Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

Türkiyənin  böyük  ağsaqqallarından 
daha  biri  27  fevral  2011-ci  ildə  Haqqın 
rəhmətinə qovuşaraq aramızdan ayrıldı 
və  keçmişə  qarışdı.  Türkiyə  nadir  hal-
larda  müşahidə  olunan  böyük  və 
ehtişamlı dəfn mərasiminə şahid olaraq 
bu dahi insanı əbədiyyətə yola saldı.
Haradasa  Türkiyə  Respublikası  ilə 
yaşıd  olan  (1926-2011)  böyük  bir  çinar 
yıxılsa da, arxasında bir meşə qoyub get-
di. Bununla da, yüz ildə bir dəfə doğulan, 
bir elm, bilik və siyasət adamı, xalq lideri 
olan  Prof.  Nəcməddin  Ərbakan  bəy 
tarixin səhifələrində və onu sevən hər bir 
kəsin  qəlbində  əbədi  və  unudulmaz  bir 
zirvədə daim yaşayacaqdır.  
Çox dəyərli və görkəmli bir insan olan 
möhtərəm  Prof.  Ərbakan  Xocamıza 
Allah  rəhmət  eləsin  və  məkanı  Cənnət 
olsun!  Amin.  Onun  ömrü  boyu  anlat-
mağa,  öyrətməyə  çalışdığı  prinsip  və 
əsasları  düzgün  anlamaq,  ideyalarını 
mənimsəmək  və  qəbul  etmək,  onun 
görüşlərinin  gerçəkləşməsi  üçün  açdığı 
cığırla getməkdə davam etmək ona edilə 
biləcək ən böyük xidmətdir. 
Möhtərəm  Ərbakandan  miras  qalan 
“Milli  Görüş  şüur  və  inamı”,  bəlkə  də, 
yüz ildə bir dəfə meydana gələn və küt-
lələri arxasınca aparan bir fikir axımıdır. 
Bu,  idealdır,  bir  görüşdür.  Bu  ideal 
əslində inqilab yaradacaq bir gücə malik 
fikir və özünəqayıdış olub xalqın bütün 
təbəqələrini əhatə edən bir xalq hərəkatı 
və ideologiyası olaraq yaşamağa davam 
edəcəkdir. Bu görüş sadəcə Türkiyə üçün 
deyil,  eyni  zamanda  bütün  İslam  aləmi 
və  hətta  ayağa  qalxmağa  çalışan  bütün 
əzilən  dövlətlər  üçün  də  bir  model 
yaradacaq idealdır.
Möhtərəm  Prof.  Dr.  Nəcməddin  Ər-
bakan  Türkiyə  üçün  hamımızın  nələr 
etməyimiz  lazım  olduğunu  anladarkən, 
bütün  zamanlar  üçün  üç  böyük  hədəf 
üzərində  dayanmış  və  bunların  həyata 
keçməsinin  nə  qədər  vacib  olduğunu 
israrla vurğulamışdır. Xalq kütlələrinə və 
hər birimizə aid olan bir vəsiyyət burax-
mışdır. Bu üç hədəf: Birincisi, yaşamağa 
yararlı  bir  Türkiyə  idealı,  ikincisi,  yeni-
dən  böyük  Türkiyə  idealı,  üçüncüsü  də 
yeni  bir  dünyanın  qurulması  idealı 
ƏRBAKANIN HƏDƏFLƏRİ VƏ
YÜKSƏK ALİ DƏYƏRLƏRİ  
BÖYÜK LİDERİN QOYUB
GETDİYİ MİRAS
48
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


olmuşdur. Xüsusilə, son iki aydır (2011-ci 
ilin  yanvarından  etibarən)  Orta  Şərq  və 
Şimali  Afrika  ölkələrində  baş  verən  və 
hər  kəsin  ibrət  götürərək  seyr  etdiyi 
hadisələr  bu  birinci  prinsipin  nə  qədər 
vacib və düzgün olduğunu açıq şəkildə 
ortaya çıxarır, yəni hər ölkədə hakimiy-
yətin  öz  ölkəsini  abadlaşdırması,  öz 
insanlarının  rahat  və  firavan  yaşaya 
biləcəyi  bir  yer  vəziyyətinə  gətirməsini 
çox vacib bir şərt kimi ortaya qoyur. Buna 
görə  də  möhtərəm  Xocamız  həmişə 
“Yaşana  bilən  bir  Türkiyə”  düsturu  ilə 
izahına  başlamışdı.  Tunis,  Əlcəzair, 
Misirdən sonra Liviya da daxil olmaqla, 
digər  bir  çox  ərəb  ölkələrinə  sıçrayan 
qiyamlarda  ana  mövzu,  ana  şikayətlər 
yalnız “işsizlik, yoxsulluq, aclıq, təzyiq-
lər,  azadlığın  boğulması  və  ümidlərin 
puç  olması”  olmuşdur.  Bir  sözlə,  öz 
xalqları  üçün  bu  ölkələr  “yaşamağa 
yararlı”  bir  ölkə  olmaqdan  çıxmış  sayı-
lırlar. Nəticədə hər kəsin ibrət və dəhşətlə 
izlədiyi böyük xalq qiyamları baş vermiş, 
dövlət çevrilişləri olmuş, rejimlər dəyiş-
miş və liderlər devrilmişdir.
Möhtərəm  Ərbakan  Xocamızın  izah 
etdiyi ikinci prinsip isə “Yenidən böyük 
Türkiyə”  olmuşdur.  Bunun  həyata  keç-
məsi üçün hər şeydən əvvəl milli “özünə-
inam” və “özünəqayıdış” təmin olunma-
lıdır. Bir millətin başını dik tuta bilməsi 
üçün ana təməl onun hiss etdiyi özünə-
inam  və  güc  aldığı  dəyərləridir.  Bunlar 
olmadan  heç  bir  xalq  güclü  olmaz, 
müvəffəqiyyət  qazana  bilməz.  Yenə  də 
son  illərdə  və  ötən  aylarda  ətrafımızda 
baş verən hadisələr onun həyata baxışı-
nın nə qədər doğru olduğunu sübut edən 
örnəklərdir.  Xocamızın  nəyi  nəzərdə 
tutduğunu anlaya bilmək üçün bir daha 
tarixə nəzər salmaq lazımdır. 
1918-ci  ilədək  dünyanın  ən  böyük 
imperiyalarından  biri  olan  Osmanlı 
Dövləti  yalnız  bu  tarixdə  qarşılaşdığı 
saysız-hesabsız  müharibələr  və  hər 
tərəfdən məruz qaldığı hücumlar nəticə-
sində  dağılmış  və  süqut  etmişdir.  Bu 
süqutdan dərhal sonra Avropadakı güc-
lərin  və  Osmanlının  qənimi  olan  milli 
azlıqların  iştirakı  ilə  vətən  torpaqları 
dörd  tərəfdən  işğala  məruz  qalmışdır. 
Qərb  qüvvələri  ölkəni  işğal  etməklə 
bərabər  xalqın  özünə  inamını  və  öz 
dəyərlərinə olan hörmətini aradan götür-
mək üçün əllərindən gələni etmiş, amma 
istəklərinə nail ola bilməmişlər.   
Türk  oğlunun  apardığı  dastanlara 
layiq azadlıq mübarizəsindən sonra ölkə 
öz  müstəqilliyini  əldə  etmiş  və  vətən 
torpaqlarının  hamısı  dərhal  azad  olun-
muş  və  1923-cü  ildə  Türkiyə  Respubli-
kası  qurulmuşdur.  Eyni  ilə  küllərdən 
ucalan Simurq quşu kimi Osmanlı küllə-
rindən  də  bir  Türkiyə  Respublikası  do-
ğulmuşdur.
Bu  böyük  hadisə  ilə,  demək  olar  ki, 
yaşıd olan və özü də böyük bir Respub-
lika  insanı  olan  Möhtərəm  Ərbakan  bu 
tarixi  tərəqqini  hər  zaman  nəzərində 
saxlamış  və  bunları  gənc  nəslə  ətraflı 
şəkildə izah edərək onlara daim tədbirli 
və  hər  zaman  hazırlıqlı  olmaq  fikrini 
MİLLİ  GÖRÜŞ
49
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə