Milli Gorush ich



Yüklə 17,1 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix07.08.2018
ölçüsü17,1 Mb.
#61038
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

14 yanvar 2010 
Ən  fəal  yazarlardan  biri  Nurəddin 
Şirin  “Milli  Görüş”  lideri  Prof.  Dr. 
Nəcməddin  Ərbakanın  sionizm  ilə 
apardığı  40  illik  mübarizəsini  qələmə 
aldı.  Nurəddin  Şirinin  qeyd  etdiyi  kimi 
Ərbakan “Milli Görüş” hərəkatının baş-
laması  ilə  sionizmə  qarşı  mübarizə 
mövzusunu  gündəmə  gətirməsi  hər 
şeydən  əvvəl  Türkiyə  və  dünyadakı 
yəhudilər arasında böyük bir narahatlıq 
və əndişə yaratdı. 
1969-cu  ildən  etibarən  “Milli  Görüş” 
lideri  Nəcməddin  Ərbakanı  dörd  tərəf-
dən  izləyən  sionistlər  Ərbakan  Xocanın 
atdığı  hər  addımı,  danışdığı  hər  sözü 
qeyd  edir  və  bunu  sionizmin  mərkəz 
qərargahlarına məruzə edirdilər. 
Türkiyədəki yəhudi cəmiyyətinin baş 
yazarlarından  olan  Rifat  N.  Balinin 
“Türkiyədəki  siyasi  İslamın  dilində  yə-
hudi görünüşü” başlıqlı yazısında Ərba-
kan  Xocanın  necə  addım-addım  izlən-
diyini və sionizmi narahat edən danışıq 
və  çıxışlarının  necə  məruzə  edildiyini 
açıq  şəkildə  görə  bilərik.  “Milli  Görüş” 
hərəkatının  yəhudilər  tərəfindən  necə 
yaxından təqib olunduğunu ortaya çıxa-
ran  bu  yazını  oxucuların  diqqətinə  çat-
dırırıq. 
II Dünya Müharibəsinin sona çatması 
ilə  Türkiyədəki  təkpartiyalı  dövrün  də 
sonu  gəlmişdi.  1950-ci  il  14  may  seçki-
lərində “Demokrat Partiya” böyük bir səs 
çoxluğu  ilə  seçkilərdə  qalib  gəldi.  “De-
mokrat  Partiya”  hökumətinin  hakimiy-
yətə gəlməsi ilə 1923-cü ildən 1945-ci ilə 
qədər  davam  edən  azanın  türkcə  oxun-
ması sona çatdı və azan yenidən ərəbcə 
oxunmağa  başladı.  Təkpartiyalı  dövrə 
nisbətdə İslam üzərindəki basqılar azaldı 
və İslam yenidən Türkiyənin gündəminə 
gəlməyə  başladı.  Bu  yüksəlişin  nəticə-
lərindən  biri  olaraq  antisemit  (yəhudi 
düşməni)  Cevat  Rifat  Atilhan  adlı  bir 
yazar  1951-ci  il  27  avqustda  “İslami 
Demokratiya”  Partiyası  adlı  bir  partiya 
qursa  da,  partiyanın  ömrü  qısa  oldu  və 
1952-ci  il  noyabrın  7-də  partiya  fəaliy-
yətini dayandırdı. 
Bundan  sonra  isə  1970-ci  il  yanvarın 
26-da  səhnəyə  “Milli  Nizam”  Partiyası 
(MNP) çıxdı. “Milli Nizam” Partiyasının 
sədri olan Nəcməddin Ərbakan 1969-cu 
il  seçkilərində  islami  təmayülün  güclü 
olduğu Konyadan müstəqil namizəd ola-
raq seçkiyə qatılmış və müstəqil deputat 
olaraq Milli Məclisə daxil olmuşdu. Nəc-
məddin  Ərbakan  seçkiqabağı  “Mil-
liyyət” qəzetində onunla aparılan müsa-
hibələrinin  birində  belə  deyirdi:  “Dün-
YƏHUDİ GÖZÜ İLƏ
NƏCMƏDDİN ƏRBAKAN
PROF. NƏCMƏDDİN
ƏRBAKAN VƏ SİONİZMLƏ
40 İLLİK MÜBARİZƏSİ
1. SİYASİ İSLAMIN DOĞUŞU
60
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


yada üç cəhət vardır; kommunizm, sio-
nizm,  nasionalizm.  Bir  də  millətlərin 
toxunulmazlıqlarına  (müqəddəsatına) 
sayğılı olan yol. Biz bu dördüncü yolu 
seçirik”.
Nəcməddin  Ərbakanın  bu  sözləri 
gələcəkdə  siyasi  həyatında  tez-tez 
istifadə  edəcəyi  antisionist  və  antisemit 
danışıqlarına işarə edirdi. … Nəcməddin 
Ərbakan  müstəqil  olaraq  məclisə  üzv 
seçildikdən sonra 1970-ci il 26 yanvarda 
“Milli  Nizam”  Partiyasını  təşkil  etdi. 
“Milli  Nizam”  Partiyasının  qurulduğu 
gün  Nəcməddin  Ərbakan  bir  mətbuat 
konfransı  keçirib  sionistlər  və  masonlar 
haqqında  ağır  sözlər  dedi.  Ərbakan  o 
günlərdə  iki  fikir  üzərində  dayandı; 
birincisi  Türkiyənin  qərbə  bağlılığına, 
qərbləşməyə  və  qərbləşmənin  türk  cə-
miyyətini  dəyişdirməsinə  qarşı  çıxmaq, 
ikincisi isə davamlı olaraq sionist yəhu-
dilərə və İsrailə qarşı çıxmaq. Yəhudi və 
sionist  müxalifətçiliyi  Ərbakanın  gün-
dəlik çıxışları olmuşdu.
“Milli Nizam” Partiyasının siyasi hə-
yatı qısa sürdü. 1971-ci il 20 mayda “Milli 
Nizam”  Partiyası  “laisizm  (sekularizm) 
əleyhinə  fəaliyyətlər”  iddiası  (əsası)  ilə 
Konstitusiya Məhkəməsi tərəfindən bağ-
landı.  Bundan  15  ay  sonra  1972-ci  il 
oktyabrın 11-də Ərbakan təkrarən siyasət 
səhnəsinə  qayıdaraq  “Milli  Səlamət” 
Partiyasını yaratdı. Bu partiya da 1980-cı 
il 12 sentyabr hərbi çevrilişi ilə bağlandı. 
“Rifah” Partiyası “Milli Səlamət” Par-
tiyasının xələfi olaraq 1983-cü il 19 iyulda 
quruldu.  Bu  partiya  da  qurulmasından 
15  il  sonra  1998-ci  il  16  yanvarda 
Konstitusiya  Məhkəməsi  tərəfindən 
həmin  iddia  ilə  “laisizmə  zidd  fə-
aliyyətlər”də  təqsirləndirilərək  bağlan-
dı. Ərbakana və 5 deputata beş illik siyasi 
yasaq  qoyuldu.  “Rifah”  Partiyasının 
bütün  deputatları  1997-ci  ilin  sonunda 
qurulan “Fəzilət” Partiyasına keçdi. 
Bütün  bu  siyasi  İslam  partiyalarında 
müştərək olan ən önəmli mövzu “Ərba-
kanın  sionizmə  və  yəhudilərə  qarşı 
şiddətli müxalifətçiliyi” oldu. Ərbakanın 
partiyalarının  yarı  rəsmi  qəzeti  olan  və 
1973-cü  ildə  təsis  olunan  “Milli  Qəzet”, 
“Milli Gənclik Vəqfi” də geniş miqyasda 
sionizmə  və  yəhudilərə  qarşı  çıxaraq 
onların  düşmənçilik  mövqeyində  oldu-
ğunu  göstərdi  və  belə  insanlığa  zidd 
addım  atanların  əleyhinə  mübarizəyə 
çağırdı. 
MİLLİ  GÖRÜŞ
61
Ərbakan Xoca xüsusi buraxılış


Sionizm  mövzusunda  bu  təməl  vur-
ğulama Qədim Tövratın “Başlanğıc” bö-
lümündə  15-18-ci  sıralarında  yer  alan 
“Həmin gündə Rəbb Abram ilə bir saziş 
bağladı:  “Misir  çayından  Fərat  çayına 
qədər olan yer üzünü sənə verdim” və
3-24-cü sıralarında yer alan “İki çay ara-
sında ayaq basdığın hər yer sənin ola-
caq”  bölümlərinə  əsaslandırılmaq-
dadır.
İslamçılar bu bölümləri sionizm impe-
rializmi mövzusunda bir fakt kimi qəbul 
etdilər.  Onların  düşündüklərinə  görə 
1967  və  1973-cü  il  döyüşlərində  İsrailin 
ələ  keçirdiyi  torpaqlar  da  bu  mövzuda 
sübut  olaraq  göstərildi.  Bu  vəziyyət 
“Nildə  Fərata  qədər  Böyük  İsrail”  şüarı 
ilə  yekunlaşdırıldı.  Onlar  buna  görə 
Türkiyənin  bir  hissə  torpaqlarının  da 
sionizmin təhdidi altında olduğunu irəli 
sürdülər. Bax bu vurğulama Nəcməddin 
Ərbakanın daha çox diqqət yetirdiyi bir 
mövzu oldu.
Nəcməddin Ərbakan 1996-cı ildə Baş 
Nazir  olarkən  siyasi  və  hərbi  sahədə 
yüksək  səviyyəli  şəxslərin  iştirak  etdiyi 
bir brifinqdə İsrail hadisələrinə münasi-
bətini  və  baxış  tərzini  bu  şəkildə  dilə 
gətirdi: “İsrail bayrağında iki mavi xətt 
və ortasında da sionizm ulduzu vardır. 
Bunlar bir simvoldur. Üstdəki xətt Fərat 
çayını,  altdakı  xətt  də  Nil  çayını  ifadə 
etməkdədir.  Yəhudilərin  əqidələrinə 
görə,  bu  sərhədlər  İsrail  dövlətinin 
sərhədləridir”. 
Türkiyənin  “Ortaq  Bazar”a  daxil  ol-
ması 1970-ci ilin ən aktual, ən vacib olan 
mövzularından  biri  idi.  “Milli  Nizam” 
Partiyasının baxış tərzinə görə sionizmin 
son  məqsədi  Türkiyə  üzərində  hakim 
olmaqdır.  Nəcməddin  Ərbakana  görə 
Türkiyəni “Ortaq Bazar”a daxil olmağa 
məcbur  etmək  sionist  bir  plandır. 
Ərbakan bu fikrini 1970-ci il may ayının 
15-də Türkiyə parlamentindəki çıxışında 
belə bir şəkildə ifadə etmişdir: 
“12 il içində 3 min “Ortaq Bazar” şir-
kəti  Amerikada  sionist  kapitalistlər 
tərəfindən  satın  alındı  və  1969-cu  ildə 
bu  şirkətlərdən  əldə  edilən  13  mlr. 
dollar  mənfəət  Amerikaya  transfer 
edildi.  Bu  gün  İsrail  parlamentində 
Teodor  Hertzl  heykəli  vardır.  100  il 
əvvəl  Vyanada  yaşayan  bu  sionist  bir 
İsrail  dövləti  qurma  planına  başladı. 
Onun  hazırladığı  xəritədə  Türkiyənin 
böyük bir hissəsi də İsrailin bir parçası 
olaraq  göstərilir.  Sionistlərin  belə  bir 
planının olması bir həqiqətdir. Onların 
Qədim  Tövratlarındakı  əqidələrinə 
görə Kayseri də İsrail dövlətinə daxildir. 
Bu  plan  “Ortaq  Bazar”ın  digər  hədəf-
“NİLDƏN FƏRATA QƏDƏR
BÖYÜK İSRAİL” VURĞUSU,
YA DA İSRAİLİN İMPERİALİST
SİONİST HƏDƏFLƏRİ TƏMASI
“ORTAQ BAZAR” SİONİZMİN
BİR OYUNUDUR
62
MİLLİ  GÖRÜŞ
Ərbakan Xoca xüsusi buraxılış


Yüklə 17,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə