Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə95/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   91   92   93   94   95   96   97   98   ...   112

çayır çiçəkləri… Dərmək istəyirsən, əlin boşa çıxır, sulara qərq olursan…» 
Dikəldi. Yuxu aparmamış buradan çıxmaq lazım idi. İşarə ilə xidmətini çağırdı: 
– Nə verəsiyəm? 
– Heç nə. 
– Necə yəni? 
– Heç nə içməmisiniz. 
– Ah, düz deyirsiniz… – Ona çaypulu verib çıxdı. 
– O deyil? – Morozov bayırda soruşdu. 
– Yox. 
Morozov peşman-peşman onun üzünə baxdı. 
– Daha bəsdir! – Ravik sükutu pozdu. – Qoy cəhənnəm olsun, gülünc işdir, uşaq 
oyunudur… Beş gündür gözləyirəm. Özü deyirdi ki, Parisdə iki-üç gün qalır. O 
hesabla getmiş olar. Bəlkə də, heç gəlməyib… Yata bilmirəm. İndi «Prins de 
Qall»a gedirəm. Çamadanımı götürüb, otağı təhvil verəcəyəm. 
– Yaxşı, onda sabah günorta orada görüşərik. 
– Harada? 
– «Prins de Qall» mehmanxanasında. 
Ravik onun üzünə baxdı: 
– Hə, düz deyirsən... Mən yenə boş-boş danışıram... Bəlkə də, doğru sözümdür... 
Nə bilim... 
– Sabah axşama kimi gözlə. 
– Yaxşı, baxaram. Gecən xeyrə qalsın, Boris. 
– Xeyrə qarşı, Ravik. 
«Oziris»in yanından keçirdi. Maşını tində saxladı. «İnternasional»da qalacağını 
fikirləşəndə canına üşütmə düşürdü. Bəlkə, burada bir-iki saat gözünün acısını ala 
bildi. Bazar ertəsi idi və bu gün fahişəxanalarda sakitlik olurdu. Qapıçı çöldə yox 
idi. Çox güman ki, içəridə də adam qalmamışdı. 
Rolanda qapının ağzında dayanıb böyük zalı nəzərdən keçirirdi. Pianolanın səsi, 
demək olar ki, boş qalmış zalı başına götürmüşdü. 
– Deyəsən, bu gün sakitlikdir, Rolanda? 
– Elədir. Təkcə bu balqabaq qır-saqqız olub yapışıb. Lap heyvan kimi qızışıb, 
ancaq quyruq ələ vermir. Belələrini özün yaxşı tanıyırsan: ürəyindən keçir, ancaq 
qorxur. Bu da almandır. Ancaq pulunu verib, indi durar. 
Ravik laqeyd-laqeyd o tərəfə baxdı. Kişinin arxası ona sarı idi. Yanında iki qız 
oturmuşdu. Kişi qızlardan birinə tərəf əyilib döşlərindən tutanda, Ravik onun 
üzünü gördü: Haake idi! 
Rolanda nəsə dedi, ancaq Ravik heç nə başa düşmədi. Səs, sanki, quyudan gəlirdi. 
Təkcə onu hiss etdi ki, bir az geri çəkilib, qapıda elə dayanıb ki, yalnız stolun bircə 
tərəfini görə bilir. Özü isə görünməzdi. 
– Konyak istəyirsən? – Rolandanın səsi yenə, elə bil, quyudan gəlirdi. 
260 
Orqanın xışıltılı səsi... Ravik hələ də səntirləyirdi, elə bil, damarlarındakı qanı da 
donmuşdu. Yumruqlarını elə sıxmışdı ki, dırnaqları ətə yerimişdi. Gərək, Haake 
onu görməsin! Gərək onu tanıdığını Rolanda bilməsin! 
– Xeyr...–İndi də öz səsini eşitdi.–Çox içmişəm. Deyirsən, almandır? Tanıyırsan? 


– Haradan tanıyıram?–Rolanda çiyinlərini çəkdi.– Hamısı bir-birinə oxşayır. 
Deyəsən, bu, birinci dəfədir gəlib. Bəlkə, bir şey içəsən? 
– Xeyr, elə-belə gəlmişdim... 
Hiss etdi ki, Rolanda ona baxır, güclə özünü yığışdırdı: 
– Ziyafətin vaxtını dəqiqləşdirməyə gəlmişdim. Cümə axşamı dedin, ya cümə 
günü? 
– Cümə axşamı. Özün demədin ki, gələcəksən? 
– Mütləq gələcəyəm! Ona görə də dəqiqləşdirmək istədim... 
– Cümə axşamı saat altıda. 
– Yaxşı, bir dəqiqə də o yan-bu yana olmayacaq. Elə buna görə gəlmişdim. Mən 
getdim, gecən xeyrə qalsın, Rolanda. 
– Xeyrə qarşı, Ravik. 
Aydınlıq gecə birdən-birə uğuldamağa başladı. Evlər evlikdən çıxıb daş yığnağına, 
pəncərə cəngəlliklərinə döndü. Sanki, müharibə başlamışdı, kəşfiyyatçılar bomboş 
küçə ilə sürünə-sürünə gedirdilər. Maşını gizlətmişdilər, motoru uğuldayırdı, özü 
də düşməni pusurdu.. 
Çıxanda tapança ilə vursunmu? Diqqətlə küçə uzunu baxdı. Bir-iki maşın, sarı 
işıqlar, pişiklər... Lap uzaqda, fənərin altında kimsə dayanıb, polisə oxşayır. 
Maşının nömrəsi, güllə səsi, onu indicə burada görmüş Rolanda... Qulağına 
Morozovun səsi gəldi: «Heç vaxt, heç vaxt risq eləmə... Risq etməyə dəyən iş 
deyil.» 
Nə qapıçı var, nə də taksi. Bazar ertəsi bu vaxtlar minik həmişə az olur. O, bunları 
ürəyindən keçirən anda bir taksi gəlib qapının ağzında dayandı. Sürücü siqaret 
yandırıb, əsnədi. Ravik hiss etdi ki, bütün bədəni üşürgələnir, ancaq yerindən 
tərpənmədi... 
İndi neyləsin? Bəlkə, düşüb sürücüyə desin ki, içəridə heç kəs yoxdur? Yox, elə 
yaramazdı. Onu harayasa göndərmək lazımdır. Pulunu versin, nəsə tapşırsın, 
Morozovun yanına göndərsin. Tez dəftərçədən bir vərəq çıxarıb nəsə yazdı, sonra 
onu cırıb, təzəsini yazdı. Morozov onu «Şəhrizad»ın qabağında gözləsin, altında da 
ağlına gələn bir ad yazdı... 
Taksi birdən tərpəndi. Tez pəncərədən çölə baxdı, ancaq heç nə görə bilmədi. 
Bəlkə, o yazanda, Haake minmişdi? Tez maşını işə saldı. «Talbo» taksinin 
arxasınca tini buruldu. Arxa şüşədən heç kim görünmürdü. Ancaq Haake bir az 
yana da çəkilmiş olardı... Maşınlar yavaş-yavaş qoşalaşdı. İçəri qaranlıq idi, 
seçmək olmurdu. Bir az geri qalıb, təzədən taksiyə çatdı. İndi lap yaxın surürdü. 
Taksinin sürücüsü ona tərəf baxıb söydü: 
– Ey, balqabağın biri balqabaq, məni hara sıxırsan? 
– Sənin maşınında bir dostum oturub... 
– Sərxoş heyvan, görmürsən ki, maşın boşdur? 
Ravik özü də həmin anda gördü ki, taksinin hesablayıcısı qoşulmayıb. Tez geri 
dönüb, maşını «Oziris»ə qovmağa başladı. 
261 
Haake səkidə dayanmışdı və ona əl elədi: 
– Ey taksi, taksi... 
Ravik ona yaxınlaşıb, əyləci basdı, 


– Taksidir?–Haake soruşdu. 
– Xeyr,–deyə Ravik başını pəncərədən çıxardı.–Salamlar! 
Haake diqqətlə ona baxdı, gözləri qıyıldı. 
– Nə? 
– Deyəsən, biz tanışıq...–Ravik almanca danışırdı. 
Hakke irəli əyildi və üzündəki şübhə əlaməti o dəqiqə yox oldu: 
– İlahi! Cənab fon... fon... 
– Horn. 
– Elədir, elədir! Cənab fon Horn! Yadıma düşdü! Təsadüfə bax! Bu neçə vaxtı 
haralarda idiniz, dost? 
– Parisdə. Gəlin əyləşin. Gəldiyinizi bilmirdim. 
– Bir-iki dəfə zəng elədim. Başqa mehmanxanaya köçmüsünüz? 
– Xeyr, hələ də «Prins de Qall»da qalıram.–Ravik maşının qapısını açdı.–Gəlin 
aparım, bu vaxt taksi tapa bilməzsiniz. 
Haake bir ayağını maşının ayaq yerinə qoydu. Ravik onun nəfəsini duydu, 
qıpqırmızı, allanmış yanaqlarını gördü. 
–Hə, «Prins de Qall» ...–Haake təkrar elədi.–Lənət şeytana, doğrudan da, elə idi. 
«Prins de Qall!». Mən «V Georq»a zəng vururam... – Ucadan güldü. – Sizi 
tanımadılar... İndi başa düşdüm... Düz deyirsiniz, «Prins de Qall» idi! 
Qarışdırmışam... Köhnə qeyd dəftərçəmi götürmədim, elə bildim, yadımda qalıb. 
Ravikin gözü «Oziris»in qapısında idi. Ordakıların çıxması xeyli çəkəcəkdi. Qızlar 
paltarını dəyişməli idi... Buna baxmayaraq, Haakeni maşına tez çəkmək lazımdı. 
Haake isə tələsənə oxşamırdı: 
– Ora getmək istəyirsiniz? 
– O məqsədlə gəlmişdim, ancaq, deyəsən, gecdir. 
Haake fısıldadı: 
– Elədir, əzizim, axırıncı mən çıxdım. Bağlayırlar. 
– Eybi yoxdur! Onsuz da, sən deyən, yer də deyil. Başqasına gedərik. Gəlin! 
– Başqası da var? 
– Əlbəttə! Yaxşıları hələ bundan sonra başlayır. Bu, turistlər üçündür. 
– Doğrudan? Mən elə bilirəm, ən yaxşısı budur. 
– Xeyr, bundan da yaxşıları var. Bu, onların yanında heç nədir. 
Ravik bir-iki dəfə qaz verdi, motor uğuldayıb sakitləşdi. Düz hesablamışdı, Haake 
onun yanında yerini rahatlayırdı: 
– Sizi görməyimə çox şadam,–dedi.–Doğrudan da, çox şadam. 
Ravik onun arxa tərəfindən əlini uzadıb qapını çəkdi. 
– Mən də çox şadam,–dedi. 
– Bura da pis yer deyil, lüt qızlar çoxdur. Polis də buna icazə verir! Yəqin, çoxu 
xəstə olar, eləmi? 
– Bəlkə də. Belə yerlərə adam ürəklə gedə bilmir,– deyə Ravik maşını tərpətdi. 
Haake siqaret çıxardı: 
262 
– Tam etibarlı yerlər var? Sözün düzü, evə süzənəklə qayıtmaq istəmirəm. Bir 
tərəfdən də adam dünyaya bircə dəfə gəlir... 
– Elədir,–deyə Ravik elektrik alışqanı ona verdi. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə