Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

104 
 
qol-budaqlı idi ki, Aksakın xristian oğulları (nəticələri) özləri ayrı-ayrı böyük soyları 
yaratdılar. Voronets ləqəbli uĢağından  Vorontsovlar, Veli  Amindən Velyaminovlar 
meydana  gəldilər. Həmçinin məĢhur zadəgan nəsli Ġslenyevlər də  Aksakovların bir 
qoludur (3, s. 141-142; 44, s.23). 
Bir  zadəgan  nəsli  olmaq  etibarı  ilə  Aksakovlar  da  ailə  gerbinə  malik 
olmuĢlar. Onların gerbində gümüĢü qalxan üstündə ox sancılmıĢ qıpqırmızı ("odlu") 
ürək-məhəbbət rəmzi nəqĢ olmuĢdu. 
Bu ailədən rus taxt-tacına  sədaqətlə  xidmət edən adamlar  çıxmıĢdı.  Lakin 
bu familiya içində məĢəl kimi yanan özündən əvvəlki sələflərin və sonrakı xələflərin 
yolunu iĢıqlandıran Sergey Aksakovdan bəhs etməyi qərarlaĢdırmıĢıq. 
Bu  qoca  "türk"  ilk  əsərini  ömrünün  son  on  illiyində  yazmıĢdı,  yaĢı  60-ı 
keçirdi.  Bu  zamana  kimi  o  varlı  mülkədar,  bütün  Rusiyada  "slavyanpərəstlik" 
cərəyanının  atəĢin  nümayəndələri  olan  Ġvan  və  Konstantin  Aksakovların  atası  idi, 
həvəsdən  həvəsə  Ģeirlər  yazırdı.  Bu  qədər.  Anası  da  Ufalı  xristianlaĢmıĢ  baĢqırd 
bəyinin nəvəsi idi, gözəlliyi ilə ad çıxarmıĢdı. Özü də evlənərkən tale onun yolunun 
üstünə də türk qızı çıxardı; bu qız general Zaplatinlə əsir türk qızı Gülsümün qızı idi 
(rus mətnlərində bu qadm elə beləcə - Oqyulsum deyə anılır). 
Beləliklə,  Sergey  Aksakov  1791-ci  ildə  Ufada  qədim  zadəgan  ailəsində 
anadan  olmuĢdu.  Bütün  yaĢadıqları  və  baĢı  çəkənlər  onun  əsərlərinin  mövzusuna 
çevrildi. "Ailə xronikası", "Nəvə Baqrovun uĢaqlıq illəri" və "Xatirələr" bu mənada 
trilogiya  adlanmağa  layiqdi.  Çünki  bu  kitablarda  da  Baqrovların  (Baqrov  da  türk 
əsilli  rus  soy  adlarındandır;  baqrovıy  rus  dilində  tünd  qırmızı,  "bağır,  ciyər" 
sözündən  yaranmıĢ  türkizmdir)  əslində  müəllifin  öz  ailəsinin  nəsilbənəsil  tarixi 
açılır.  Yazıçı  bilərəkdən  adları  dəyiĢmiĢdi,  çünki  hadisələri,  əhvalatları 
dəyiĢdirmədən  elə  təfərrüatı  ilə  təsvir  etmiĢdi  ki,  həmin  adamlar  özlərini  görüb, 
tanıyıb  inciyə  bilərdilər.  Onsuz  da  özünü  burada  tanıyan  tapılmıĢdı;  müəllifi 
qınayırdılar. Ailənin baĢçısı yazıçının babası özünün bütün qəddarlığı, zalımlığı ilə 
təsvir olunmuĢdu. Ailə sirrini açıb-ağartdığına görə yazıçıdan küsənlər var idi. O isə 
ata  ocağının  nağıllarını  bədii  yaddaĢlara  köçürürdü,  bunu  isə  hələ  gözdə  bilib 
qiymətləndirən  yox  idi.  Körpə  Aksakovun  danıĢmaq  istədiyi  ailə  hekayətlərindən 
görürük ki, bu ailə patriarxal ailədir, öz keçmiĢi ilə, qədimliyi ilə fəxr edən ailədir. 
Ailə  Ģəcərəsi  göz  önündə,  evin  baĢçısının  əlinin  altındadır.  Ailədə  oğlan  uĢağının 
doğuluĢuna çox sevinir, dalbadal doğulan qızlara darılırlar. Evdə ilk söz də, son söz 
də  ailə  baĢısının  -  babanındır.  Nə  qədər  ki,  bu  baba,  atanın  atası  sağdır,  hamı 
dinməz-söyləməz  ona  tabedir.  Xüsusən  qadınlar  söz  deyib  kiĢi  qabağına  keçə 
bilməzdilər. Bu ailədə qız alanda cer-cehizdən qabaq ailənin mötəbərliyinə, əslinə-
kökünə  baxırdılar.  Aksakovlar  da  hər  kəslə  qohum  olmağı  özünə  sığıĢdıran  ailə 
deyildi. 
Amma  bu  avtobioqrafik  əsərlər  sözün  həqiqi  mənasında  qəbul  edilən, 
memuar, xatirə təcrübəsi deyildi. Kitabın faktları təkcə real hadisə və Ģəxsiyyətlərin 
həyatından götürülməklə qalmamıĢ, bütün bunlar reallıq və gerçəkliklə səslənməklə 


105 
 
bərabər gözəl, canlı və gizli poetik duyğularla süslənmiĢdi. Ana obrazı ilahi sevgi ilə 
yaradılaraq  vəsf  (buna  təsvir  yox,  məhz  vəsf  demək  lazım  gəlir)  edilmiĢdi.  Bu 
nəhəng əsərdə - geniĢ, hüdudsuz ölçülərdə verilmiĢ romanda ana obrazı bircə anlığa 
olsun  gündəlik,  adi  münasibətlər  çərçivəsinə  salınmamıĢ,  əsərdə  ondan  sanki 
müəllifin  hava-su  kimi  bəhs  etdiyi  varlıq  qənaətini  yaratmıĢdı.  Bu  pəri,  daha  çox 
ilahə  donunda  nəqĢ  olunan  ana,  dəlicəsinə  sevən  fədakar  ana  obrazıdır.  Bununla 
bərabər xaraktercə despotik, möhkəm, qəti, kiĢidən də qətiyyətli qadın... 
Dedik ki, bu xatirələr onun ahıl vaxtında yazılmıĢdır. Lakin o uzaq uĢaqlıq 
illəri  sanki  uĢağın  öz  dililə,  öz  əllərilə  yazılmıĢ  kimi  oxucuya  yetiĢir.  Neçə  dəfə 
oxusan da... 
Beləliklə,  Aksakovun  bütün  yaradıcılığı  avtobioqrafik  və  ya  sənədli-
memuar əsaslara  malik olmaqla həqiqi faktlara  əsaslanmıĢdı. Bu kitablar yazılanda 
oradakı  personajların  prototipləri  hələ  sağ  idilər.  Odur  ki,  Aksakov  həm  onların 
adlarını dəyiĢdi, həm də hadisələrin vaqe olduqları yerlərə uydurma adlar verdi. 
Aksakovun Ģirin duyğular içində və koloritli bir dillə təsvir etdiyi bu nəsil 
babasının  dövrünə  qədər  Sinbir  vilayətində,  öz  mülk  torpaqlarında  yaĢamıĢdılar. 
Sonralar bir neçə dönəmdə bu ailənin yalnız qızları doğulurdu, olsa-olsa bircə oğul 
əta  edirdi  tanrı  onlara.  Torpaqlar  kəsilib  bölüĢdürülürdü,  qızlara  cehiz  verildikcə 
nəsillər dəyiĢir, yadlaĢma güclənirdi: öz torpağında yad familiyalar ağalıq edirdilər. 
Vaxt o vaxt oldu ki, Aksakovların torpağı onların özünə darlıq etdi. Baba Aksakov 
nəhayət  yeni  torpaqlara  köçmək  qərarına  gəldi.  Aksakov  Volqanın  o  biri  üzünə 
köçüb  Buquruslan  çayı  boyunca  məhsuldar  torpaqlara  sahib  olur.  Simbirə  qayıdıb 
kəndlilərini  yeni  torpaqlara  köçürür.  Kəndlilər  ağlaĢırdılar:  "Kilsə  olmadığı 
basurman  torpağında"  nə  edəcəkdilər?  Yeni  doğulan  xaçlana  bilməyən  uĢaqlarıyla 
nə  etməli  idilər,  yaxud,  tövbə  etmədən  necə  öləcəkdilər?  Bu  qorxunc  Ģaiyələrin 
xofunda onlar da minlərlə köçürülən ailələrə qoĢulur, yenicə zəbt olunan təzə yerlərə 
axın edirdilər. Hələ bu zaman yerli əhali baĢqırdlar, çuvaĢlar, marilər, çeremislər rus 
dilində əməlli-baĢlı danıĢa bilmirdilər. 
Aksakov da atası kimi bu yeni torpaqda, qədim bulqar çarlığı əhatə etdiyi 
yerlərdə  anadan  olmuĢdu.  Ufaya  yerlilər  Öfə  deyirdilər.  ġəhər  yerli  baĢqırdların 
Qara Ġdil adlandırdığı Ufa çayı üzərində yerləĢirdi. Ruslar 1574-cü ildə bu torpaqları 
istila  etmiĢdilər.  Sibirin  tamamilə  fəthi  (1580-1600)  nəticəsində  yerli  əhalinin 
xristianlaĢdırılması güclənir. Elə bu vaxtlardan da bu torpaqları baĢdan baĢa bürüyən 
üsyanlar  baĢlayır.  Tarixdə  Seitov  üsyanı  (1662)  və  BatırĢa  hərəkatı  adı  ilə  tanınan 
xalq hərəkatları yerli xalqların müstəmləkəçi çarizmə qarĢı müqavimət hərəkatı idi. 
1735-ci ildə iĢğal olunan baĢqırd ölkəsində rus çarizmi əleyhinə Akayın baĢçılığı ilə 
üsyan  qalxdı.  Çar  üsyanı  amansızlıqla  yatırtdı  və  bu  torpaqlara  rusların 
köçürülməsini  sürətləndirdi.  GeniĢ,  bərəkətli  baĢqırd  torpaqları  su  qiymətinə 
paylanırdı.  BaĢqırdlar  Puqaçov  üsyanında  da  fəal  iĢtirak  etdilər.  Üsyan 
yatızdırıldıqdan sonra  kütləvi edamlar baĢlandı. Qanlı tədbirlərin heç birisi baĢqırd 
və  tatarların  əzmini  qıra  bilmədi;  heç  bu  xalqları  da  özlərinin  kölə  vəziyyəti  ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə