www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
- Yanına gələn ermənilərin hamısına belə de-
yirdi: - Türk Ayişə öldü, məni o sağaltmışdı.-
Dikəlib Şalikogilə tərəf baxdı, bir də soruşdu: -
Kimdi öldürdüyünüz?
Şaliko yanındakılara işarələr eləyə-eləyə
Siranuşa sarı getdi; yəni, “Uğurlunun olduğunu
deməyin...”
saqqallılar
bir
şey
an-
lamadıqlarından, çaşıb qalmışdılar.
-Yox, ölən Uğurlu deyil, onnan işimiz
yoxdu,- Şaliko belə deyib Siranuşu dikəltdi,
yatağının önündə diz çöküb gülümsədi.- O, lap
çıxıb getməsə də bir şey eləmərik, bir türklə
yola getmək olar...-Siranuşun şagirdlərinə
baxıb göz vurdu.- Bilirsiz,- dedi, - Uğurluyla
bunnar bir yerdə böyüyüblər, Xan dəyirmanı
vardı, iki kəndin arasında, orda həmişə bir
yerdə olublar, bunnarın babaları kirvəydi.
-Uzat məni... - Siranuş təzədən uzanıb
gözlərini yumdu, kiprikləri yaş içindəydi. - Türk
Ayişə ölənnən sonra ağrılarım təzədən qalxdı. -
... bu sözləri bu dəfə özü özünə deyirdi...
Siranuşun şagirdləriylə Şaliko şəkillərə
baxır, iki şəkil bu bazar günü iki yerə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bölünməlidi...yarısı öləndə qalmalıdı, yarısı da
öldürəndə...
Siranuş
unuduldu
yenə,
baş-başa
vermişdilər, plan cızırdılar... ki, bu iki şəkli
harda iki yerə böləcəklər.
İki ay bundan qabaq da elə burdaca baş-
başa verib fikirləşirdilər ki, türk kəndinə necə
getsinlər...ölməli olanları nece öldürsünlər...
Türk kəndinə doğru...
İki ay bundan qabaq, 1988-ci ilin yanvar
ayının əvvəlləriydi, dizəcən qar yağmışdı, onda
da elə beləcə, Siranuşun evinə yığışmışdılar,
türk kəndinə getmək istəyirdilər, amma bilmir-
dilər necə getsinlər...Rayon xəstəxanasının baş
həkimi, hamının “varjaped”
6
dediyi akademik
Ulubabyandı, dəriyığan Apeddi, Siranuşun
şagirdləri, Şaliko Sumikyan, bir də bazarkom
Civandı, it saxlayan Civan da deyirlər, o da indi
girdi içəri. Bayaqdan fikirləşirlər ki, türk
kəndinə nə adla getsinlər, birdən atallar,
6
Ustad, müəllim. (ermənicə).
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
atışma olar. Neçə gündü, türk kəndlərindən
ağlasığmaz xəbərlər gəlir; “...azərbaycanlılar
silahlanıb...”
Siranuşun üzü pəncərəyədi, özü də bilmir
yatıbmı, oyaqdımı...xəyalında
Xan dəyirmanının
novundan ayrılıb gələn arxın töküldüyü yerə
tor bağlanıb, içində balıqlar çırpınır, Uğurluyla
bir yerdə balıqları tordan çıxardırlar...on iki on
üç
yaşlarındadırlar...əllərində
küyül-küyül
balıqlar, gicitkanların arasında Uğurlunu
öpür...beləcə, xeyli vaxtdı gözünün qabağından
çəkilmir.
Şalikogil susub akademikin məsləhətini
gözləyirlər ki, türk kəndinə getməyin yolunu
deyəcək. İt saxlayan Civan da qapını indi açdı,
Ulubabyan onu görən kimi nə fikirləşdisə,
gülümsədi...yanındakılar rahatlanıb bir- birinə
baxdılar: “ tapdı, akademik...”
-İt
boğuşdurmağa
gedirik...hazırsan,
Civan? - akademik Ulubabyanın gözləri qırış-
qırış olmuş sifətində muncuq kimi parıldadı.
-Hara?! - Civan sevinc içində otaqdakıları
bir də gözdən keçirdi. -Mənim itlərim həmişə
hazırdı. Hara gedirik?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Türk kəndinə...!
Qalxdılar. Siranuş nəsə demək istəyirdi,
artıq onlar yola çıxmışdılar, dikəlib dallarınca
baxdı,
arıqladığından
gözləri
daha
da
böyümüşdü, baxışları ağrı qarışıq qışqırtıyla
doluydu, Uğurludan nəsə demək istəyirdi,
amma dəriyığan Apedin sürdüyü “Villis”
markalı maşın yoldaydı, türk kəndinə gedən
yoxuşu qalxırdı...
Neçə gündü gediş-gəliş yoxdu, bir neçə
yerdə rus- sovet əsgərlərinin düşərgəsi salınıb,
amma
əsgərlər
səbəbini
bilmədən,
düşünmədən daha çox erməniləri qoruyurlar.
Bunu türklər tək-tək adamlar halında bilsələr
də, elliklə anlamırlar, tək adam halında
istəməsələr
də
elliklə
əsgərlərə
qulluq
eləyirlər, hər axşam pay aparırlar, yedirib-
içirirlər, “...əsgərdilər, anaları yoxdu...” amma
tüfəngləri
yığanda
türklərin
tək-tək
adamlarının,
daha
doğrusu,
İmirxanlının
dedikləri düz çıxdı, silahları elliklə yığdılar, elə
bil heç kəsi tanımırdılar, üzləri dönmüşdü...
Kəndin Arıq dediyi kişi camaatın içində qışqıra-
qışqıra qalmışdı: “...mən necə deyim ki, bir
Dostları ilə paylaş: |