Mm-nin 50-ci fesline deyishiklik 520-iiiqd doc



Yüklə 293,75 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix21.04.2018
ölçüsü293,75 Kb.
#39704
1   2   3   4   5   6   7   8   9   10

 

 

11 



908.1.6.

 

sığorta 


qaydalarında  nəzərdə  tutulmayan 

və  sığortalının 

vəziyyətini  pisləşdirən  əlavə  şərtlər  sığorta  müqaviləsinə  daxil  edildikdə  həmin 

şərtlərə münasibətdə; 



908.1.7.

 

sığorta  fəaliyyəti  ilə  məşğul olmaq hüququ olmayan  və ya  müvafiq 

sığorta  növünü  aparmağa  icazəsi  olmayan  şəxs  sığortaçı  qismində  müvafiq  sığorta 

müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya 

qaytarılır); 

908.1.8.

 

sığorta marağı mövcud olmadıqda. 



908.2.

 

Sığortaçı  sığorta  müqaviləsinin  bağlanmasının  bu  Məcəllənin  899.1-

ci  maddəsində  nəzərdə  tutulmuş  qaydalarına  əməl  olunmamasına  görə  öz 

vəzifələrinin  yerinə  yetirilməsindən  imtina  etmək  üçün  sığorta  müqaviləsinin 

etibarsız olmasını iddia edə bilməz. 

 

Maddə 909. Faydalanan şəxsin təyin edilməsi 

 

909.1.

 

Sığortalı  sığorta  müqaviləsi  bağlayarkən  istənilən  şəxsi  faydalanan 

şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin 

şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir. 



909.2.

 

Girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız 

sığorta  ödənişinin  verilməsi  anında  borclunun  (girov  qoyanın)  ona  olan  borc 

məbləği  həddində  ödəniş  almaq  hüququna  malik  olan  faydalanan  şəxs  kimi  tanına 

bilər.  Zərərin  borc  məbləğindən  artıq  olan  hissəsinə  münasibətdə  girov  qoyan 

(borclu) faydalanan şəxs qismində tanınmalıdır. 



909.3.

 

 Öz  həyatını  sığorta  etdirən  fiziki  şəxs  müvafiq  sığorta  müqaviləsində 

istənilən şəxsi faydalanan şəxs qismində təyin edə bilər. 

 

Maddə 910. Şəxsi sığorta müqavilələrində sığorta olunanın yazılı razılığı 

 

Şəxsi  sığortada  sığortalı  həm  də  sığorta  olunan  olmadıqda  sığorta 

müqaviləsinin  bağlanmasına sığorta olunanın  (və  ya onun  qanuni  nümayəndəsinin) 

müqavilənin  onun  xeyrinə  bağlanması  təklifi  ilə  yazılı  qaydada  tanış  edilməsi  şərti 

ilə yol verilir. 

 

Maddə 911. Sığorta müqaviləsinin bağlanması zamanı məlumat vermək  



vəzifəsi 

 

911.1.

 

Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor 

tərəfindən  təsdiqlənmiş  illik  balansı  və  fəaliyyətinin  illik  yekunlarına  dair  maliyyə 

nəticələri ilə tanış olmaq hüququna malikdir. 



911.2.

 

Sığorta  müqaviləsi  bağlanarkən  sığortalı  özünə  məlum  olan  və 

sığortaçının  müqavilədən  imtina  etmək,  yaxud  onu  məzmunu  dəyişdirilmiş  şəkildə 

bağlamaq  qərarına  təsir  göstərə  bilən  bütün  hallar  barədə  sığortaçıya  məlumat 

verməlidir. 

911.3.

 

Eyni sığorta  marağı  ilə bağlı bir  neçə sığortaçı  ilə sığorta  müqaviləsi 

bağlayan  sığortalı  bu  barədə  sığortaçılardan  hər  birinə  məlumat  verməlidir.  Həmin 



 

 

12 



məlumatda  digər  sığortaçının  adı  və  müvafiq  sığorta  məbləği  göstərilməlidir. 

Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır. 



 

Maddə 912. Sığorta riskinin artması barədə məlumat vermək vəzifəsi 

 

Sığortalı  sığorta  müqaviləsi  bağlandıqdan  sonra  meydana  çıxan  və 

sığortaçının  müqavilədən  imtina  etmək,  yaxud  onu  məzmunu  dəyişdirilmiş  şəkildə 

bağlamaq  qərarına  təsir  göstərə  bilən  sığorta  riskinin  artması  ilə  bağlı  bütün  hallar 

barədə sığortaçıya məlumat verməlidir. 

 

Maddə 913. Sığorta müqaviləsinin şərtləri ilə tanış etmək vəzifəsi 

 

Sığortaçı,  sığorta  brokeri  və  ya  sığorta  agenti  sığortalını  icbari  sığortanın 

şərtləri  ilə,  yaxud  könüllü  sığorta  müqaviləsinin  əsaslandığı  sığorta  qaydaları  ilə 

tanış etməlidir. 



 

Maddə 914. Sığorta riskinin qiymətləndirilməsi 

 

914.1.

 

Əmlak  sığortası  müqaviləsi  bağlayarkən  sığortaçı  sığortalanan 

predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin 

etməklə,  sxem  və  cizgilər  tərtib  etməklə,  foto  və  video  çəkilişlər  aparmaqla  onu 

qiymətləndirmək,  lazım  gəldikdə  isə  onun  həqiqi  dəyərini  müəyyən  etmək 

məqsədilə  sığorta  qanunvericiliyinin  tələblərini  nəzərə  almaqla  müstəqil  ekspert 

təyin etmək hüququna malikdir. 

914.2.

 

Sığortaçı  sığortalanan  əmlakı,  həmçinin  sığorta  risklərini  bilavasitə 

özü  və  ya  sığorta  qanunvericiliyinin  tələblərini  nəzərə  almaqla  təyin  etdiyi  sığorta 

sahəsində  yardımçı  fəaliyyət  göstərən  müvafiq  şəxs,  yaxud  müstəqil  ekspert  

vasitəsilə qiymətləndirir. 

914.3.

 

Şəxsi  sığorta  müqaviləsi  bağlandıqda  sığortaçı  sığorta  olunan  şəxsin 

səhhətinin  mövcud  vəziyyətini  qiymətləndirmək  məqsədilə  onun  sığorta 

müqaviləsinin  şərtlərindən  asılı  olaraq  öz  hesabına  və  ya  sığortalının  hesabına 

müayinə olunmasını tələb edə bilər. 

914.4.

 

Sığorta  riskinin  qiymətləndirilməsi  üçün  təyin  olunan  müstəqil 

ekspertlər  və  sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən    şəxslər  bununla  bağlı 

sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 



 

Maddə 915. Sığorta qaydaları 

 

Sığortaçının  təklif  etdiyi  könüllü  sığorta  növünün  sığorta  qanunvericiliyində 

müəyyən edilmiş qaydada aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda 

və  şərtlərin  məcmusu  olan  sığorta  qaydaları  sığorta  qanunvericiliyinin  tələbləri 

nəzərə  alınmaqla,  sığortaçının  özü  tərəfindən  və  ya  qanunvericilikdə  nəzərdə 

tutulmuş digər qaydada müəyyən edilir. 

 

Maddə 916. Sığorta qaydalarının məzmunu 

 



Yüklə 293,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə