşaldı, halı dəyişdi, kədərləndi. Ümidlərinin alt-üst
olduğunu duyunca yerindən tərpənməyə heyi qalmadı.
-İncidiniz?-qadın mülayimləşdi, təzədən gülümsədi
və yenə də həmin qaydada çiyinlərini onun sinəsinə
söykəyib,başını arxaya, bir az da yana çevirib, ətli
Milena
43
Dostları ilə paylaş: |