Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


Vəzifəli şəxsə edilən müraciət ciddi rəsmi xarakter daşıyır



Yüklə 390,98 Kb.
səhifə58/80
tarix14.05.2023
ölçüsü390,98 Kb.
#110178
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f 2

Vəzifəli şəxsə edilən müraciət ciddi rəsmi xarakter daşıyır:
Hörmətli cənab prezident!
Hörmətli cənab sədr!
Hörmətli cənab mer!
Hörmətli cənab nazir!
Hörmətli cənab deputat!
Bu qəbildən olan müraciətlər hökumət orqan və idarələri rəhbərlərinə yüksək, vəzifəli mövqe tutan şəxslərə və s. ünvanlanır.
Soyadla müraciət forması da rəsmi xarakter daşıyır. Soyadla müraciət (adı, atasının adı və inisiallar olmadan) işgüzar yazışmalarda geniş istifadə olunur, o, tamamilə rəsmi sayılır və əksər işgüzar münasibət şəraitinə uyğundur:
Hörmətli cənab Məmmədov!
Hörmətli xanım Xəlilova!
Ad və ata adı ilə, yaxud yalnız adla müraciət daha az rəsmi hesab edilir:
Hörmətli Tahir Əli oğlu!
Hörmətli Aidə Həsən qızı!
Hörmətli Elçin!
Ad və ata adı ilə müraciət dəvət məktubu, təbrik məktubu üçün daha münasibdir, o cümlədən bu müraciət növündən müəllif və adresatın tanış olduqları, sıx iş əlaqələri olduğu təqdirdə, həmçinin yazışma aparan müəssisələrin bir sistemə daxil olduqları və ya biri digərinə tabe olduğu halda istifadə oluna bilər.
Adla müraciət forması daha çox elektron poçt məlumatlarında daimi iş münasibətləri olan işçilər arasında istifadə olunur.
Xüsusi şəxslərə müraciət aşağıdakı kimi olmalıdır:
Çox hörmətli cənab sədr!
Çox hörmətli cənab İmanov!
Çox hörmətli Həsən Əli oğlu!
İşçi qrupuna və ya müəssisənin bütün kollektivinə aşağıdakı kimi müraciət olunur:
Hörmətli cənablar!
Cənablar!
Eyni peşə sahiblərinə müraciət şəkli aşağıdakı kimidir:
Hörmətli kolleqalar!
Azərbaycanda müraciət məktubun əsas elementi hesab edilmir. Müraciətdən məktubda göstərilən məsələnin həll edilməsinə səlahiyyəti çatan konkret vəzifəli şəxsə ünvanlandığı təqdirdə istifadə etmək daha məqsədəuyğundur.
Şəxsən rəhbərin baxmasına ehtiyac duyulmayan xidməti məktublarda, geniş müəssisə dairəsinə nəzərdə tutulan məktublarda, birbaşa rəhbərliyin baxmasını tələb etməyən qoşmalarda müraciət şəkli olmasa da olar.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə