Mövz Komputer qrafikasının əsasları • Kompüter qrafikasının inkişaf tarixi və tətbiq sahələri



Yüklə 25,53 Kb.
səhifə3/5
tarix31.12.2021
ölçüsü25,53 Kb.
#81497
1   2   3   4   5
Kom. qraf. əsasları-1

Fraktal qrafika ilə işin proqram vasitələri, riyazi hesablamaların köməyi ilə təsvirləri fərdi kompyuterlərdə avtomatik generasiya etmək üçün nəzərdə tutulmuşdur. Fraktal bədii kompozisiyanın yaradılması üçün təkcə şəkil çəkmək və ya tərtibatla məşğul olmaq deyil, bütün prosesi proqramlaşdırmaq lazımdır.

Ümumiyyətlə, fraktal qrafikadan çap işlərində, həmçinin elektron sənədlərin hazırlanmasında nadir hallarda istifadə edirlər. Ondan əsasən fərdi kompyuterlərdə əyləncəli oyunlar üçün istifadə olunur.

Qeyd edək ki, fraktal qrafika da vektor qrafikası kimi hesablanandır. Fraktal qrafika ilə iş zamanı fərdi kompyuterin yaddaşında heç bir obyekt saxlanılmır. Burada təsvirlər tənlik üzrə (və ya tənliklər sistemi üzrə) qurulur. Bu səbəbdən də istifadə edilən düsturlardan başqa heç nəyi yaddaşda saxlamaq tələb olunmur. Bu düsturların köməyi ilə üçölçülü obyektlərin, süxur obyektlərinin və s. imitasiyaları yaradılır. Fərdi kompyuterin ekranında bir-birindən fərqli təsvirlər almaq üçün sadəcə olaraq istifadə olunan tənliklərin əmsallarını dəyişdirmək kifayətdir.


Yüklə 25,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə